reklam
Regionxeberlericom.az » Araşdırma » Sabiq birinci müavin niyə həbs olunmadı? - Nazirlikdən Qüdrət Əliyevlə bağlı açıqlama

reklam

Sabiq birinci müavin niyə həbs olunmadı? - Nazirlikdən Qüdrət Əliyevlə bağlı açıqlama

Aprelin 22-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun birinci müavini olmuş Qüdərt Əliyevə qarşı ittihamlar irəli sürülməyib.

O və baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov, mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıldıqdan bir gün sonra azadlığa buraxılıblar.

Qeyd edək ki, Q.Əliyev aprel ayının əvvəlində icra başçsının birinci müavini vəzifəsindən azad olunaraq rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Təhsil Nazirliyindən "AzPolitika.info"-nun bu barədə sorğusuna cavab verilib.

"Məlumat üçün bildiririk ki, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev hazırda öz vəzifəsini icra edir. Hüquq-mühafizə orqanları tərəfindən Qüdrət Əliyevlə bağlı Təhsil Nazirliyinə hər hansı bir müraciət daxil olmayıb", - deyə nazirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, Qüdrət Əliyev bu il aprel ayının əvvəlində Şəmkir rayon Təhsil Şöbəsinin müdürü təyin olunub. Həmin vaxta qədər Alimpaşa Məmmədovun birinci müavini olub.

Uzun illər rayon təsərrüfatına rəhbərlik etmiş məmur təxminən 3 həftə əvvəl pedoqoji sahənin idarə olunmasına transfer edilib. Təhsildən bixəbər olan məmurun bu sektoru necə idarə edəcəyi isə görünür heç kimi maraqlandırmayıb.

Doğrudur, təhsil müdürü məsələsində Şəmkirin bəxti əvvəllər də gətirməyib. Qüdrət Əliyevin sələfi Məcid Məmmədovun adı mediada çoxsaylı neqativ əməllərdə, korrupsiya və rüşvət şəbəkəsi qurmaqda hallandırılıb. Buna baxmayaraq, o, 70 yaşında təqaüdə çıxdıqdan sonra bir il də məktəb direktoru vəzifəsində işləməyə layiq görülüb...

Maraq doğuran bir məqam da, müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunan Alimpaşa Məmmədovun uzun illər "sağ əli" hesab edilən, son üç həftəyə qədər birinci müavini işləmiş Q.Əliyev barəsində həbs-qətimkan tədbirinin seçilməməsidir...

Üstəlik o cəmi 3 həftə əvvəl təyin olunduğu təhsil müdürü vəzifəsinin başına qaytarılıb. Belə çıxır ki, Qüdrət Əliyev məmur reketliyində "çempion" titulu qazanmış Alimpaşa Məmmədova 7 il müavinlik etsə də təmizliyini qoruyub, onun qanunsuz tapşırıqlarını icra etməkdən yayınıb...

Halbuki "AzPolitika.info" ya verilən məlumatlarda rayonda bəzi ərazilərin qanunsuz satışına görə onun da "hörmətinin" çatdırıldığı iddia olunur...

Bu idialara aydınlıq gətirmək üçün Q. Əliyevlə əlaqə qurmaq cəhdlərimiz baş tutmadı...


Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 16:09
Sikayət   


loading...
Загрузка...