SAATLIDA NƏ BAŞ VERİR? - Camaat etiraz edir, icra hakimiyyəti isə...
Dünən, mayın 19-da Saatlı Rayon İcra Hakimiyyətində keçirilən vətəndaşların növbəti qəbulu da səssiz olmayıb.
Bir qrup sakin icra hakimiyyətinin binası qarşısında media nümayəndələrinə narazılıqlarını dilə gətiriblər.
Onlar işsizlikdən, ünvanlı dövlət sosial yardımı, əlillik pensiyası təyin edilməməsindən, əkinlərə görə subsidiya ödənilməməsindən şikayətləniblər.
"Bu, qanunsuz tələbidir axı"
Bunu isə Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ruhid Əzizov AzadlıqRadiosuna bildirib ki, vətəndaşların narazılıq etdiyi məsələlərin yerli icra hakimiyyətinə aidiyyəti yoxdur:
"Məzrəlidə bir qrup şəxs arasında torpaqla bağlı mülki mübahisə var. Mübahisəyə vaxtilə məhkəmədə baxılıb və qərar çıxarılıb. Hazırda da iş məhkəmə baxışındadır. Vətəndaşlar xeyirlərinə qərar çıxarılması üçün məhkəməyə təsir etməyimizi istəyirlər. Bu, qanunsuz tələbidir axı. "
Ruhid Əzizov sonra da deyib:
"Eləcə də əlillik dərəcəsinin, ünvanlı dövlət sosial yardımın təyin edilməsi bizim səlahiyyətimizə aid deyil. Bu səpkili şikayətlər aidiyyatı qurumlara edilməlidir. Üzdə olan şikayətçilərdən biri də Qara Nuru kəndinin sakinidir. Ona subsidiya ona görə verilməyib ki, əkin apardığı sahələrə dair lazımi sənədləri təqdim etməyib."
"Sonra da yazılır ki, Saatlıda aksiya olub"
İcra rəsmisi deyir ki, bəzi şəxslər məqsədlərinə çatmaq üçün media orqanlarından alət kimi istifadə edirlər:
"Əvvəlcədən bəzi internet saytları ilə danışırlar. Qəbul günü gəlib icra hakimiyyətinin binası önündə müsahibə verirlər. Sonra da yazılır ki, Saatlıda aksiya olub. Bunlar hamısı şoudur."
Əzizov icra hakimiyyətində vətəndaşların qəbulunun əvvəlki qaydada aparıldığını deyir:
"İnanın ki, bugün biz heç nahar fasiləsi etməmişik, qəbula yazılanların hamısını dinlədik. Əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı da xeyli iş görülüb. Bizdə pambıqçılıqla məşğul olan müəssisələrdə mövsümi işlər başlayıb. Bizdən iş istəyənlərə təklif edirik. Amma bəzi adamlar istəyirlər ki, ciblərində kartları olsun, işləmədən hər ay pul alsınlar. Bu qədər ki, hay-küy qaldırılır, ortada bir əsaslı dəlil, fakt yoxdur ki, bizi nədəsə təqsirli bilsinlər".
"Gəlsinlər yerində vətəndaşlara cavab versinlər"
Amma Saatlıda yaşayan ictimai fəal Nəsrəddin Kərəmov yerli icra hakimiyyətində qəbulların effektli olmadığını düşünür:
"Vətəndaşları narazı salan məsələlərin çoxu mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və məhkəmə orqanlarının qərarları ilə bağlıdır. Yaxşı olardı ki, bu orqanların əməkdaşları da belə qəbullara cəlb edilsin. Demək olmaz ki, bütün şikayətlər əsassızdır. Gəlsinlər yerində vətəndaşlara cavab versinlər. İcra hakimiyyəti öz statusuna görə onların ədalətsiz qəbul etdiyi qərarlara zidd olaraq nə bir söz deyə bilir, nə də addım atır. Bu, artıq idarəçilik problemidir."
Səslənən şikayətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa uygun qurumlardan isə münasibət almaq mümkün olmayıb.
***
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, mayın 19-da səhər saatlarında bir qrup Saatlı rayon sakini yerli icra hakimiyyətinin qarşısına toplaşaraq şikayətlərini ifadə ediblər. Onlar, əsasən, pensiyanın verilməsində, əlilliyin müəyyən edilməsində, torpaq və suvarma işlərində qanun pozuntularından şikayətləniblər. Şikayətçilərin iddiasına görə, onların müraciətinə ya baxılmır, ya da digər təşkilatlara göndərilir və sondan həll edilməmiş qalır.
Onlar rüşvət və korrupsiyadan da narazılıqlarını ifadə ediblər.
Hələlik, baş verənlərə Saatlı rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma şikayətçilərdən bəzilərinin icra hakimiyyətində qəbul edildiyi deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-05-2021, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-05-2021, 10:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39