reklam
Regionxeberlericom.az » Araşdırma » Taliban mədən sahələrinin 75 faizinə nəzarət edir - Tiryəklə birlikdə bu sahə onların əsas gəlir mənbəyidir

reklam

Taliban mədən sahələrinin 75 faizinə nəzarət edir - Tiryəklə birlikdə bu sahə onların əsas gəlir mənbəyidir


Əfqanıstandakı mədən sahələrinin 75 faizi Taliban və yerli hakimiyyət orqanlarının nəzarəti altındadır və bu da ölkədə böyük dövlət gəlirləri əldə etmə potensialına sahib olan sektorda üstünlük təşkil edir.
Əfqanıstan Mədənlər və Neft Sənayesi Nazirliyinin (MoMP) verdiyi məlumata görə, ölkənin müxtəlif bölgələrindəki 748 mədən sahəsinin təxminən 283-ü Taliban, 281-i hökumət, qalanı isə güclü şəxslər tərəfindən idarə olunur.
Nazirliyin təqdim etdiyi cədvələ görə, 14 ərazidə mədəndən istifadə edilməyib. Bununla belə, mədənçilik 40 ildir bir ərazidə, 30 ildir üç ərazidə, 20 ildir altı ərazidə, 18 ildir iki ərazidə və 15 ildir digər üç ərazidə davam etdirilir.
Əfqanıstan, mineral sərvətinin bir trilyon dollardan çox olduğu təxmin edilən minerallarla zəngin bir ölkədir. Məlumatlara görə, hökumət hər il mədənçilikdən təxminən 300 milyon dollar gəlir itirir. Zəif təhlükəsizlik, müvafiq qanunvericilik bazasının və təşkilati potensialın olmaması, həmçinin korrupsiya, bu sektorun inkişafına mane olub.
Zəif idarəetmə yoxsulluqla birlikdə silahlı qruplara və yerli hakimiyyət orqanlarına qeyri-qanuni yollarla ölkə sərvətlərini qara bazarda qonşu ölkələrə və xaricə satmağa imkan yaradıb. Global Vitness-in (Global Witness) araşdırmasına görə, həm Taliban, həm də İŞİD bundan xeyir götürüb. Taliban təkcə mədən talkından ildə 2,5 milyonla 10 milyon ABŞ dolları arasında qazanc əldə edib və bu, tiryəklə birlikdə onların əsas gəlir mənbəyinə çevrilib. Beləliklə, qeyri-qanuni mədənçilik, xüsusilə döyüşən qrupların mineral sərvət uğrunda mübarizə apardığı şimal və şərq əyalətlərində davam edən qarşıdurmanın uzanmasına kömək edir.


Paylaş:


Müəllif : Tarix:
13-05-2021, 10:03
Sikayət   


loading...
Загрузка...