Sabiqlərin rektorluq revanşı: İqtisad Universitetinə yeni rəhbər gətirilir?
Vətəndaşların narazı salındığı sahələr sırasında məhkəmə,təhsil və səhiyyə sistemləri artıq iqtidar üçün xüsusi önəm kəsb etməyə başlayıb. Məsələyə geniş aspektdən yanaşılsa, bilavasitə təhsil və səhiyyədən narazı vətəndaşların sayı yüz minlərlə ölçülər.Görünür, bu barədə aparılan qiymətləndirmənin nəticəsinə əsaslanılıb ki, Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyev məhkəmə, təhsil və səhiyyə sistemlərində ciddi islahatların aparılacağının ilkin anonsunu verdi. Ardınca məhkəmə sistemində Azərbaycan Dövləti adından çıxardığı qərarlarla vətəndaşları narazı salan, çıxardığı qərarları mübahisələndirilən,qərarlardan Prokurorluğun verdiyi protestlər çoxluq təşkil edən,10 çox məhkəmə hakimi tutduqları məsləklərindən azad edildilər,bu da son deyil, proses hələ də davam edir.Artıq hakimiyyətin yuxarı eşalonunda şikayətlərin minimuma endirilməsi,vətəndaşların hansı səbəblərdən narazı qaldıqlarının müəyyənləşdirilməsi bir neçə şəxsin təhlilinin üzərində dayanmaqla qiymətləndirilir.
Təhsil sektorundakı mənbənin verdiyi məlumata görə,aparılacaq islahatların tərkib hissəsi olaraq ölkə prezidenti təhsil sahəsində də narazılıqların minimuma endirilməsi məqsədi ilə bir çox universitet rektorunu yeniləyə,bəzi universitetləri birləşdirə bilər.Hətta,universitet rəhbərləri ilə bağlı KİV-lərdə indiyə qədər yazılan tənqidi məqalələr belə nəzərdən keçirilir. O da bildirilir ki, islahatların intensiv şəkildə həyata keçirilməsini təmin etmək üçün heç kimə güzəştə getməyən yeni kadrların Təhsil Nazirliyinə rəhbər vəzifələrə təyin olunacağı da baş verə bilər.
Faktinfo.az-ın əldə etdiyi məlumatda o da qeyd olunur ki,artıq ali məktəblərdə müəllim və professor heyyətini,tələbələri narazı salan rektorlar da müəyyən edilib.Siyahıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti,Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin və digər Universitetlərin adı keçir.Həmçinin,sabiq nazirlərdən bəzilərinin universitetlərə rektor təyin oluna biləcəkləri istisna olunmur.
Siyahıda adı yer alan Azərbaycan Dövlət İqtisad Universitetinə gəlincə, ADİU rektorunun yeritdiyi təhsil siyasətindən narazı olan 5-ə yaxın müəllim və professor heyətinin hələ də ölkə rəhbərliyinə ,Prezident Administrasiyasına teleqramlar vurduğu,məktublar ünvanladığı qeyd edilir. Bu arada isə ADİU-da müəyyən şayiələr də gəzir.Nə qədər qəribə səslənsə də vurğulamalıyıq ki, AMEA prezidentinin müşaviri, ADİU-nun kafedra müdiri,sabiq nazir Əli Abbasovun,həmçinin sabiq Maliyyə naziri Əvəz Ələkbərovun rektor Ədalət Muradovu əvəzləyəcəyi dəhlizlərdə “pıçıldaşılır”.(Faktinfo.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-05-2019, 08:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-05-2019, 08:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09