Məhkəmə sistemi: köhnə hamam, köhnə tas… - NƏ ETMƏLİ?
Milli Məclisin son iclasında Ali Məhkəməyə, Bakı Apellyasiya Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə və Gəncə, Şəki, Sumqayıt, Şirvan apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsi qəbul olunub. Hər zaman olduğu kimi, parlament üzvləri hakimlərlə bağlı geniş müzakirələr aparmayıblar. Yalnız deputat Qüdrət Həsənquliyev hakimləri daha təşəbbüskar olmağa və qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfələrini verməyə çağırıb.
Kifayət qədər problemlərin olduğu məhkəmə hakimiyyətinin durumu ilə bağlı Milli Məclisdə ciddi müzakirələrin aparılmaması və təkliflərin səslənməməsi təəssüf doğurur. Bunun əsas səbəbi odur ki, Milli Məclisin özünün durumu də məhkəmələrdən fərqli deyil. Azərbaycanda parlament faktiki olaraq, notariat kontoru səviyyəsinə endirilib və Prezident Administrasiyasından gələn qanun layihələrini təsdiqləməklə məşğuldur. Xalqın seçmədiyi və tanımadığı bu adamlar ölkənin taleyüklü problemləri, cəmiyyəti narahat edən məsələlərlə bağlı nadir hallarda müzakirə apara bilir, o da yuxarıdan icazə veriləndə…
Azərbaycan məhkəmələrində sovet dövrü ilə müqayisədə müsbətə doğru köklü, radikal dəyişikliklərin olduğunu söyləmək çətindir. Ədalət mühakiməsi yoxdur, hakimlər rüşvət və sifariş əsasında qərar çıxarır, vəkillərin bir qismi də vətəndaşlarla onlar arasında makler funksiyasını icra edir. Son illər hakimlərin maaşı, sosial təminatı kifayət qədər yaxşılaşdırılsa da, gözləntilərin əksinə, bu faktor koprrupsiya və rüşvətxorluğun səviyyəsinin azalmasına təsir göstərə bilmədi. Hər halda, mediada, sosial şəbəkələrdə ən çox şikayət olunan ünvanların başında məhkəmələrin dayanması belə deməyə əsas verir.
Azərbaycanın məhkəmə praktikasında siyasi işlərlə bağlı heç vaxt hüquqa uyğun qərar verilməyib. Ədaləti bərpa edən qərarlar adətən geniş müdafiə kampaniyalarından, xarici tərəfdaşların tövsiyələrindən sonra yuxarıdan gələn təlimatla qəbul olunur. Şübhəsiz ki, məhkəmə hakimiyyətinin etibarını zədələyən başlıca amillərdən biri budur. Amma sadə vətəndaşlarla əlaqəli mülkü və cinayət xarakterli işlərdə də ədalət mühakiməsi təmin olunmur, rüşvət, şəxsi maraqlar, tapşırıqlar ön plana keçir.
Prokurorluq orqanlarının məhkəməyə ciddi təsir imkanlarının olması isə ayrıca mövzudur. Bu günə qədər nadir hallarda prokurorluğun protest verdiyi qərarlarla bağlı hakimlər fərqli, müstəqil, ədalətdən yana qərarlar veriblər. Əksər hallarda məhkəmə istintaqı zamanı dövlət itihamçısının mövqeyi həlledici olur, hakimlər onların tələb etdiyi cəzadan bir-iki il az cəza verməklə kifayətlənirlər. Əgər qərar istintaq orqanını qane etmirsə, protest verib, növbəti instansiyada istədiyinə nail olur.
Məhkəmə hakimiyyətində bu və başqa çoxsaylı problemlər Azərbaycanı Avropa hüquq məkanında mənfi mənada barmaqla göstərilən ölkələrdən birinə çevirib. Hazırda Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət olunan 3 ölkədən biridir. Əvvəllər sözügedən instansiyaya göndərilən şikayətlər əsasən seçki, siyasi həbslər və sair bu qəbildən olan şikayətləri əhatə edirdisə, sonralar başqa hüquqpozmalara dair müraciətlərin sayı da kifayət qədər artdı. AİHM-in cərimələdiyi ölkələr sırasında Azərbaycan ilk beşlikdə dayanır. Demək olar, hər ay ölkə əleyhinə qərarlar çıxarılır, cərimə kəsilir və il ərzində büdcədən yüz minlərlə avro onların ödənilməsinə xərclənir. Bu günlərdə AİHM Qarabağa qanunsuz səfər etdiyinə görə Belarusda həbs edilərək Azərbaycana ekstradisiya olunmuş bloger Aleksandr Lapşinin şikayəti əsasında Azərbaycanı 30 min avro cərimələdi. Lapşin indi Azərbaycan məhkəmələrinin yaratdığı imkandan bəhrələnib, ölkənin əleyhinə təhqiramiz yazılar yazır…
Azərbaycanın Avropa hüquq məkanında şikayətlər və qərarlar, kəsilən cərimələr üzrə “çempion” olsa da, belə görünür ki, bu fakt hakimiyyəti, o cümlədən məhkəmə sistemini narahat etmir. Belə olmasaydı, çıxardığı qərarlar dəfələrlə AİHM-də ədalətsiz sayılmış hakimlər məhkəmə sisitemində çalışa bilməzdilər. Milli Məclisin yuxarı instansiyalara göndərdiyi hakimlərin əksəriyyəti məhz Azərbaycanın cərimələnməsinə səbəb olmuş kadrlardır. Problemi daha da kəskinləşdirən məqamlardan biri də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarların yarımçıq icra olunmasıdır. Adətən dövlət şikayətçiyə kompensasiya ödəyir, bununla məsələ bağlanır. Halbuki bu qərarların hamısı presedentdir, gərək başqa işlərdə hakimlər onu rəhbər tutsun, qanunvercilikdəki boşluqların aradan qaldırılması üçün təkliflər verilsin, yanlış qərarlar çıxaran hakimlər cəzalandırılsın, məhkəmə sistemindən xaric edilsin.
Azərbaycanda hər il Məhkəmə Hüquq Şurası tərəfindən onlarla hakim barəsində intizam icraatı başlanır, onların bəziləri hakimlikdən xaric edilir və s. Dəqiqləşdirilməsinə ehtiyac olan rəqəmə görə, son 10 ildə 500-dən artıq hakim barəsində intizam icraatı başlanıb, onlara töhmət və s. cəzalar verilib. Amma bu da vəziyyəti dəyişməyib, çünki Hakimlərin Seçki Komitəsinin rəhbəri və üzvləri 2005-ci ildən bəri dəyişmir. Komitəyə Bakı Apellyasiya Məhkəməsinin 14 illik sədri İman Nağıyev sədrlik etməkdə davam edir. Hakimlər adətən məmur, iş adamları və elə hakimlərin öz övladları arasından seçilir, kənardan ora kiminsə düşməsi olduqca çətin məsələdir.
Yazının əvvəlində qanunverici və məhkəmə hakimiyyətləri arasında təsadüfən paralellik aparmadıq. Hər ikisi eyni cür formalaşır, eyni qaydalarla işləyir və bir amala qulluq edir. Bu da Azərbaycanda hüquqi nihlizm yaratmaqla bərabər, hakimiyyətin bir qolunun – icra hakimiyyətinin hədsiz möhkəmlənməsinə və digər qollara hökmranlıq etməsinə gətirib çıxarıb.
Sonda xatırladaq ki, 2019-cu il aprelin 3-də prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. İki ildən çox vaxt keçsə də, sənəd hələ də icra olunmayıb. Mövzunu davam etdirəcəyik. //pressklub.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2021, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2021, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01