reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama

reklam

Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama


“İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Müseyib Ələsgərovun üzərində olan qumbaranın partlaması nəticəsində xəsarət alan polis əməkdaşlarının vəziyyəti kafidir”.

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyevin sözlərinə görə, hazırda polislərin müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Xatırladaq ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, üzərində olan qumbaranın partlaması nəticəsində M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
28-07-2021, 11:48
Sikayət   


loading...
Загрузка...