Qələbənin 7-ci ayında suallar artır - NƏ BAŞ VERİR?
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin bitməsindən 7 ay ötür. Ortada ikibaşlı nəticə var: bir tərəfdən müharibədə parlaq qələbə qazanılıb və bunun nəticəsində işğal olunmuş ərazilərin üçdə ikisi geri alınıb; amma digər tərəfdən, 28 il sonra Azərbaycana qayıdan Rusiya ordusunun (sülhməramlı adı altında) və onlardan güc, dəstək alan separatçı rejimin fəaliyyəti Azərbaycan cəmiyyətində getdikcə daha çox sual və narazılıq yaradır. 10 noyabr Bəyanatının Azərbaycanın maraqlarına aid hissəsi icra olunmur, erməni ordusunun qalıqları bölgədə qalmaqda davam edir, daxili nəqliyyat yolları yarımqapalıdır, Ermənistan rəsmiləri yenə müharibədən əvvəlki dövrdə olduğu kimi, Azərbaycan ərazisinin bir hissəsini su yoluna döndərib.
Azərbaycan hökumətinin Qarabağda yenidən dirçəldilən separatizmi birdəfəlik ləğv etmək, ölkənin suverenliyini həmin ərazilərdə tam bərqərar etmək üçün hansı siyasəti apardığı hələlik aydın deyil. Elə bu günlərdə ermənilərin katalikos-patriarxı II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa gəldi. O, üç gün Azərbaycan ərazilərini gəzib-dolaşdı, məğlub ordunun hərbçiləri, separatçıların başbilənləri ilə görüşlər keçirib, onlara təsəlli verməyə çalışdı. II Qaregin vaxt tapıb Rusiya sülhməramlıları ilə də görüşdü, onlara uğur arzuladı. Dini liderin ardınca Ermənistan müxalifətinin liderlərindən biri, keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan eyni marşrutla Qarabağa gəldi və Araik Arutunyanla görüşdü…
Ötən 7 ayda Azərbaycanla razılaşdırılmadan gerçəkləşdirilən bu sayaq səfərlərin sayı-hesabı itib. Rəsmi Bakı bir neçə dəfə etiraz bəyanatları versə də, əməli tədbirlər görməyib və ya görə bilməyib. Halbuki Azərbaycanın dəmir yolu, hava, quru yolları Qarabağa yük daşıyan Rusiyanın sərəncamında olub, üstəlik, bir ay Ermənistanın qaz təchizatı da bizim üzərimizdən həyata keçirilib. Bunun qarşılığı isə yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyil, əksinə, bu gün İrəvanda müzakirə mövzularından biri Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqla bağlıdır. İki gün öncə Qazaxıstanda olan Ermənistan prezidenti Armen Sarkisyanın verdiyi bəyanatlar da qarşı tərəfin sülhdən və əməkdaşlıqdan uzaq olduğunu təsdiqləyir. A.Sarkisyan deyir ki, əldə olunan sadəcə, atəşkəsdir, amma müharibə bitməyib. Bu gün Paşinyanı devirməyə çalışan rusiyayönümlü müxalifətin də əsas şüarı budur: “itirilmiş ərazilər”i qaytarmaq, Qarabağı yenidən ələ keçirmək.
Təəssüf ki, regionda yaranmış vəziyyət, münaqişəyə dəyişməkdə olan beynəlxalq baxış da beynəlxalq hüquqdan daha çox, Ermənistanın tərəfindədir. Fransa ortaya açıq mövqe qoyub, ABŞ-ın mövqeyi də ondan ciddi fərqlənmir. Bakıdan hərbi əsirləri (diversant – terrorçuları) qeyd-şərtsiz azad etmək, Ermənistan ərazilərindən (?) qoşunları çıxarmaq, Qarabağın statusu ilə bağlı müharibədən əvvəlki müzakirələrə qayıtmaq tələb olunur.
Belə vəziyyətdə Azərbaycan hakimiyyəti nə etmək niyyətindədir? Qarabağın işğalda olan hissəsində ölkənin suverenliyini, Laçın dəhlizinə nəzarəti bərpa etmək üçün hansı planları var? Rusiyanın və müəyyən mənada Qərbin dəstəyi nəticəsində dirçələn erməni separatizmini məhv etməmiş, yeni müharibə təhlükəsini tamamilə aradan qaldırmamış azad edilən rayonlarda tikinti-quruculuq işlərinə başlamaq bir qədər tez deyilmi?
Ümumiyyətlə, Xankəndi, Xocalı, Şuşanın işğalda olan kəndləri və başqa ərazilər nə zaman, hansı şərtlər daxilində Azərbaycanın suverenliyinə qaytarılacaq? Bunun üçün iş görülürmü? Yaxud, Rusiyanın sülhməramlı adlanan qüvvələrinin ilk beşilliyin yekununda bölgədən çıxarılması istiqamətində məqsədyönlü bir fəaliyyət varmı?
Yeddi ay davam edən qeyri-müəyyənlikdə bu sualların cavabı verilməyib. Ümumiyyətlə, hakimiyyət yenə də öz siyasəti haqqında cəmiyyətə ətraflı məlumat verməkdən yayınır, şəffaf və hesabatlı deyil. Yalnız prezident işğaldan azad olunan ərazilərə səfər etdikdə orada aktual məsələlərə dair bəyanatlar səsləndirir, bununla da informasiya siyasəti bitmiş sayılır. Bu, təbii ki, yetərli deyil və sualları artırır. Suallar da öz növbəsində narazılıq yaradır. //pressklub.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2021, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-06-2021, 08:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25