AĞDAM BELƏ QURULACAQ: DETALLAR AÇIQLANDI - Ailə başına 18 sot torpaq, şəhərdə bulvar, kəndlər birləşdirilir... + VİDEO
Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Burada ilk dəfə olaraq şəhər mərkəzinin necə qurulacağı açıqlanıb.
Ağdamda əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq
Ağdamın yenidən qurulmasının detalları barədə prezidentə “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov məlumat verib. O xatırladıb ki, şəhərin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılıb.
Onun sözlərinə görə, rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılıb.
Kəndlər birləşdiriləcək – 71-dən 33-ə qədər
R.Sadıqovun sözlərindən məlum olub ki, ictimaiyyətlə və administrasiya ilə bir yerdə müzakirə edilərək rayonun hazırda baxılan ərazisindəki 71 kəndi birləşdirilib və onların yerində 33 kənd olacaq.
Bununla yanaşı, prezident İlham Əliyev bildirib ki, 33 kənd birinci mərhələdə qurulanlardır. Sonra digər kəndlər də bərpa olunacaq: «Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq».
Ağdamda yeni universitet və özəl məktəblər olacaq
Bəzi kəndlər şərinə özünə birləşdirilib. Aparılan yenidənqurma çərçivəsində Ağdam rayonunun mərkəzinə bitişik 8 kəndin də şəhərə birləşdirilməsi nəzərdə tutulub. Bunlar Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı və başqalarıdır (adları açıqlanmayıb – FED.az).
Kənd ərazilərində isə kəndlər elə formada birləşdirilib ki, gələcək meliorasiya kanallarının suyu bərpa olandan sonra meliorasiya strukturu kəndlərin yollarına və suyun axınına uyğun olsun, bir-birinə mane olmasın.
Əkin torpaqları belə paylanacaq – adambaşına 25 sot
Rayonda aparılan islahatların bir istiqaməti kənd təsərrüfatı toraqları ilə bağlıdır. Xatırladaq ki, vaxtilə Azərbaycanda torpaq islahatı aparılanda Ağdam işğa altına olduğuna görə, burada islahat olmamışdı və əhaliyə pay torpaqları paylanmamışdı.
İndi isə məlum olur ki, əhaliyə adambaşına 25 sot pay torpağı veriləcək.
Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər elə bölünüb ki, 150 hektarlıq böyük hissələr daha kiçik - 25 hektarlıq hissələrə bölünə bilsin. Sonra bu ərazilər də 4-5 şektarlıq hissələrə bölünəcək.
Ağdamda hər bir nəfərə 18 sot həyətyanı sahə veriləcək
Bundan başqa, kəndlərdə hər ailəyə 18 sot həyətyanı sahə nəzərdə tutulub. Hərçənd burada dəqiq açıqlanmır ki, bu 18 sotluq həyətyanı ərazi şəhərin özəndə yaşayacaq ailələrə də aiddir, yoxsa yalnız kəndlərdə yaşayan ailələr bu qədər həyətə sahib olacaqlar.
Hamının suvarma suyu olacaq
Yeri gəlmişkən, artıq su xətlərinin yeri, haradan keçəcəyi müəyyən edilib. Plana əsasən hər bir torpaq sahəsinin suyu olacaq: «Ola bilər ki, meliorasiya xətləri 2-3 il sonra qurulsun, artıq onların planları uyğun olacaq və heç kəsə mane olmayacaq. Yeni sistem üzrə, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər».
Gəlib torpaqları əksinlər – prezidentdən iş adamlarına təklif
Bundan başqa, rayonda kənd təsərrüfatı yaratmaq və sahibkarları cəlb etmək üçün torpaqların bir neçə formada bölünməsi nəzərdə tutulur.
Birinci variant, torpaqların sahibkarlara verilməsidir. Bunun üçün sahəsi 10-50 hektar arasında olan 200 ədəd müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.
İkinci varianta əsasən isə, yerdə qalan dövlət torpaqlarında sahəsi 50-100 hektar arasında olan 50 ədəd müasir fermer təsərrüfatı yaradılacaq.
Ağdam cənnət olacaq - Venesiyadakı kimi Kanal, Şəhər Şəlaləsi...
Nəhayət bu ərazilərdə nəhəng, sahəsi 1500, 3000, 4000 hektar olan bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq.
Yeri gəlmişkən, tədbirdə bildirilib ki, artıq bir neçə iri şirkət ilk gündən rayonda əkin işlərinə başlayıblar ki, əkin sahələri boş qalmasın. Prezident Ağdamlı sahibkarlara səslənib ki, gəlib rayonda iş qursunlar: «Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın».
Şəhər ətrafında bağlar, mini otellər olacaq
Plana əsasən şəhərin ətrafı intensiv, müasir bağlarla əhatə olunub. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər.
Şəhər ətrafında səfalı yerlərdən biri olan Şahbulaq ərazisi elə qurulub ki, şimala doğru ətrafında bağlar Şahbulaq qalasına və Xaçınçaya qədər uzanacaq. Bu zolaq Eyvazxanbəyli kəndində yaradılacaq atçılıq zavodunadək uzanacaq. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq.
Şəhərin mərkəzi də yenidən qurulacaq
Qeyd edək ki, vaxtilə Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndlərlə və əhalinin artımını da nəzərə alsaq əhali sayı 50 mindən yuxarıdır. Amma prezidentin tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb.
Bu məqsədlə şəhərin mərkəzi daha da genişləndiriləcək. Belə ki, işğaldan əvvəl şəhərin ərazisi 700-800 hektar olub. İndi isə bu rəqəm 1700-ə qaldırılacaq.
Nəticədə ərazi baxıından isə Ağdamın mərkəzi Sumqayıtdan da böyük olacaq.
Ümumilikdə plandan məlum olur ki, Ağdamın mərkəzi – Ağdam şəhəri, Azərbaycanda Gəncə və Sumqayıtdan sonra ən sıx 3-cü şəhər olacaq.
Şəhərin mərkəzində yeni meydan qurulacaq, burada şəhər administrasiyası və konqres hol da yerləşəcək. Burada kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil ediləcək.
Bu artım sənaye zonasının, və yaşıllıqların hesabına olub.
Tədbirdə bildirilb ki, Ağdam şəhərinin yanında bir hündürlük var, o hündürlüyü Dağüstü park kimi istifadə etmək olar. Orada açıq teatr nəzərdə tutulub ki, Ağdamda təşkil olunacaq muğam konsertlərinin sədaları bütün şəhəri bürüsün.
Əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq
Təqdimatda bildirilib ki, şəhərdə yüksəkmərtəbəli binalar olacaq. Ümumilikdə, deyildiyi kimi, şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub.
Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70% isə binalarda yaşayacaq. Bunun üçün 23 min mənzil olacaq.
Bu 70 min nəfər şəhərin ərizisinin 30%-də yerləşəcək, şəhərdə ən sıx yeri mərkəz olacaq.
Şəhər daxilində meşə, bulvar və istirahət mərkəzləri
Ağdam şəhərində 125 hektar sahəsi olan uzun şəhər parkı olacaq. Onun yanından kanal keçəcək, kanalın ətrafında evlər olacaq. Park və kanalın uzunluğu 2 kilometrdir.
Bu kanal həm də meliorasiya - suvarma məqsədilə nəzərdə tutulub. İnsanlar bu 2 kilometrlik məsafədə qayıqlarla gəzə biləcəklər.
Kanalın ətrafı bulvar olacaq və burada istirahət mərkəzləri tikiləcək. Ümumilikdə Ağdamın ərazisinin 23%-i yaşıllıq olacaq.
«Ağıllı şəhər», tramvay və trolleybuslar
Ağdamın mərkəzinin yenidən qurulması çərçivəsində burada «ağıllı şəhər» sistemi qurulmalıdır.
Hökumət bu sahədə işləyərkən Birləşmiş Millətlər Təşkilatının təcrübəsini öyrənib. UNICEF qurumunun buraxdığı «Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında» kitabçada İT şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonaları, nəqliyyat - onların hamısı burada vəhdət halında əksini tapıb, hər biri də nəzərə alınacaq.
Küçələrin eni 20-60 metr olacaq, 60 metrlik yollarda tramvaylar da hərəkət edəcək. Bütün küçələrdə velosiped yolları olacaq. Bu yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq.
Ümumiyyətlə, şəhər elə planlaşdırılıb ki, burada insanlar daha çox piyada gəzsinlər. Uşaq məktəblərinin əlçatanlığı burada dairələrlə göstərilib, hamısı 300-350 metr məsafədədir. İnsanın hansı nöqtədə yaşamasından asılı olmayaraq, 300-350 metrliyində məktəb olacaq. İnsan evindən çıxarkən 400 metrdən bir istirahət parkına çatmış olacaq.
Bütün yollarda velosiped yolları nəzərdə tutulub ki, insanlar velosipeddən istifadə etsinlər. Ümumilikdə şəhərdə 79 kilometr velosiped yolu nəzərdə tutulub. Bundan başqa, şəhərdə tramvay xətləri də nəzərdə tutulub, onlar relslər olmadan, təkərlər üzərində hərəkət edəcəklər.
Şəhərdə velosiped, avtobus və tramvay yolları ilə yanaşı taksi və «Karşerinq» (“Carsharing” – avtomobillərin paylaşılması), eləcə də elektrik skuterləri də olacaq. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər.
Dəmir yolu vağzalı şəhərin şərqində yerləşdirilib. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın, onlar o yolda yerləşdirilsin.
Venesiyadakı kimi şəhərdaxili kanallar
Ağdamın yenidən qurulması çərçivəsində şəhərdaxili kanallar da olacaq, tədbirdə bildirilib ki, bu İtaliyanın Venesiya şəhərindəki kanalları xatırladacaq.
Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib parkadək uzanacaq. Kanalın eni 30 metrə qədər nəzərdə tutulur. Ətrafında səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq.
Kanalın üzərində körpülər nəzərdə tutulub, orada istirahət zonaları və insanların yayda asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl yerlər olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-05-2021, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-05-2021, 21:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20