Minalanmış ərazilərin xəritəsinin alınmasının iki yolu var - ƏTRAFLI
Nəhayət ki, vətəndaş cəmiyyəti qış yuxusundan oyandı. Havaların isinməsi, deyəsən, soydaşlarımızın da canına isti keçirdi. Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə ziyalılarımız Baş direktora Ermənistan ərazisində olan yüzlərlə tarixi-mədəni abidələrimizin ermənilər tərəfindən dağıdılması barədə narahatlıqlarını ifadə ediblər. Əslində bu cür müraciətlər ildə bir dəfə yox ey, hər gün edilməlidir. Çünki “ağlamayana Avropada da çörək vermirlər”.
Ona görə də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və erməni vandalizmini ifşa etmək üçün vətəndaş cəmiyyətinin müraciətləri daha effektiv olur, nəinki rəsmi dövlət qurumlarının hesabatı. Üstəlik bu cür müraciətlər ermənilərin hər xırda məsələdən ötrü avropalıları üstümüzə qısqırtmasının qarşısını alır. Çünki anoloji ittihamla qarşılaşan istənilən avropalı ən yaxşı halda neytral mövqedə dayanır.
Bu günlərdə Vətəndaş cəmiyyətindən daha bir müraciət isə minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı oldu. Zənnim məni aldatmırsa, buna qədər yalnız İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat yaymışdı. Vəssalam.
Baxmayaraq ki, minalanmış ərazilərin xəritəsinin alınması həm dövlətimiz, həm də cəmiyyətimiz üçün bu gün bir nömrəli məsələdir. Çünki bu xəritələrin verilməməsi həm hər gün insan itkisi ilə nəticələnir, həm də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərini ləngidir. Rəsmi statistikaya görə bu günədək Azərbaycan ərazilərində mina partlayışı nəticəsində təxminən 600-ə yaxın mülki şəxs həlak olub, 2400-dən çox adam isə yaralanıb.
Ümumiyyətlə, minalanmış ərazilərin xəritəsinin təhvil verilməməsi artıq qloballaşıb. Bu təkcə Ermənistanın iradəsi deyil. Burda Qərbin və hətta Rusiyanın müəyyən maraqları var. Yada salaq ki, son 25 ildə biz Qarabağdakı ermənilərə ən yüksək status və firavan həyat vəd elədik. Ancaq nə Qarabağdakı, nə də Ermənistandakı ermənilər bununla razılaşmadı. Daha doğrusu, razılaşa bilmədilər. Çünki onların ipləri Rusiyanın, bir az da Qərbin əlində idi. Onlarsa ermənilərin hər hansı bir razılığa getməsinə qətiyyətlə imkan vermədilər. Bu gün də həmin proses gedir. Qərb və Rusiya Ermənistanın əlindəki sonuncu kartdan-minalanmış ərazilərin xəritəsindən şərəfsizcəsinə bəhrələnmək istəyir. Azərbaycanı maksimum dərəcədə basqı altında saxlamaq istəyirlər.
Ona görə də minalanmış ərazilərin xəritəsinin alınması üçün Azərbaycana iki yol qalır.
Birincisi, ən qısa zamanda Yuxarı Qarabağda antiterror əməliyyatına başlanılmasıdır. Bu əməliyyat isə bütün hallarda bizə qələbə gətirəcək. Ya sonuncu erməni Qarabağdan cəhənnəm olub gedəcək, ya da yalvara-yalvara xəritəni gətirib bizə verəcəklər. Çünki “ho-ho ilə donuz zəmidən çıxmaz”.
İkincisi isə vətəndaş cəmiyyətinin beynəlxalq ictimaiyyətə davamlı təzyiqidir. Biz hər gün Avropa dövlətlərinin və Rusiya Federasiyasının siyasi rəhbərliyinə, parlamentlərinə, qeyri-hökumət təşkilatlarına müraciətlər etməliyik. Onları müraciətlərimizlə bir növ təngə gətirməliyik ki, onlar da Ermənistanın üstündən əllərini çəksin və ermənilər minalanmış ərazilərin xəritəsini bizə vermək məcburiyyətində qalsın.
Bunun başqa yolu yoxdur. Amma çox təəssüf ki, bu məsələdə Azərbaycan cəmiyyəti çox passivdir. Xüsusilə, özlərini xalqın vəkili sayan deputatlarımız. Onsuz da 44 günlük müharibənin imtahanından deputatlarımızın 99 faizi kəsildi. Onlar istər müharibə, istərsə də müharibədən sonrakı 4 ay müddətində heç bir qanunvericilik təşəbbüsü ilə çıxış etmədilər. Heç bir məsələ ilə bağlı mövqe nümayiş etdirmədlər. Məsələn, 6 həftəlik müharibə zamanı ermənilər qadağan olunmuş silahlardan istifadə etdilər, cəbhə bölgəsindən xeyli aralıda yaşayan dinc əhalini bombardıman etdilər. Bu vəhşiliyə ilk reaksiyanı Milli Məclis verməli idi. Amma susdu. Daha doğrusu, deputatların tam əksəriyyəti ölkə başçısının şərəfinə bayağı və ucuz təriflər deməklə işlərini bitmiş hesab etdilər. Halbuki Milli Məclis üzvünün hər biri hansısa ölkələrarası parlament dostluq qrupunun rəhbəridir. Deputatlar istəsəydi, heç olmasa hansısa dövlətin parlamentində erməni vəhşiliyini qınayan qərar qəbul edərdi. O qərar da bu gün bizim əlimizdə tutarlı sənəd olardı. İstəmədilər, ona görə ki, bu təşəbbüsü etməyə onlarda hüquqi bilik və vətəndaş yanğısı çatmırdı.
Müharibə qurtardı. Əsirlərin dəyişdirilməsi və kommunikasiyaların bərpası məsələləri başladı. Deputatlarımız yenə susdu. Heç bir təşəbbüs olmadı. Yenə deyirəm, Milli Məclisin ABŞ, Avropa dövlətlərinin parlamentləri ilə guya “dostluq” qrupları var. Və bu quruplar nə vaxt işə yarayacaq, mən onu bilmirəm. Bütün dünya əsirlərin təhvil verilməsinə görə Azərbaycana güclü təzyiqlər etdilər və bu gün də bu təzyiqlər davam edir. Amma deputatlarımız heç Avropa Şurasında belə bu məsələ ilə bağlı davamlı iş aparmadı. Həqiqəti söyləyə bilmədilər. Demədilər ki, “10 noyabr sülh anlaşmasından sonra Azərbaycan torpaqlarında əsir götürülən silahlı ermənilər beynəlxalq terrorçulardır. Onları mühakimə etmədən buraxmaq sivilizasiya üçün bir təhdiddir”.
Və ən nəhayət Ermənilər minalanmış Azərbaycan torpaqlarının xəritəsini təhvil vermirlər. Deputatlarımız isə ağızlarına su alıb susurlar. Çünki həlak olanlar arasında onların əzizləri yoxdur. Onların əzizləri kommersantdır və bu millətin başına torba tikməklə məşğuldurlar. Ona görə də Dağlı Qarabağ və ətraf ərazilərdə baş verənlər deputatlar üçün o qədər də maraqlı deyil. Onların maraqları Abşeron yarımadasında və bəzi turizm bölgələrində cəmləşib. Bir də axı beynəlxalq aləmə müraciət etmək, beynəlxalq hüquqi müstəvidə mübarizə aparmaq üçün birincisi vətəndaş yanğısı, ikincisi isə hüquqi savad lazımdır. Nə yazıq ki, bunların heç biri deputatlarımızda yoxdur. Onlarda güclü vəzifə iştahı, kommersiya maraqları və ucuz şöhrət həvəsi var. Vəssalam…
Ona görə də ümid yenə qalır vətəndaş cəmiyyətinə. Qeyri-hökumət təşkilatları, ayrı-ayrı qurumlar və ziyalı ordusu dayanmadan ABŞ, Avropa və Rusiya rəsmi dairələrinə o cümlədən, BMT və digər beynəlxalq institutlara davamlı şəkildə müraciətlər ünvanlamalıdırlar. Haqqımız olanı tələb etməliyik. Bunun alternativ yolu yoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2021, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-03-2021, 16:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39