Vətəndaşlar nazirlərin qəbuluna NİYƏ DÜŞƏ BİLMİR?
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 7-də İmişli rayonunda vətəndaşları qəbul edib.
Mən də ədliyyə işçilərinin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş çoxsaylı İmişli sakinlərindən biri kimi qəbula yazılmaq istədim. Lakin çox təəssüflər olsun ki, nə nazirliyin elektron poçtuna yolladığım məktubuma, nə də nazirliyin saytında qəbula yazılmaq üçün yerləşdirilmiş 055-925-37-41 saylı telefon nömrəsinə etdiyim zəngə qənaətbəxş bir cavab ala bildim.
Qeyd edim ki, dayım Seyidov Murad Ataş oğlunun da İmişli Regional Ədliyyə idarəsində qəbula yazılmaq cəhdi digər qəbula yazılmaq istəyən vətəndaşlar kimi uğursuz alınıb. Görünür, bizim qəbulda olaraq haqlı şikayətlərimizi nazirə çatdırmağımız kimlərəsə sərf etmir, ya da cənab nazirin vətəndaşların şikayətlərini dinləməyə həvəsi yoxdur. Ona görə də əvvəlcədən hazırlanmış ssenari əsasında öyrədilmiş vətəndaşların qəbulunu həyata keçirdib, geri qayıtmaqda maraqlıdır.
Bir il dörd aydır ki, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər müvafiq dövlət qurumlarına ünvanladığımız haqlı şikayətlərimiz bu günə qədər cavabsız qalmaqdadır. Dəfələrlə yuxarıda qeyd etdiyim dövlət qurumlarına İmişli Məhkəməsinin hakimi Qurban Hacıyevin Hakimlərin Etik Davranış Kodeksinin tələblərini pozması barədə, İmişli rayon Məhkəməsinin inzibati binasında yerləşdirilən müşahidə kameralarının görüntülərinin silinərək istintaq orqanlarından gizlədilməsi, hakim köməkçiləri Süleymanov Vüqar və Şahbazov Abdullanının qeyri-qanuni əməlləri, məhkəmədə heç bir işə götürmə mexanizmindən keçmədən qanunsuz olaraq hakim köməkçiləri kimi işə qəbul olunmaları və Məhkəmə icraçıları Cəfərov Elşən, Ağasıyev Ramil, Allahverdiyev Səlimin qeyri-qanuni əməllərindən zərərçəkmiş biri kimi müraciət etsəm də, şikayətlərimə baxılmayıb.
Onu da qeyd edim ki, bizim şikayətimiz məhkəmə icraatından və məhkəmə qərarlarından olmasa da., bizə “Ədliyə naziri bu cür şikayətlərə baxmır” cavabı verilir. O zaman sual olunur: yuxarıda qeyd etdiyim şikayətlərə Məhkəmə Hüquq Şurasının üzvü olan Ədliyə naziri baxmırsa, o zaman bu qurum hansı şikayətləri dinləmək üçün İmişli rayonuna təşrif buyurur? Əgər mənim şikayətim qəbula yazılmağıma əsas vermirsə, o zaman heç olmasa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kolegiyasının 29 noyabr 2011-ci il tarixli 5 № nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarında vətəndaşların qəbulu Qaydası”nın 2.10 (Qəbul zamanı müraciətdə irəli sürülən məsələnin həlli başqa dövlət orqanının səlahiyyətlərinə aid olduqda vətəndaşa hara müraciət etmək hüququ izah olunur) bəndinə əməl edərək, şikayətimlə bağlı hara müraciət etmək hüququm izah edilməli olduqları halda, bunu da etmək istəmirlər. Çünki vətəndaşın şikayətinin təmin olunması kimlərəsə sərf etmir. Nəticədə cəzasız qalan əməllər daha da azğınlaşaraq, vətəndaşa zülm etməkdə davam edir. Elə bu səbəbdən də şikayətinə baxılmayan təkcə mən deyiləm. Mənim kimi dövlət qurumlarının süründürməçiliyinin və etinasızlığının qurbanı olan vətəndaşların sayı minlərlə, bəlkə də daha çoxdur..
Vətəndaşların müraciətlərinə baxmayaraq, onları dövlətdən narazı salmaqda maraq nədir? Bu sual bir vətəndaş kimi məni çox maraqlandırır...
Üzümü vətəndaşın haqlı şikayətini dinləmək istəməyən məmurlara tutub deyirəm:
Cənablar! Vətəndaşı dövlətdən narazı salmaq lazım deyil. Bu vətən də, dövlət də bizimdir. Qanunlara əməl etmək biz vətəndaşların, qanunların və ədalətin keşiyində durmaq, bərpa etmək isə siz məmurların vəzifəsidir.
Azərbaycan Respublikasının vətəndaşı kimi tələb edirəm, vəzifənizi yerinə yetirin. Vətəndaşın səbri ilə oynamaq lazım deyil...
Şəmmədli Elşən Şükür oğlu
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2019, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2019, 15:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09