İstefa verən yüksək vəzifəli şəxslər haqda maraqlı məlumatlar
Sədr Vüqar Gülməmmədov istisna olmaqla, hazırda auditor statusunda iki nəfər qalıb- Cəfər Həsənov və Hafiz İsmayılbəyli...
Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. Həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur. Sədr Vüqar Gülməmmədov istisna olmaqla, hazırda auditor statusunda iki nəfər qalıb- Cəfər Həsənov və Hafiz İsmayılbəyli.
Hesablama Palatası Azərbaycan Konstitusiyasının 92-ci maddəsinə əsasən, Milli Məclis tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir. Hesablama Palatasının üzvləri Milli Məclis sədrinin təqdimatı əsasında azı 63 deputatının səs çoxluğu ilə təyin edilir. Qanuna görə, Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Məsələn, vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə və sair...
Məlum olduğu kimi, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır.
Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib.1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb.1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində və İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb.
2001-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə Hesablama Palatasının auditoru, 2008-ci ilin dekabr ayında qurumun sədr müavini təyin edilib. 2015-ci ilin dekabr ayında yenidən sədr müavini təyin edilib. İki övladı var.
Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. 1963-cü il fevral ayının 9-da anadan olub.
1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1982-2003-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləyib. 2003-2007-ci illərdə Milli Televiziya və Radio Şurasında sədr müavini vəzifəsində çalışıb.
2007-ci ilin oktyabr ayında Milli Məclisin qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib. Üç övladı var.
Vaqif Həsənov 1963-cü il may ayının 7-də Beyləqan rayonunda anadan olub. 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
İqtisad elmləri namizədidir.1984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyinin baş mühasibatlığında mühasib işləyib. 1986-1990-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin “Bakımühəndistikinti” trestində mühasib, böyük iqtisadçı-maliyyəçi, baş mühasib, 1990-1991-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Nəzarət-Təftiş İdarəsində birinci dərəcəli nəzarətçi-təftişçi vəzifələrini tutub.
1991-1995-ci illərdə Bakı şəhər Maliyyə İdarəsində Xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi, 1995-1997-ci illərdə Bakı Şəhər Maliyyə İdarəsi rəisinin müavini, 1998-2001-ci illərdə Bakı Şəhər Baş Maliyyə İdarəsinin rəisinin birinci müavini-Xəzinə Əməliyyatları İdarəsinin rəisi vəzifələrində işləyib.
2001, 2008 və 2015-ci illərdə Hesablama Palatasının auditoru təyin edilib. Ailəlidir. Üç övladı var.
Firsənd Qurbanov 1960-cı il oktyabr ayının 6-da Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub.
1986-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini, 1998-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1991-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1986-1988-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı işləyib. 1988-1991-ci illərdə Leninqrad Maliyyə-İqtisad İnstitutunda aspirant olub. 1991-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işçi, laboratoriya müdiri, müəllim işləyib. 1992-1996-cı illərdə Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri vəzifələrində çalışıb. 1996-2007-ci illərdə Səbayel rayon Maliyyə İdarəsinin rəisi olub.
2007-2015-ci illərdə Hesablama Palatasının Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.
2015-ci ilin dekabr ayında Hesablama Palatasının auditoru təyin edilib.
Ailəlidir. Üç övladı var.
Hazırda audit kimi qalan Cəfər Həsənova gəlincə, o 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatasının auditoru təyin edilib. Hafiz İsmayılbəyli isə ən gənc auditordur. O, Mili Məclisinin 2019-cu il 22 oktyabr tarixli qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2021, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-03-2021, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti