Azərbaycan Baş nazirinin müəmmalı QƏTLİ...
31 may tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin ölüm günüdür.
Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu - 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub. 1920-ci il may ayının 31-də bir cox Cümhuriyyət qurucuları kimi qətlə yetirilib. Amma bəzi mənbələrdə bu tarix də şübhə altına alınır.
Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan Cümhuriyyətinin hökumət başçılarından biri idi.
Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil almışdı.
N.Yusifbəyli Azərbaycan Cumhuriyyəti ”İstiqlal bəyannamə"sini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.
Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində N.Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdu.
Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdi. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdi.
1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdu.
Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdu.
Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin isə yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi.
1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövlətini - Azərbaycan Cümhuriyyətini devirdi və ərazisi işğal olundu.
Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda –Kürdəmir yaxınlığndakı stansiyada faciəli surətdə qətlə yetirildi. Qəbri naməlumdur.
Bəzi erməni qaynaqlarında onun da "Nemezis" qisas planı çərçivəsində terror yolu ilə aradan götürüldüyü iddia olunur.
Nəsib bəyin birinci xanımı Şəfiqə Qaspralı xatirələrində yazırdı:
“Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.
Azərbaycanən Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Nəsib bəy Yusifbəyli ilə bağlı araşdırmalarında yazır ki, Türk kommunisti Mustafa Sübhinin 1920-ci ilin mayında, Gəncə üsyanının başlanmasından təxminən iki həftə əvvəl Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının sədri S.Orconikidzeyə göndrədiyi "Gəncəyə səfərimin nəticələri haqqında məruzə" adlı sənəd Nəsib bəyin sağ-salamat Kürün sağ sahilinə keçdiyini və Gəncə üsyanına hazırlıq işləri ilə məşğul olduğunu düşünməyə əsas verir.
"Onun məlumatına görə, 100 il əvvəl təxminən bu tarixlərdə keçmiş baş nazir Nəsib bəy Usubbəyov, Gəncə general-qubernatoru Əmir xan Xoyski, keçmiş daxili işlər naziri Mustafa bəy Vəkilov, Nuru Paşa, üsyan rəhbərlərindən polkovnik Cahangir bəy Kazımbəyov Samuxda, zəngin torpaq sahibi Şahmalıyevlərin mülkündə görüşərək, üsyana hazırlıqla bağlı məsələləri müzakirə etmişdilər.
Mühacirət dövründə Gəncə üsyanı ilə bağlı xatirələrini qələmə alan polkovnik Cahangir bəy Kazımbəyov bu barədə heç nə yazmır.
Nəsib bəyin birinci xanımı Şəfiqə iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan Mustafa bəy Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb.
Məncə başqa ehtimallar kimi, Nəsib bəyin Gəncə üsyanı zamanı öldürülməsi versiyasında da müəyyən həqiqət payı ola bilər".
Nəsib bəy harada, nə zaman, necə şəraitdə öldürülmüşdü?
Ehtimallar çox olsa da, dəqiq cavab hələ də yoxdur...
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2021, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-05-2021, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45