İqtisadçıdan "Azərsu"ya - "Həmin mayeni bitkilərə belə vermək olmaz"
“Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir”
Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsi hazırlanır. Layihəyə görə, yağış suyunun istifadəsi üçün bəzi binaların müvafiq yerlərində bu suyu toplaya bilən xüsusi aparatların quraşdırılması nəzərdə tutulub.
Mövzuya münasibət bildirən “Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, yaxın gələcəkdə böyük bir su böhranının yaşanacağı gözlənilir: “Böhranın qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirilməlidir. Onlardan ən effektiv olanı isə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsinin hazırlanmasıdır.
Bu su “Azərsu”nun əhaliyə verdiyi sudan daha keyfiyyətli və təmiz olacaq. Ona görə ki, yağış suyu təbiətdə ən təmiz su sayılır. Yağış suyunu böyük xətlər, kanallar çəkmədən, əlavə sistemlər yaratmadan əldə etmək mümkündür. Bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığışmış ehtiyatdan istifadə etmək olacaq. Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir. Onu elə formada tətbiq etmək lazımdır ki, effektiv və təhlükəsiz olsun. Böyük şəhərlərdə, məsələn, Bakıda bu barədə bir qədər problemlər yarana bilər. Çünki binaların damına müxtəlif avtomobillərin qazından tutmuş, zavodların tüstülərinə qədər hopur. Bütün bu amillər nəzərə alınmalıdır və alınacaq”.
Elçin Bayramlı deyir ki, rayonlarda yağış sularından daha təmiz şirin su əldə etmək mümkündür.
“Bu yaxınlarda özüm evdəki suyu TDS (suyun sərtliyinin TDS-3 metr ölçüsü, duzölçən) cihazı ilə yoxladım. Nəticəyə əsasən, Bayıl zonasında verilən suyun TDS göstəricisi 750-dir. Bu, o qədər yüksək rəqəmdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Həmin suyun göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun deyil. Onu şübhəli maye saymaq olar və həmin mayeni bitkilərə belə vermək olmaz”.(“Şərq”)
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2021, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-02-2021, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54