“Belə davam edərsə, Rusiya sülhməramlıları orada uzun müddətə məskunlaşa bilər” - Vahid Əhmədov
“Rusiya sülhməramlıları özlərini Dağlıq Qarabağda sülhməramlı kimi aparmırlar, ermənilərin mövqelərini müdafiə edirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili, Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin tam çıxarılmadığını və bunun çox ciddi məsələ olduğunu qeyd edib:
“Hətta fikir versəniz işğal altında qalan ərazilər - Xankəndi, Xocavənd, Xocalı, o cümlədən Ağdərədə faktiki olaraq erməni hərbi birləşmələri tamam çıxarılmayıblar. Bu barədə müəyyən məlumatlar var ki, dövlətimiz israrla tələb edir ki, erməni silahlı birləşmələr oradan çıxarılmalıdır. Amma sülhməramlılar faktiki olaraq, ermənilərə kömək edirlər. Hətta mən deyərdim, onların Ermənistandan Xankəndinə, həmin ərazilərə köçürülməsinə yardım edirlər. Yəni, bu, çox ciddi məsələdir.
V.Əhmədov, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı ciddi məşğul olduğunu vurğulayıb:
“Fikir versəniz, Prezident İlham Əliyev öz iradını da Rusiyanın dövlət başçısına bildirib. Amma hesab edirəm ki, hələlik indiki vəziyyət Azərbaycanın xeyrinə deyil. Belə davam edərsə, Rusiya sülhməramlıları orada uzun müddətə məskunlaşa bilər. Bu isə bizim ərazi bütövlüyümüz üçün bir təhdiddir. Ona görə də, ilk növbədə çalışmaq lazımdır ki, Rusiya sülhməramlılarının əvvəl status bilinsin. Yəni, hansı statusla ora daxil olublar. İkincisi, o sülhməramlıların Dağlıq Qarabağa daxil olması Azərbaycanda hansısa ciddi sənədlə, o cümlədən Milli Məclic tərəfindən təsdiq edilməyib. Rusiya sülhməramlılarının ora daxil olmasına icazə verməmişik. Yəni, istənilən vaxt Azərbaycan dövləti qərar çıxardaraq, onları oradan çıxara bilər. Bu məsələ haqqında müəyyən yazılar gedir, müəyyən iradlar səsləndirilir. Mən inanmıram ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu məsələ ilə məşğul olmasın. O, ciddi məşğuldur və çalışır ki, qısa müddətdə həmin ərazilərdə bizim dövlət bayrağımız dalğalansın, orada Azərbaycanın milli valyutası istifadə olunsun. Azərbaycan bankları fəaliyyət göstərsin, o cümlədən həmin Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərsin”.
“Sülhməramlı adı ilə girib Dağlıq Qarabağda başqa işlərlə məşğul olurlar. Əraziyə 50 mindən çox erməni köçürülüb, amma hələ bir nəfər azərbaycanlı köçürülməyib. O vaxt mən dedim ki, biz ilk növbədə azərbaycanlıların köçürülməsinə çalışmalıyıq. Daha sonra ermənilər köçürülməlidir. Çox təəssüf ki, bu, baş vermədi. Yəqin ki, o ərazilərə də xüsusi nümayəndə təyin edilməlidir ki, biz yavaş-yavaş ərazi bütövlüyümüzü təmin edək. İndi ora 50 mindən çox erməni gəlib. Onlar kimlərdir? Kimlərdən ibarətdir? Köçürülənlərin tərkibində o insanlar kimdir? Biz, Laçın dəhlizinə müdaxilə edə bilmirik. Niyə Laçın dəhlizində bizim sərhəd qoşunları olmasın? Niyə gömrük xidməti olmasın? Çünki orada yoxlamalardan keçməlidirlər. Yəni, bu vaxta kimi çox yumşaqlıq göstərmişik. Onlar da bundan istifadə edərək, orada istədiklərini edirlər. Bu, çox ciddi məsələ olduğundan, dövlətimizin, hökumətizin, o cümlədən Milli Məclisin mütləq nəzarətində olmalıdır ki, qısa zamanda bu məsələni müsbət yöndə həll edək. Fikir verirsinizsə, Türkiyədə bu məsələ ilə əlaqədar müəyyən narahatlılıqlar var. Diqqət yetirirəm, Azərbaycanın özündə də bununla bağlı narahatlılıqlar var. Ərazi bütövlüyümüzü tam bərpa etmək üçün bu məsələləri həll etməliyik, ondan sonra digər məsələlərə baxıla bilər. Ermənilər o ərazilərdə yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdırlar. Azərbaycan qanunlarına da riayət etməlidirlər” – deyə deputat qeyd edib
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2021, 18:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-02-2021, 18:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35