reklam
Regionxeberlericom.az » Araşdırma » Bərdə bazarında 3 gündə iki yanğın nə ilə bağlıdır? - İcra başçısından açıqlama + FOTOLAR

reklam

Bərdə bazarında 3 gündə iki yanğın nə ilə bağlıdır? - İcra başçısından açıqlama + FOTOLAR


Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda son 4 gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb.
İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 07 radələrində rayonun “Təzə bazar”ında qısa qapanmadan yanğın başlayıb: “Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, Ağdam və Yevlax rayonlarından yanğınsöndürənlər də cəlb edilib. Yanğın demək olar ki, lokallaşdırılıb və söndürülməsi üçün tədbirlər görülür. İlkin məlumata görə, güclü külək nəticəsində bazarın üzərindən keçən naqillərdə qısaqapanma olub və oradan yanğın başlayıb”.
V.İsayev qeyd edib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 obyekt yanıb: “Yanğının digər obyektlərə keçməsinin qarşısı alınır. Təxminən 1000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır. Bəzi mağazalarda generatorlar, plastik manekenlər olduğu üçün onlar tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirir. Həmçinin, hazırda güclü külək də işə maneə olur.
İcra başçısı bildirib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: “İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt 10 mağazaya zərər dəymişdi, 4 obyektdə zərər ciddi idi, onlardan yalnız birinin sığortası var idi. İndiki yanğında isə bazar rəhbərliyi daşınmaz əmlakı sığorta etdirməlidir. Yanğın söndürüləndən sonra bu məsələni araşdıracağıq”.









Paylaş:


Müəllif : Tarix:
26-05-2021, 13:23
Sikayət   


loading...
Загрузка...