Daha bir hakim Azərbaycan dövlətini HƏDƏFƏ ÇEVİRDİ... - "Artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi"
Ali Məhkəmə iyulun 13-də yekun qərarını açıqladığından, bloger Elçin Həsənzadə və Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovun (Türksoyun) həbsinə görə Avropa Məhkəməsinə şikayət göndəriləcək. Bu bilgini AzadlıqRadiosu-na mingəçevirli aktyorun vəkili Nemət Kərimli çatdırıb:
“Artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi. Bu üzdən növbəti addım Avropa Məhkəməsinə şikayət etmək olacaq”.
Sözügedən ictimai fəallar Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin şikayəti əsasında cəzalandırılıb. Onlar CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə 8 ay azadlıqdan məhrum ediliblər. İddia olunur ki, bloger və aktyor sosial medidakı paylaşımlarında Mustafayevin şərəf və ləyaqətini alçaldıblar.
Öncə islah işləri cəzası kəsilsə də…
Mingəçevir şəhər Məhkəməsi sosial mediadakı paylaşımlarına görə bloger və aktyorun hərəsinə 1 il islah işləri cəzası kəssə də, Ş. Mustafayev bundan narazı qalıb. Onun şikayətindən sonra Şəki Apellyasiya Məhkəməsi paylaşım müəlliflərinin həbsinə qərar verib. Ali Məhkəmə də həmin hökmü haqlı sayaraq qüvvədə saxlayıb.
E. Həsənzadə həbsinin sifarişli olduğunu düşünür. Onun sözlərinə görə, Mingəçevirdəki qanunsuzluqları, məmur özbaşınalığını və korrupsiya hallarını ictimailəşdirdiyinə görə cəzalandırılıb. Blogerin fikrincə, məhkəmədə iddia qaldıran Ş. Mustafayev olsa da, işin arxasında icra başçısı dayanıb:
“Dövlət başçısı özü medianı korrupsiyanı ifşa etməyə, rüşvətxorluğa qarşı mübarizədə ona yardım göstərməyə çağırıb. Mən korrupsiya hallarını çəkib göstərdim və buna görə məni həbs etdilər. Materialda “iribuynuzlu məmur” ifadəsinə görə məni 8 ay azadlıqdan məhrum etdilər”.
“Məhkəmə hökmdə ittihamın mahiyyətindən kənara çıxıb”
Blogerin vəkili Zibeydə Sadıqova müvəkkili haqqında hökmün ifadə azadlığına zidd olduğunu düşünür: “Məhkəmə hökmdə ittihamın mahiyyətindən kənara çıxıb. Mustafayevin iddiası bir tərəfdə qalıb, məhkəmə Elçin Həsənzadənin özünü necə aparmasına, birinci instansiya məkəməsinin hökmündən sonrakı davranışlarına qiymət verib”.
Vəkillərin fikrincə, Avropa Məhkəməsi bloger və aktyorun işinə baxanda, onlara münasibətdə baş verənləri Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulması kimi qiymətləndirəcək.
“Anlama olmur…Dövlət cərimə ödəməli olacaq”
“Anlamaq olmur ki, məhkəmələr belə hökm və qərarları niyə verir. Gələcəkdə Avropa Məhkəməsində Azərbaycana qarşı daha bir qərar çıxarılacaq və bu hökmə görə dövlət cərimə ödəməli olacaq. Bu kimə lazımdır?”, - vəkil N. Kərimlinin sözləridir.
Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin baş redaktor müavini olmuş E. Həsənzadə və aktyor İ. Türksoy martın 2-də Şəki Apellyasiya Məhkəməsində həbs ediliblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2021, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-07-2021, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25