reklam
Regionxeberlericom.az » Araşdırma » Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? - İLGİNC FAKT

reklam

Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? - İLGİNC FAKT


Azərbaycanda fəaliyyət göstərən və əsasən də məmurlara bağlı olan özəl şirkətlərin əksəriyyətinin dövlətə olan vergi borcu var.

Ekspertlər bunu koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirsələr də, digər səbəblərin də olduğunu istisna etmirlər.

Son illərin təcrübəsinə diqqət etdikdə də, aydın görünür ki, bu kimi şirkətlər, yəni külli-miqdarda vergi borcu yaranan müəssisələrin borcları dövlət tərəfindən silinir.


Dövlətə vergi borcu olan şirkətlərdən biri də "Az İnvest Sığorta" Açıq Səhmdar Cəmiyyətidir.

Bu məlumatı isə "qlobal.az" yayıb.

Məlumata görə, "Az İnvest Sığorta" ASC-nin bu günə olan vergi borcu 11.816 manat təşkil edir.

"Az İnvest Sığorta" ASC-ni dövlətə vergi borcu olan digər şirkətlərdən fərqləndirən cəhət nizamnamə kapitalının həcmi ilə bağlıdır.

1992-ci ildə təsis edilən "Az İnvest Sığorta" ASC-nin nizamnamə kapitalı 1 milyon manatdır.

Şirkətin qanuni təmsilçisi Adıgözəlova Xumar Bəhruz qızı, hüquqi ünvanı isə Xətai rayonu, Nobel prospekti ev 23 ünvanıdır.


Paylaş:


Müəllif : Tarix:
1-03-2021, 08:35
Sikayət   


loading...
Загрузка...