"Büdcədən 5-3 manat alan saytlar var ki, nə din tanıyırlar, nə də DİNdən qorxurlar..." - ETİRAZ
2020 – ci il 27 sentyabrda Azərcaycan xalqı 26 sentyabr axşamında yatdığından fərqli bir xalq olaraq oyandı. Həmin gündən başlayaraq 44 gün ərzində bütün 30 illik siyasi, ideoloji, iqtisadi, sosial düşmənçilik qırağa qoyuldu. 1988-ci ilin 17 noyabrından sonra ilk dəfə Azərbaycan bir yumruğa döndü. Bu yumruğun sahibi Ali Baş Komandan idi. Dəmir Yumruq düşmənin başına endirildi! Həmin 44 gün ərzində pensiyaçı şəkili vətəndaşdan tutmuş, Prezidentə qədər hər kəsin bir adı var idi: AZƏRBAYCAN ƏSGƏRİ!…
…Tarixdə ikinci dəfə “İlin Xalqı” olmamızı dəyərləndirməmək ərəfəsindəyik. Meydan hərəkatından sonra bu xalqın gücündən ehtiyyatlananlar hansı oyunlara əl atdılarsa, indi də eyni havanı çalıb, eyni oyunu oynayırlar. Bundan sonra deyəcəklərimi indi ən qısa və loru dillə ifadə edirəm: Şuşanın azad olunması müjdəsini verən Prezidentə bu xalq övladını da qurban verərdi. Amma…
…Cənab Prezident, bunu müraciət kimi də qəbul edə bilərsiniz. Jurnalistlərə ”mənim ən yaxın dostum” demişdiniz. Qarabağ döyüşçülərini də özünüzə dost saydığınız inamındayam. Bu səbəbdən İkinci Qarabağ Savaşında iştirak edən jurnalist kimi bu yazımı səmimi dost müraciəti olaraq qəbul edəcəyinizə inanıram. İstərdim Siz də inanasınız ki, “Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı müzəffər Ali Baş Komandan” deyə çıxış edənlər dost olmaya da bilər. Axı ən yaxın tariximizdə baş nazir Surət Hüseynovun, Daxili İşlər Nazirinin müavini Rövşən Cavadovun, Milli Təhlükəsizlik Naziri Nəriman İmranovun, Kənd Təsərrüfatı Naziri Müzamil Abdullayevin, Milli Məclisin Sədri Rəsul Quliyevin, Səhiyyə Naziri Əli İnsanovun, İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun… xəyanətlərini yaşamışıq. Bu xəyanətləri Siz hər kəsdən daha yaxşı bilirsiniz və həmin xəyanətkarların təmtəraqlı tərif çıxışları da yadınızdadır. İndi ilin, günün bu vaxtında bunları xatırlamaqda məqsədim yeni bir xəyanət və təxribatın içində olmağınızdır. Elə buradaca Sizə təmtəraqlı tərif deyənlərdən fərqli olaraq, səmimi etiraf edəcəm ki, narahatçılığım baş verənlərin siyasi hakimiyyətə deyil, dövlətçiliyə qarşı təhlükəsi ilə bağlıdır.
Zəfər savaşından sonra eynən 88-ci ildə olduğu kimi ən müxtəlif maraqda olan dünya gücləri “bu xalqı hesablamaq olmaz, belini qırmasaq, boynuna minəmmərik” düşüncəsi ilə bütün cəphə boyu hücuma keçdilər. Rusiyanın FTB-si, İranın Hizbullahı, Türkiyənin FƏTÖ-su, ingilisin, yunanın və digərinin gizli örgütləri əvvəldən yerləşdirdikləri minaları aktiv vəziyyətə gətiriblər. Onlar üçün kimin qalib gəlməsi önəmli deyil, əsas məqsədləri son 200 ildə ilk dəfə bu xalqın Qələbə sevinci yaşamaq haqqını əlindən almaqdır. Bacarırlar, Cənab Prezident, fərqindəsinizmi?!…
Fərqindəsinizmi, Sizə və dövlətə bu xəyanəti komanda hesab etdiyiniz qrupun vəzifəli şəxsləri edir? Bir şəhid ailəsini incitməklə, bir qazini qapısının ağzında boynubükük saxlamaqla, bir Qarabağ döyüşçüsünə laqeyd yanaşmaqla və ümumiyyətlə vətəndaşını adam yerinə qoymamaqla bu məmurların Sizin tvitlərinizi və TV çıxışlarınızı böyük sevgi ilə gözləyən vətəndaşı Sizı qarşı müxalif etdiyinin fərqindəsinizmi? “Nə oldu, Paşinyan?” məşhurluğunu Sizin sərəncamınızla vəzifə qazanan məmurlar əks effektə çevirir…
İş o yerə çatıb ki, özünüzə dost saydığınız media sektorunda da məlum örgütlər QLOBAL ŞƏBƏKƏ yaradıblar. Siz jurnalistlər üçün tikilən üçüncü binanın təməlini qoyanda demişdiniz: “Mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək.”…
… Və indi bilirsinizmi, nə baş verir? Bəlkə də qiyamı MEDİAdan başlamaq istəyirlər. Büdcədən 5-3 manat alan saytlar var ki, nə din tanıyırlar, nə də DİNdən qorxurlar, özlərini qlobal bilib “FƏTHO kişvər qılmağa” cəhd göstərirlər. Dünən düşmən olan qüvvələr elə VÜQARlı şəkildə birləşiblər ki, adam “Əhməd hardadır?” əvəzinə “Əli köməyiniz olsun” demək istəyir.
Cənab Prezident! Hər şeydən məlumatlı olduğunuzun fərqindəyəm. Amma bu qədər səbr də artıqdır. Hərdən yumruğu düşmənin başı ilə bərabər xain məmurların yanında stola da vurmaq lazımdır!
Nəsimi Şərəfxanlı //www.cumhuriyyet.net//
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2021, 08:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-07-2021, 08:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25