Gürcüstanda NƏ BAŞ VERİR? - Düşmənin əli tətikdədir...
Gürcüstanda yaşayan soydaşlarımıza qarşı bir həftə əvvəl start götürən təxribat bu ölkədə etnik problemlərin hələ də qalıcı olaraq çözülmədiyini ortaya çıxardı. Burada dövlətin düzgün etnik siyasət yürütmədiyi də açıqdır. ortada gəzib-dolaşan təxribatçıların hər an gözlənilən hücumunun qarşısını anında alabilmə bacarığının da olmadığı göründü. Elə isə bütün bunlar niyə baş verir, torpaqlarının bir hissəsi separatçı rejimlərin bayrağı altında Rusiyanın əsiri olan, buna baxmayaraq Avropaya inteqrasiya istiqaməti seçən, reallıqda dolanışığını Azərbaycanın hesabına tamamlayan Gürcüstanda niyə qalıcı asayiş tətbiq edilmir, niyə milli məsələlərdə dövlət səviyyəsində buraxılan boşluqlar doldurulmur ki, ölkədaxili və xarici düşmən ünsürlər bu amillərdən yararlanmasın? Suallar çoxdur və bir qisminə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbət əsnasında cavab tapmağa çalışdıq:
- Hazırda Dmanisidə tam sakitlikdir, hər kəs öz işində-gücündədir. Hadisələrlə bağlı hazırda istintaq gedir. Biz də Gürcüstan Azərbaycanlıları Konqresi olaraq tələb etmişik ki, məsələ ciddi araşdırılsın, cinayət törədən şəxslər tapılsın və mütləq cəzalandırılsın. Bu istiqamətdə işlər gedir və əminik ki, günahkarlar etnik kimliyindən, dini və siyasi baxışlarından asılı olmayaraq cəzalarını alacaqlar.
- Bir qrupun dükana və qarşısında dayanan azərbaycanlılara hücumu ilə başlayıb münaqişə. Araşdırılma aparılırmı ki, həmin qrupu ora kim göndərib, məqsəd-plan nəymiş? Onların ölkədə yaşayan ermənilərin və ya Ermənistandan kimlərinsə təsiri altında bu münaqişəni yarada bilməsi mümkündürmü?
- Hadisələrdə birbaşa ermənilərin təxribat izini aramaq mümkün deyil. Bizə görə, burada daha çox Rusiya izi görünür. Əlbəttə, bölgəmizdə ermənilər və İran hər zaman təxribat törətmək üçün fürsət axtarıb. Bu bəzən alınır, bəzənsə yox, amma onlar hər zaman öz çirkin əməllərinin arxasında dayanıblar. Burada bir məqam var: istər Azərbaycan, istərsə də Gürcüstan bilməlidir ki, düşmənlərimiz hər zaman ətrafımızdadırlar və təxribat törətmək üçün fürsət arayırlar. Ona görə də hər addımı ölçüb-biçərək atmalıyıq. Siz də bilirsiniz ki, Gürcüstanın iki böyük ərazisi Rusiya tərəfindən işğal edilib. Bu azmış kimi, 1918-ci ildən bəri Gürcüstanın Lori bölgəsi də Ermənistan tərəfindən qəsb edilib. Həmin iki qüvvə birlikdə Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğalda saxlamışdı. İran isə həmişə bu qüvvələrə dəstək verib və bu gün də eyni mövqedədir.
- Deyirlər, toqquşmanın yaranmasında svanlar günahkardır. Ən pisi odur ki, Gürcüstan hökuməti onları məhz azərbaycanlıların sıx yaşadığı bölgələrdə yerləşdirib və ya yerləşdirməyə qərarlıdır. Bu məsələ haqda nə deyərdiniz?
- Bilirsiniz, svanlar öz dilləri olan, amma yazılı əlifbaları olmayan gürcü dil qrupuna daxil xalqdır. Ölkənin əsasən dağlıq bölgələrində yaşayan bu azsaylı xalq 1990-cı illərdə təbii fəlakət yaşandığı üçün öz yerlərindən köçərək, ölkənin bütün ərazilərində, o cümlədən Borçalıda məskunlaşıblar. Məcburi köçkün kimi imtiyazları var, dövlətdən yardım alan bu insanlara ərazimizdə məskunlaşdığı dönəmdə azərbaycanlılar tərəfindən çox böyük köməkliklər olunub. Necə deyərlər, ev olmalarında, ayaqüstə duraraq özlərinə gəlmələrində soydaşlarımızın köməyi əvəzsizdir. Onlar təbii fəlakətdən silinməz yara alaraq qurtulmuşdular – bir çoxları ailə üzvlərini itirmişdilər və əminəm ki, bütün olanlara baxmayaraq, biz yenə də bu xalqa yardım göstərməyə hazırıq. Biz türkük, qafqazlıyıq, çətin duruma düşən insanlara yardım göstərmək içimizdən gəlir. Təəssüf ki, günümüzdə baş verən hadisələr Gürcüstanda son 30 ildə yürüdülən inteqrasiya siyasətinin yanlış olduğunu üzə çıxardı. Hesab edirəm ki, bu müstəvidə daha böyük büdcəyə malik proqramlar həyata keçirilməlidir. Özü də təkcə Reinteqrasiya Nazirliyində yox, digər nazirlik və dövlət qurumları səviyyəsində də.
- Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi və Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, o cümlədən siz, hadisə yerinə getmisinizmi? Ümumiyyətlə, baş verənlərlə bağlı nə kimi addımlar atılıb?
- Hadisə baş verən gün Konqres olaraq tam səfərbər idik. Azərbaycan səfirliyinin əməkdaşları da bütün günü orada olub, insanlarla, yerli rəhbərliklə görüşlər keçirib, nə baş verdiyini araşdırıblar. Səfirlik, həmçinin bizimlə də əlaqə quraraq məlumat mübadiləsi edib.
- Azərbaycanın torpaqlarını işğaldan qurtarması, Zəngəzur dəhlizinin açılması planının qüvvədə olması ilə Gürcüstandakı soydaşlarımıza qarşı törədilənlər arasında bir bağ ola bilərmi sizcə? Yəni təxribat, Gürcüstanla Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq istəyi...
- Qeyd edim ki, 44 günlük Vətən müharibəsi bizi çox sevindirdi. Müharibə gedən müddətdə Gürcüstan hakimiyyəti ərazisindən Ermənistana gedən yolları bağlayaraq, silah və hətta ərzaq yüklənmiş maşınların keçidinə icazə vermədi. Bundan əlavə, Gürcüstan müharibə ərzində hava məkanını da qapatdı ki, Ermənistana silah və hərbi texnika daşıyan təyyarələr uça bilməsin. Necə deyərlər, Gürcüstan tam mənada Azərbaycana dəstək verdi. Belə deyərdim: təxribatçılar var, amma ölkələrimiz arasında əlaqələr elə güclüdür ki, onu sarsıtmaq mümkün deyil.
- Zəngəzur dəhlizinin nə zamansa açılma ehtimalı bütün mənalarda Gürcüstanın rəsmi və ictimai dairələrində narahatlıq yaradırmı? Axı bu dəhliz işə düşərsə Gürcüstanın mövqeyi xeyli zəifləyə bilər? Bu mənada, bəlkə rəsmi Tiflis özü bilərəkdən baş verən məlum olaylar kimi təxribat yaratmaqla “mən də varam” deyə xatırlatmaq istəyir...
- Zəngəzur dəhlizinin açılması Gürcüstan üçün də maraqlı ola bilər. Çünki bu layihənin perspektivləri çox böyükdür. O ki qaldı Gürcüstanın bu məsələyə münasibətinə, heç bir narahatlığa əsas görmürük. Gürcüstanın iştirak etdiyi layihələr beynəlxalq miqyaslıdır və əvəzsizdirlər. Üstəlik, Gürcüstanın Azərbaycanla dost münasibətlərə sahib olduğunu da nəzərə alsaq, Bakı heç vaxt Gürcüstandan keçən yolun strateji əhəmiyyətini gözardı etməyəcək. Gürcüstanda hamı anlayır ki, Zəngəzur dəhlizinin gələcəkdə işə düşməsi bölgəmizin rifahına müsbət təsir edəcək. Yəni Gürcüstandan keçən megalayihələr olduğu kimi icra ediləcək - bunlar ziddiyyət təşkil etmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2021, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-05-2021, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09