reklam
Regionxeberlericom.az » Araşdırma » Etibar Hüseynov niyə “yumurtlayır“? - Yaxud söyüş makinasınının “düymə”sini kim basıb?

reklam

Etibar Hüseynov niyə “yumurtlayır“? - Yaxud söyüş makinasınının “düymə”sini kim basıb?


2000-ci illərdən etibarən, Azərbaycan teleməkanına çıxarılan, boyunlarına ölçülən təbii və tapşırılan vəzifələri etik çərçivələri dağıtmaq olan bəzi “jurnalistlər” jurnalistika etik qaydalarını çox yaramazcasına pozdular. Onların sırasına nəzər saldıqda isə əlbəttə, ilk xatırlanan “medianın söyüş pioneri” məhz Etibar Hüseynovdur. 
Bəli, vaxtilə “Lider” TV-də başlayan, sonra isə müxtəlif telekanallarda da yayımlanan “Sitatın sonu” layihəsi ilə təbiətindəki əxlaqsızlığı, tərbiyəsizliyi efirə daşıyan, televiziya məkanını çirkin elementlərlə zibilləyən “jurnalist”, daha sonra millət vəkili “qəlib”inə oturdulmuş Etibar Hüseynov...
“Sitatın sonu”nda özünü “çirkab maşını” kimi təsdiqləyən Hüseynov “boz kardinal” Ramiz Mehdiyev və Əli Həsənov kimi təlimatçılarının göstərişlərinə uyğun olaraq, efirdən hədəflərin ünvanına 18+ məzmunlu təhqirlər yağdırmaqla, ictimai rəydə də dərin hiddətə tuş gəlmişdi. Mübaliğəsiz deyə bilərik, indiki xaricdəki yaramaz söyüş maşınlarının da təməli məhz o kimi layihərdən nümunə götürülərək qoyulub. Yəni özünə az da olsa, hörmət qoyan heç bir qələm sahibi Etibar Hüseynovun üstləndiyi yaramazlığı alqışlamayıb. 
Etibar Hüseynov “Lider”də işlədiyi dönəmdə sadəcə, efir tərbiyəsizliyi ilə məşğul deyildi. O, qazandığı “qara təcrübə” sayəsində “Lider”də parlamağa başlayan Vüqar Bektaş və digər gənc istedadların yolunu kəsmək üçün əl atmadığı vasitə qalmadı. “Fələyin çarxı” onun istədiyi səmtdə fırlandığı üçün adam məqsədinə nail olmağı da bacarırdı. Təəssüf ki...
Sözsüz ki, Azərbaycanın dialoq müstəvisini və efir məkanını çirkaba bulayan, Mehdiyev-Həsənov tandeminin konkret planlarının icrasında fəallıq göstərən Hüseynovun məlum “xidmət”lərinin mükafatı olaraq, ona 2010-ci ildə deputat mandatı hədiyyə olundu. Yeri gəlmişkən, adam Milli Məclisin iclaslarından birində məcburi köçkünlər barəsində qəbulolunmaz ifadələr işlətdiyinə görə ona parlamentdə danışmaq yasağı qoyulmuşdu. 
Lakin Etibar Hüseynov Milli Məclisdə danışmaq hüququnu itirsə də, millət vəkili statusunun nüfuzundan yararlanaraq, bir çox həmkarları kimi özünə biznes imperiyası qurmaq xəyalından imtina etmədi. Amma aşağıda yazılacaqları qabaqlayaraq qeyd edək ki, Hüseynovun “biznes dühası” da onun deputatlığından və jurnalistliyindən fərqli olmadı. 
Baxın, biznes xəyalı ilə o vaxtkı deputat həmkarı, “un mafiyasının başı” adlandırılan Əsabil Qasımovdan külli miqdarda borc pul alan Hüseynov əldə etdiyi kapitalı broyler sənayesinə, sadə dildə desək, quşçuluğa yatırdı. Lakin bu işdə özünü də, mayasını da “yandıran” Hüseynov real işdə nə qədər bacarıqsız olduğunu göstərdi. Vəziyyəti obrazlı ifadə etsək, “Hamı gütdi quş gətirdi, Etibar Hüseynov bayquş gətirdi”. Eyni zamanda, başladığı işi batırdığı üçün aldığı borcu qaytarmaması üzündən Əsabil Qasımovla arasında ciddi söz-söhbət yarandı. 
Uğursuz deputatlıq fəaliyyətindən sonra Mehdiyev-Həsənov duetinin verdiyi təkanla yenidən mətbuata qayıtmağa cəhd edən Hüseynov üçün müəyyən şərait yaradılsa da, adam uzun illər ərzində qazandığı imic səbəbindən yenə heç nəyə nail olmadı. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, adam o qədər uğursuzdur ki, əlinə aldığı hazır işləri də ən qısa müddətdə batırır. 
Amma son dönəmlərdə bəzi platformalarda Etibar Hüseynova geniş imkanlar yaradılır, çağdaş media siyasətini “dəyərləndirməsi” üçün ona tribuna verilir. O da bu imkandan yararlanaraq, Mehdiyev-Həsənov tandeminin məhv etdiyi ölkə mediasının mövcud vəziyyətinə görə məsuliyyəti özünün “xaç ataları”nın üzərindən atmaq üçün geyinmədiyi don qalmır. Sanki öz ambisiyaları üzündən mətbuatı bataqlığa soxanlar Mehdiyevlə Həsənov yox, başqaları imiş. Bir sözlə, vaxtilə toyuqçuluqla məşğul olsa da, bir toyuq belə yumurtlada bilməyən keçmiş "vəkil" indi özü yumurtlamaq eşqinə düşüb...
Lakin aydın məsələdir ki, ictimai rəydə adı ilə yanaşı heç bir müsbət detal olmayan Etibar Hüseynov harada və danışmasından asılı olmayaraq, “yarlığı” üstündədir. Yəni adam “Sitatıın sonu” ilə öz sonunu çoxdan gətirib...
X. QULUZADƏ


Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 16:50
Sikayət   


loading...
Загрузка...