reklam
Regionxeberlericom.az » Araşdırma » YAP-ın YENİ İCRA KATİBİ KİM OLACAQ? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

reklam

YAP-ın YENİ İCRA KATİBİ KİM OLACAQ? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”


"Yaxın günlərdə Yeni Azərbaycan Partiyasında çox ciddi dəyişikliklər olacaq. Buna ciddi hazırlıq gedir və bəzi səbəblərdən toplantı məxfi saxlanılır".

Bunları "AzPolitika.info" saytının əməkdaşı ilə söhbətdə hakim partiyaya yaxın şəxslərdən biri deyib. Mənbə bildirib ki, YAP İdarə Heyətinin, Siyasi Şurasının və rayon, şəhər şöbə sədrlərinin iştirakı ilə toplantı keçiriləcək. Orada iştirak edəcək şəxslər artıq mərkəzi qərargaha dəvət olunaraq koronavirus testindən keçirilirlər. Bəzi deputatların bu məsələdən xəbərsiz olması təbiidir. Onlar partiyanın ali orqanlarında təmsil olunmurlar. Məlumatda daha sonra qeyd olunur ki, İdarə Heyəti və Siyasi Şuranın partiya rəhbərliyində dəyişiklik aparmaq səlahiyyəti var. Onların üzvləri qurultay səlahiyyətli nümayəndələrdir, habelə rayon-şəhər şöbələrinin rəhbərinin prosesdə iştirakı da veriləcək qərarların legtimliyini tam təmin edir.

YAP-ın tələsik qurultaya getməsinin səbəblərinə gəlincə, mənbə bunu bir sıra təxirəsalınmaz məsələlərlə bağlayır: "YAP rəhbərliyi dəyişdiriləcək, sədrin müavinləri, İdarə Heyəti və Siyasi Şuranın əksər üzvləri yenilənəcək, bu postlara parlamentdə təmsil olunan bəzi gənc deputatlar dəvət oluna bilər. Məsələn, çox güman yaxın günlərdə YAP-a üzv olan keçmiş deputat Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq. Fundamental səbəblərə gəlincə, YAP rəhbərliyindən AMEA “köhnə qvardiya”ya sıx bağlı olan bütün şəxslər uzaqlaşdırılacaq. Partiyanın icraçı katibi Əli Əhmədov da postundan gedəcək, amma onun rəhbər orqanlarda təmsilçiliyi qalacaq”.

Bəs Əli Əhmədovu kim əvəzləyə bilər?

Mənbə bildirir ki, bu haqda dəqiq məlumat yoxdur, lakin bəzi çevrələrdə bir ad çəkilir – deputat Ramin Məmmədov.


YAP Gənclər Birliyinin sədr müavini olan R.Məmmədov 1979-cu ildə Ağdərə rayonunda anadan olub, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Habelə, ABŞ-ın Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbinin "İnkişafda Olan Liderlər" xüsusi proqramını bitirib. Lakin maraqlıdır ki, R.Məmmədov elə Əli Əhmədovun kadrı hesab olunur. Mənbə bildirir ki, R.Məmmədov məhz Əli Əhmədov tərəfindən dəstəklənərək, irəli çəkilib.

Mənbə qeyd edib ki, hakimiyyət rəhbərliyi YAP-ı gələcək siyasi rəqabətə hazırlayır. Hazırda partiya, demək olar ki, bu imkanlarını xeyli dərəcədə itirib. Sabah ölkədə rəqabətli seçki mühiti yaranarsa, yaxud, parlament idarəçiliyinə keçilərsə, hakim partiyanın prosesdə aktiv iştirakı, qarşıya qoyulan hədəflərə nail olması indiki ənənəvi, monoton idarəçiliklə çətin olardı. Bu baxımdan, YAP rəhbərliyində ciddi kadr islahatları dövrün tələbidir.


Paylaş:


Müəllif : Tarix:
2-03-2021, 15:19
Sikayət   


loading...
Загрузка...