'Torpağı zəbt olunan yaşlı analara kömək etdiyimə görə məni şərlədilər'
Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Natiq Məhəmmədsoy narkotik və qanunsuz silah saxlama ittihamı ilə məsuliyyətə cəlb olunub. İddia olunur ki, onun maşınından və evindən silah, narkotik tapılıb.
Məhəmmədsoy isə deyir ki, bu ittihamlar yalandır. Türkan qəsəbəsində saxta sənədlərlə torpaqları əllərindən alınmış 81-yaşlı Əzizəxanım Atayeva və 91-yaşlı Xumara Şabanovaya yardım etdiyinə görə onu şərləyiblər.
55-yaşlı Məhəmmədsoy martın 5-də saxlanıb, Xəzər rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Martın 6-da təqdimata baxan Xəzər rayon Məhkəməsinin hakimi Zaur Tağıyev onu təmin etməyib. Hakim Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Bir gün polis idarəsində saxlanmış Məmmədsoy martın 6-da məhkəmə zalından azad edilib. Prokurorluq bu qərarın ləğvi üçün apellyasiya protesti verib. Martın 12-də Bakı Apellyasiya Məhkəməsi protestə baxıb qərar verəcək.
Məhəmmədsoy martın 10-da qəsəbə sakinləri Atayeva və Şabanova, eləcə də öz anası 80-yaşlı Tamara Süleymanova ilə birlikdə Baş Prokurorluğa qəbula gedib. Onları Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov qəbul edib.
"Eldar müəllimə məsələnin mahiyyətini çatdırdıq ki, mən yaşlı analara vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək eləmişəm. Buna görə məndən qisas alırlar. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov özbaşınalıq edir, dövlətin gücündən şəxsi qərəz məqsədilə istifadə olunur. Eldar müəllim söz verdi ki, Baş prokuror Kamran Əliyevə məruzə edəcək", - Məhəmmədsoy AzadlıqRadiosuna belə deyib.
Onun sözlərinə görə, əvvəldən də xəbərdarlıq olunmuşdu ki, əgər çəkilib kənarda dayanmasa, cəzalanacaq. Məhəmmədsoy deyir ki, nəinki narkotik, heç spirtli içkidən də istifadə etmir. Saxlandığı gün avtomobil ustasına gedib, elə orada tutulub: "Ölü kimi qələmə verilib torpağı zəbt olunan yaşlı analara kömək etdiyimə görə məni şərlədilər. Bütün kənd məni tanıyır, hamı bilir ki, pis vərdişlərdən uzaq adamam. Narkotiki də, maşına silahı da özləri qoydular. Bircə evdəki ov tüfəngi mənimdir. O da babamın atasından qalıb".
O, məhkəmədə də ittihamın saxta olduğunu, narkotik və silahın polislər tərəfindən qoyulduğunu deyib.
Atayeva və Şabanovaya hansı məsələdə yardım göstərməsinə gəlincə, adları çəkilən qadınlar ölmüş şəxs kimi rəsmiləşdirilərək adlarına olan torpaq sahələri ələ keçirilib. Onların dövlət orqanlarına şikayətlərindən sonra Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirov həbs olunub. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Onlarla bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.
Məhəmmədsoya irəli sürülmüş silah və narkotik ittihamlarına görə qanunvericilikdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Azadlıq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2021, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-03-2021, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07