reklam
Regionxeberlericom.az » Araşdırma » Vəzifədə olarkən dünyasını dəyişən məmur və deputatlar...

reklam

Vəzifədə olarkən dünyasını dəyişən məmur və deputatlar...


Dünən axşam saatlarında Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib. 56 yaşlı nazir ağciyər xərçəngindən və qara ciyər serrozundan əziyyət çəkirdi. Mərhumun cənazəsi bu gün Bakıya gətiriləcək.

Qeyd edək ki, A.Rəhmovdan əvvəl də yüksək hakimiyyət postlarında təmsil olunmuş məmurlar və deputatlar vəzifə başında olarkən dünyasını dəyişib.

2017-ci ilin iyun ayının 9-da sabiq Energetika naziri Natiq Əliyev 69 yaşında müalicə olunduğu Türkiyədəki tibb müəssisəsində vəfat edib. Mərhum ürək xəstəliyindən əziyyət çəkirdi. Natiq Əliyev Fəxri Xiyabanda dəfn olunub.

2018-ci ilin iyun ayının 23-də isə keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalov 69 yaşında dünyasını dəyişib. Mərhum uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə ötən il avqustun 4-də 82 yaşında dünyasını dəyişib. Mərhum deputat Fəxri Xiyabanda dəfn edilib.

Milli Məclisin deputatı, akademik Cəlal Əliyev 31 yanvar 2016-cı ildə 83 yaşında vəfat edib. Onun məzarı da Fəxri Xiyabandadır.


Paylaş:


Müəllif : Tarix:
1-05-2021, 14:37
Sikayət   


loading...
Загрузка...