Vaksinasiyada KÖNÜLLÜ MƏCBURİYYƏT... - AKTUAL
Operativ Qərargah iyulun 26-da keçirdiyi brifinqdə bəzi yeni qərarlar açıqladı. Sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Eyni zamanda, ali və orta ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir. Yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
ictimai iaşə müəssisələrində;
mehmanxanalarda;
iri ticarət mərkəzlərində.
Bir sözlə, qərardan belə görünür ki, hər kəsin vaksinasiya olunması məcburi hal aldı. Bu cür qərarın verilməsi nə dərəcədə doğrudur və qanunidir? Qərar insan haqlarına, konstitusion hüquqlara zidd deyilmi?
Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət verən vəkillərdən biri olan Sevinc Əliyeva “Press Klub”a şərhində Avropa İnsan Haqları Konvensiyasının bu cür məsələlərdə milli qanunvericilikdən üstün sayıldığını söylədi:
“Dediyiniz məsələ ilə bağlı artıq bir neçə şikayət Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanıb. Həmin şəxslər Konvensiyanın 8-ci maddəsinin (şəxsi həyata hömrət hüququ) pozulması ilə bağlı öz şikayətlərini veriblər. Vaksinasiya məcburiyyətinin insan haqlarına nə dərəcədə zidd olub-olmaması ilə bağlı bir neçə rəylər mövcuddur. Hətta Çexiyadan uşaqların məcburi vaksinasiya olunması ilə bağlı şikayətlər də daxil olub. Əgər mənim də sözügedən maddənin pozulması ilə bağlı şikayətim olsaydı, mütləq müraciət edərdim və həmin maddənin pozulmasının tanınmasını istəyərdim. Amma Avropa İnsan Haqları Məhkəməsi məcburi vaksinasiyanın demokratik cəmiyyətdə zəruri olmadığı qənaətinə gəlib”.
Həkim-infeksionist Nicat Əzimli “Press Klub”a açıqlamasında vaksinasiyanın əhəmiyyəti və vacibliyi barədə dəfələrlə danışdığını xatırlatdı:
“Ölkəmizdə vaksinasiyanın sürəti o qədər də pis deyil. Amma yenə də lazım olan sürətdə getmir. Sözügedən qərar da prosesə təkan vermək üçün düşünülmüş bir addımdır. Düşünürəm ki, könüllülük prinsipi hələ də davam edir. Verilən qərar təşviqatın daha çox gücləndirilməsi üçündür. Hesab edirəm ki, sözügedən qərarın faydası olacaq. Burada pis heç nə ola bilməz”.
N. Əzimli bəzi insanlarda peyvəndə qarşı hələ də tərəddüdlərin olduğunu nəzərə çatdırdı:
“Həmin insanlara demək istəyirəm ki, tərəddüd etməsinlər və vaksinasiyada iştirak etsinlər. Peyvəndin heç bir təhlükəsi yoxdur”.
Həkim-farmakoloq Müşfiq Hüseynov isə verilən qərarla “könüllü məcburiyyət” prinsipinin işə düşdüyünü bildirdi:
“Qərarın doğru olduğunu düşünürəm. Çünki son bir ayda ətraf ölkələrdə ocaqların daha da şiddətlənməsi və xəstə sayının sürətlə artması birbaşa vaksinasiya ilə əlaqədardır. Hansı ölkələrdə ki, vaksinasiya zəif gedir, həmin ölkələrdə yoluxanların sayı artır. Ölkəmizdə vəziyyət stabildir və yaxın bir həftə ərzində nəyinsə dəyişəcəyini düşünmürəm. Çünki yaxın vaxtda Məhərrəm ayı başlayır. O zaman yəqin ki, vəziyyət idarəolunan səviyyədə olacaq. Vaksinasiya bu problemdən çıxmağın yeganə yoludur. Peyvənd olunsaq, xəstəliyi daha yüngül və evdə keçirə bilərik”.
M.Hüseynov sentyabrın 1-dən COVİD-19 pasportu ilə əlaqədar verilən qərarı dəstəkləməsə də, başadüşülən olduğunu vurğuladı:
“Cəmiyyətdə peyənd haqqında bəzi xoş olmayan fikirlər mövcuddur. Bu fikirlərin qarşısının alınması üçün nə Səhiyyə Nazirliyi, nə mütəxəssislər tərəfindən hər hansı tədbir görülür. Heç verilən son qərara görə deyil, payızda gözlənilən növbəti dalğa ilə əlaqədar hamı vaksinasiya olunmalıdır ki, xəstəliyi daha yüngül keçirə bilək. Dövlət də öz vətəndaşlarının təhlükəsizliyi baxımından bu addımı atmış oldu”.
Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, vaksinasiya icbari qaydada qanunvericilikdə nəzərdə tutulmadığına görə hər hansı inzibati orqanın (Nazirlər Kabineti və Operativ Qəragaha daxil olan digər qurumlar) vətəndaşları məcburi qaydada bu prosesə cəlb etmələri və hansısa formada digər hüquqlarını məhdudlaşdırmaları hüquqi baxımdan yolverilməzdir:
“İnsanların məcburi vaksin olunmalarına dair hüquqi bir göstəriş olmadığı üçün elə həmin səbəbdən onların başqa yerlərə buraxılmaması, hüquqlarını realizə etməməsi, onların önünə əngəl qoyulması birmənalı olaraq hüquq pozuntusudur. Vətəndaşlar bunu daxili məhkəmələrdə mübahisələndirə bilərlər”.
Ekspert onu da qeyd etdi ki, bu məsələ daha sonra Avropa İnsan Haqları Məhkəməsində konvensional hüquqlar aspektindən də müzakirə oluna, mübahisələndirilə bilər:
“Çünki heç bir hüquqi norma hazırda vətəndaşları kütləvi şəkildə icbari qaydada peyvənd olunmağa məcbur etmir. Belə olan halda, hüquqlar bu səbəbdən məhdudlaşdırıla bilməz və sözügedən məhdudlaşdırma legitim deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2021, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-07-2021, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29