Azərbaycanda dollarla bağlı nə baş verir? –Limit oyununun pərdəarxası
“Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir”.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev səsləndirib. Onun sözlərinə görə, banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, qurum bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir.
Bu məsələnin internetdə problemə çox oxşadığını deyən ekspert qeyd edib ki, problemlə olduqda, onu ATS-lərlə provayderlər bir-birinini üstünə atırlar: “Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”.
S.Əliyev, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırmasının anlaşılmaz olduğu qənaətindədir: “Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir”.
İqtisadçı-ekspert, qarşıda 2 yol olduğunu diqqətə çatdırır: “Ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, hm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-07-2021, 08:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-07-2021, 08:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54