reklam
Regionxeberlericom.az » Araşdırma » Prokurorun 11 il cəza tələb etdiyi iş adamı bəraət aldı

reklam

Prokurorun 11 il cəza tələb etdiyi iş adamı bəraət aldı



Azərbaycanda 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarovun məhkəmə prosesi keçirilib.

RegionXəbərləri.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə Müşfiq Muxtarovun barəsində bəraət hökmü çıxarıb.

Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

İttihama görə, Müşfiq Muxtarov SOCAR-ın birgə müəssisəsi olan “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adı ilə üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

Məhkəmədə ifadə verən Müşfiq Muxtarov isə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat pul verib. Onun sözlərinə görə, bunun müqabilində də 200 min qazanc götürüb: “Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursu ilə hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

Müşfiq Muxtarov 2020-ci ilin sentyabrında həbs olunub.

Məhkəmədə prokuror onun 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, təqsirləndirilən şəxs Müşfiq Muxtarov və zərərçəkmiş şəxs Loğman Hacıyev əslən Ucar rayonundandırlar.

RegionXəbərləri.com 



Paylaş:


Müəllif : Tarix:
8-07-2021, 14:53
Sikayət   


loading...
Загрузка...