“Lotu Quli”nin qətlində Lənkəranskinin qardaşı şübhəli bilinir
Xəbər verdiyimiz kimi, Türkiyə polisi “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni zamanda dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə yaxın olan şəxslər saxlanılıb.
Polis jurnalistlərə Nadir Səlifovun qətlə yetirilməsindən dərhal sonra şübhəlilərin hoteldən qaçdığı videogörüntüləri təqdim edib. Türkiyə KİV-in məlumatına görə, Namiq Canıyevin saxlanılmasına dair xüsusi əməliyyat başlanıb. Qeyd edək ki, N. Canıyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Keşlə yük stansiyasının gömrük postu rəisi vəzifəsində çalışıb, gömrük polkovniki rütbəsi daşıyıb.
Türkiyə nəşrləri xatırladır ki, “Lotu Quli” Rövşən Lənkəranskinin qətlinin sifarişçisi hesab olunurdu.
“Lotu Quli”nin özü ötən ilin avqustunda Antalyada hotellərin birində güllələnib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib. O, hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərərkən saxlanılıb.
Səs-küylü cinayətdən dərhal sonra belə bir versiya meydana çıxdı ki, “kriminal kral”ın aradan qaldırılmasının arxasında Azərbaycanın digər kriminal avtoriteti – 2016-cı ildə qətlə yetirilmiş Rövşən Lənkəranskinin klanı dayanır.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2021, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-07-2021, 17:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54