Sədat Pekər haqda maraqlı məlumatlar: Mafiya lideri, yoxsa Turan məsləkli siyasətçi?
Son günlər Türkiyədə “Sədat Pekər” küləyi əsməkdədir. Türk kriminal dünyasının lideri hesab olunan Pekərin Türkiyə hakimiyyətinin yüksək vəzifəli şəxslərinə qarşı sensasion ittihamları bir nömrəli gündəmdir. Onun təkcə bir gün əvvəl – mayın 23-də yutubda yaydığı çıxışına 10 milyondan çox izləyici baxıb. Bu mafiya liderinin təkcə real həyatda deyil, virtual aləmdə də pərəstişkarlarının az olmadığını göstərir.
Azərbaycan toplumunda da kriminal aləmə, mafiya liderlərinə böyük maraq olduğunu nəzərə alaraq Sədat Pekər haqda bəzi maraqlı məlumatları oxucuların diqqətinə çatdırırıq.
Kimdir Sədat Pekər?
O, 26 iyun 1971-ci ildə Sakaryada doğulub, əslən rizəlidir. Sonradan ailəsi ilə birlikdə Almaniyaya köçüb və uzun illər orada yaşayıb. Pekər mütəmadi olaraq Turançı olduğunu dilə gətirir və bu istiqamətdə təbliğat da aparır.
Pekər ilk dəfə 18 yaşında həbs edilib. Buna səbəb isə dostunun narkotik səbəbilə öldüyünü öyrəndikdən sonra həmin narkotiki satan dəstəyə qarşı hücum təşkil etməsi və onları döyməsi olub.
Həbsxanadan çıxmasına 4 gün qalmış o, daha bir cinayət törədib. Artıq 20 yaşında kriminal aləmdə adından söz etdirməyə başlayıb.
İlk həbsdən sonra...
1990-cı ildə Bülent Kılıçla avtomobil şirkəti qurub, lakin şirkəti dələduzluğa məruz qalıb. Nəticədə biznes şəriki ilə əməkdaşlığı sonlandırıb. Bundan sonra isə kriminal qruplara liderlik etməyə başlayıb.
1997-ci ildə Rizədə qaçaqmalçı Abdullah Topçunu öldürmək ittihamı ilə həbs edilib. Lakin az sonra özü sərbəst buraxılsa da iki adamı ömürlük həbs cəzasına məhkum edilib.
Dövlətə təslim oldu
Girov saxlama, adam öldürməyə təşəbbüs, hədə-qorxu ilə pul mənimsəmə və oxşar cinayətlərdən yeddi ay axtarılan Pekər təslim olacağını bildirərək 19 avqust 1998-ci ildə Rumıniyadan Türkiyəyə gətirilib.
1998-ci ilin sentyabrında Pekər və adamları haqqında 7,5 il həbs cəzası verilib. Onunla bərabər 12 nəfər də cəza alıb. Lakin 24 may 1999-cu ildə sərbəst buraxıldı.
Ergenekon işi...
Sedat Pekər 12 mart 2005-ci ildə İstanbul Qaçaqmalçılıq ve Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən “Kəpənək” əməliyyatında yenidən ələ keçirildi. 31 yanvar 2007-ci ildə məhkəmə onun haqqında 14 il 5 ay 10 gün həbs cəzası qərarı qəbul etdi.
Həbsdə olduğu dövr ərzində o həm də Ergenekon işində “silahlı terror təşkilatı yaratmaq”da ittiham olundu.
2008-ci ildə Özge Yılmazla evlənib. Bu evlilikdən Sərdar Xan Pekər, Boğaçxan Talha Pekər, Cəlal Xan Pekər və Filiz Lina Pekər adlı övladları olub.
Sədat Pekər 2013-cü ilin avqust ayında Ergenekon işi ilə bağlı 10 il həbs cəzasına məhkum edilib. O, xüsusi səlahiyyətli məhkəmələrin qərarları ilə bağlı qanunda dəyişiklik edildiyi və həbs müddəti 5 ili keçdiyinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq 10 mart 2014-cü ildə sərbəst buraxılıb.
O həm də xeyriyyəçidir
Mafiya başçısı Kocaeli Spastik Əlillər Dərnəyi və Erkən Doğan Uşaqları Yaşatma Dərnəyi kimi təşkilatlara göstərdiyi yardımlarla da gündəmə gəlib. Sedat Peker 2015-ci il martın 9-da TIM Mərkəzində Zehni Əlillərin Reabilitasiya və Təhsil Fondu (ZEREV) tərəfindən təşkil edilən “İlin Ən Yaxşıları Mükafat Mərasimi”ndə etdiyi yardımlara görə ən xeyriyyəçi iş adamı mükafatına layiq görülüb.
Onun xeyriyyəçilik fəaliyyəti zaman-zaman mətbuatda əks olunub. Bunlar arasında suriyalı türkmənlərə qida təchizatı yardımı da yer alır.
“Quli” və Pekər qardaşlığı...
Bildirək ki, Sədat Pekər azərbaycanlı qanuni oğru, "Lotu Quli” kimi tanınan Nadir Səlifovla da dost olub. Hətta bir neçə gün əvvəl o, Lotu Quli barədə açıqlma verib.
Sədat Pekərin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etmə şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.
“Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, “Mehmet qardaşla çox yaxşı münasibətim var”, - dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, - deyə Sedat Peker açıqlamasında bildirib.
Nazir Peker haqda sərt danışdı
Bu hadisədən sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamların əsassız olduğunu açıqlayıb. Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib:
“Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”.
Qeyd edək ki, Sədat Pekər Süleyman Soylunu həm də korrupsiya və mafiya ilə əlaqələrdə ittiham edir. Pekərin sözlərinə görə, daxili işlər naziri ona qoruma təklif edib və 2020-ci ilin əvvəlində həbs olunmasını gözləmədən kriminal avtoritetin Türkiyəni tərk etməsinə icazə verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2021, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2021, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16