reklam
Regionxeberlericom.az » Araşdırma » FÜZULI SAKINI:BAŞÇININ MÜAVINININ HARAMLA DOLU QAZANINI DAĞIDACAM-ŞOK SƏS YAZISI

reklam

FÜZULI SAKINI:BAŞÇININ MÜAVINININ HARAMLA DOLU QAZANINI DAĞIDACAM-ŞOK SƏS YAZISI

Füzuli rayonunda 15 ilin dövlət qulluqçusunu pensiyaya çıxmasına iki il qalmış saxta diplomlu biri ilə əvəzləyiblər
Yazmışdıq, yenə yazırıq: Saxta diplomlularla, “yuxarı”dan tapşırılmışlarla, korrupsiyaya bulaşmışlarla Qarabağda cənnət qurmaq mümkün olmayacaq. Bu müstəvidə bizə Türkiyənin “Bayraktar”ları, İsrailin “Harop”ları kömək etməyəcək. Vicdanlı yerli kadlar lazımdır. Vicdanı isə pulla almaq mümkün deyildir. O, ya var, ya da

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, hələ bu ilin fevral ayında «Deryaz.az” saytı etibarlı mənbəyə istinadən yazmışdı ki, Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) 3-cü “Qayıdış” qəsəbəsi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin sədri Məmmədova Tamella Taleh qızının keçmiş AMİ-nin Gəncə filialından aldığı diplom saxtadır.

T.Məmmədovanın özünə zəng vuraraq haqqında yayılan bu məlumatlara münasibət bildirməsini xahiş etdik. Özündənrazı halda danışan T.Məmmədova diplom söhbətindən hər vəchlə yayınmağa çalışdı və bildirdi ki, hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında qiyabi təhsil alır. Ancaq sonrakı araşdırmalarımızla öyrəndik ki, onun verdiyi bu məlumat da yalandır.

Həmçinin, verilən məlumatlar sırasında T.Məmmədovanın cəmiyyətin həssas təbəqəsinin mənsubları ilə iş aparmaq qabiliyyətinin olmadığı, ona Füzuli RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftalıyevin himayədarlıq etdiyi di qeyd olunmuşdu. Axırda belə qənaətin üstündə dayanmışdıq ki, görünür İcra Başçısı Alı Alıyevə belə saxtakarlarla işləmək daha yaxşı sərf edir.

İndi isə gəlin görək, T.Məmmədova öz saxta bağça müəllimi diplomuyla təyin olunduğu vızifədə kimi əvəzləyib – 15 il dövlət qulluğunda iş təcrübəsi olan, aqronom və iqtisadçı ixtisaslarına malik Birinci Qarabağ müharibəsi veteranı Əliyev Amil Telman oğlunu. Özü də Amil Əliyevin pensiyaya çıxmasına cəmi 2 il qalmış.

Bu barədə redaksiyamıza Amil Əliyevin qardaşı Əliyev Canəli Telman oğlu məlumat verib. Canəli Əliyevin sözlərinə görə, qardaşının etirazını səngitmək üçün ona təklif ediblər ki, oğlunu icra nümayəndəsinin müavini vəzifəsinə götürə bilərlər. Ailəsinin gənc oğlunun karyera perspektivini nəzərə alan Amil Əliyev də təkliflə razılaşıb. Amma bu da havayı başa gəlməyib. Onda bu məqsədlə 4000 manat rüşvət istəyiblər. Canəli kişi deyir ki, həmin məbləğdə pulu öz əliylə Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavin Bağır Aslanova verib. Lakin Amilin oğlu vəzifəyə təyin olunandan 5-6 ay sonra işdən çıxarılıb. Bu isə onları çox ciddi mənəvi iztirab və maddi sıxıntılar qarşısında qoyub. Belə ki, Amil Əliyev və həyat yoldaşı şəkər xəstəsidirlər, müalicələrinə, ən zəruri ehtiyaclarını ödəməyə imkanları yoxdur.

Halal zəhmət adamı Canəli Əliyev deyir ki, bilmir özünün iş tapa bilməyən dörd oğlunun hayına qalsın, yoxsa, qardaşının ailəsinə qayğı göstərsin: “Mənim ali təhsilli bacım uşaqları, qardaşım uşaqları işsiz qalıb, Tamella kimi saxta bağça müəllimi diplomlular irəli çəkilir. Bayram Niftalıyev qardaşım Amilin “trudovoy”un (əmək kitabçası – red.) qaralayıb, qardaşım oğlunun məsələsinə gələndə deyir ki, mən işə adam götürmürəm ha. Bağır Aslanov da bizi aldadıb, pulumuzu yeyib. Rayonda Bəhmənlidən olan öz qohum-əqrəbasını yığıb başına, vəzifələrə yerləşdirib, hara baxırsan onunkulardı, min hektarlarla torpaq sahələrini ələ keçiriblər, əlindən heç bir iş gəlməyən yaxınlarının da hərəsinə bir idarədən maaş kartı verib dolandırır, işləməyə-işləməyə dövlətdən pul alırlar.

Bu məlumatı araşdırmaq üçün Bağır Aslanovla telefon əlaqəsi qurub konfrans zəng təşkil etdik. B.Aslanov dəstəyin o başından Əliyevlərdən pul aldığını təkzib etdi: “Getsin, pulu kimə ki verib, o adamdan geri alsın”.

Bu cavabın deyiliş tərzi bizdə belə yəqinlik hasil etdi ki, B.Aslanov onların verdikləri rüşvətin özünə deyil, başqasına çatdığını demək istəyir.

Canəli Əliyev isə israrlıdır: “Bir danam var, satıb yol pulu eləyəcəm. Bakıya gedib Ulu Öndərin məzarını ziyarət edəcəm. İflic vurmuş anamı əlil arabasında Prezident Aparatına aparıb Prezidentlə, Vitse-Prezidentlə görüş tələb edəcəm. Keçən qurban bayramında Bağıra pay verdiyim quzunun ətini onun burnundan gətirdəcəm. Mənim və qardaşımın evimizdə qazanımız boşdur, həftələrlə, ayla ət xörəyi bişmir, Bağırın haramla dolu qazanını dağıdacağam”.

 


Paylaş:


Müəllif : Tarix:
28-06-2021, 11:55
Sikayət   


loading...
Загрузка...