Əhməd Qəşəmoğlu: “Bayrağımızın kodlarına əməl etməliyik”
“Bunları bilmədən azərbaycançılıq ideyası havadan asılı qala bilər”
Bu gün azərbaycançılıq ideyasının çətiri altında bu ölkədə bütün millətlər mehriban şəraitdə yaşayırlar. Bizim üçün heç zaman milli-irqi ayrı-seçkilik, ksenofobiya, rasizm kimi neqativ tendensiyalar olmayıb. Hətta 90-cı illərin əvvəllərində ölkədə milli qarşıdurmalar yaradılmasına, etnik separatizmin alovlanmasına edilən cəhdlər baş tutmayıb. Lakin azərbaycançılıq ideologiyası bizi bir-birimizdən ayırmaq istəyənlərə imkan vermədi.
44 günlük Vətən müharibəsi də azərbaycançılıq ideyasının praktik təsdiqi idi. Şimalından-cənubuna özünü azərbaycanlı sayan hər kəs silaha sarıldı, Qarabağı vətəni bilən, Şuşanı düşmən tapdağında qəbul edən hər bir azərbaycanlı vətənin azadlığı üçün savaşa qatıldı - istər ön, istər arxa cəbhədə... Bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Qarabağ məsələsində həmrəydir.
“Yeni Müsavat” yazır ki, azərbaycançılıq milli dövlət ideologiyası kimi, konstitusiya əsaslarına söykənən, hüquqi və demokratik dövlət kimi inkişafına xidmət edən dəyərlər sistemidir. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Azərbaycançılıq ideyası davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini - tolerantlıq, etnik müxtəliflik və s. özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideologiyasından danışarkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hələ SSRİ-nin mövcudluğu dövründə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılırdı. Respublikanın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə olunurdu. Bu gün azərbaycançılıq ideyası ilə birgəyaşayış həm də Qarabağdakı ermənilərə nümunə olmalıdır. Onlar Azərbaycan vətəndaşı olaraq buradakı bütün millətlər kimi rahat və dinc yaşaya bilərlər. Azərbaycanda heç zaman başqa millətlərə qarşı təzyiq, sıxma-boğma, sosial təminat, təhsil almaq, işlə təmin edilmək, dövlət qulluğunda iştirak etməklə bağlı məhdudiyyət olmayıb. Bu gün bütün vəzifələrdə, parlamentdə, müxtəlif strukturlarda milli kimliyindən asılı olmayaraq fəaliyyət göstərənlər var. Onlar üçün Azərbaycan və azərbaycançılıq fəlsəfəsi bir həyat tərzidir. Ona görə də azərbaycançılıq məfkurəsi Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir.
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirdi ki, təbii olaraq hər bir dövlətin öz sərhədi var: “Bu sərhədlərin daxilində müxtəlif millətlər yaşayır. Azərbaycanın tərkibində bir neçə xalqlar var. Amma burada titul xalq, üzərinə əsas məsuliyyət düşən Azərbaycan türkləridir. Sadəcə, bu millətlər bir yerdə Azərbaycan xalqı adlanır. Bu da doğru yanaşmadır. Azərbaycanın apardığı siyasət elə olmalıdır ki, sistem kimi təkmilləşməsinə xidmət etsin. Bizdə də bu siyasət azərbaycançılıq ideyasıdır”.
Ə.Qəşəmoğlu qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində etnik və dini qarşıdurmalar yaratmağa çalışırlar: “Biz yaxın tariximizə baxsaq, Azərbaycanda da belə fitnə-fəsad törətmək istəyiblər. Amma bizim siyasətimiz nəticəsində bu təxribatlar baş tutmayıb. Bundan əlavə, ”azərbaycançıyam" deməklə iş qurtarmır. Biz həqiqi mənada bunun üçün tarixi yaxşı bilməliyik. Adam var ki, orta əsrlərin tarixini belə bilmir. Azərbaycançılıq siyasətindən bəhrələnmək istəyən öz tarixini yaxşı öyrənməlidir. Sonra qolundan tutanda deyirlər ki, sən dünən yaranmısan. Necə ki sovet vaxtı bunu söyləyənlər olurdu. Halbuki tarixi mənbələri qaldıranda Azərbaycan adlı bu məkanda necə böyük şəxsiyyətlər yetişdiyi məlum olur - Nadir şah, Xətai, Tusi, Bəhmənyar və s. Yəni bunları bilmədən azərbaycançılıq ideyası havadan asılı qala bilər".
Sosioloq hesab edir ki, “azərbaycançıyam” deyən adam bayrağın kodlarını yaxşı bilməlidir: “Burada türkçülük, müasirlik və islam... Bu dəyərlər bütün tarix boyu ahəngdarlıq təşkil edib. Ancaq bir qismi türkəm deyib islama qarşı çıxış edir, bir qisim müsəlmanam deyərək əks mövqe qoyur. Eləcə də müasirlik haqda söyləmək olar. İndiki nəsil bayrağımızdakı kodu düzgün başa düşməlidir. Hər üçünü doğma bildiyimiz hazırda Azərbaycanda tərəqqi olacaq. Ona görə azərbaycançılıq ideyasından inkişafımız üçün istifadə etmək istəyiriksə, tarixi gözəl bilməliyik, həm də bayrağımızın mənalarına əməl etməliyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
“Bunları bilmədən azərbaycançılıq ideyası havadan asılı qala bilər”
Bu gün azərbaycançılıq ideyasının çətiri altında bu ölkədə bütün millətlər mehriban şəraitdə yaşayırlar. Bizim üçün heç zaman milli-irqi ayrı-seçkilik, ksenofobiya, rasizm kimi neqativ tendensiyalar olmayıb. Hətta 90-cı illərin əvvəllərində ölkədə milli qarşıdurmalar yaradılmasına, etnik separatizmin alovlanmasına edilən cəhdlər baş tutmayıb. Lakin azərbaycançılıq ideologiyası bizi bir-birimizdən ayırmaq istəyənlərə imkan vermədi.44 günlük Vətən müharibəsi də azərbaycançılıq ideyasının praktik təsdiqi idi. Şimalından-cənubuna özünü azərbaycanlı sayan hər kəs silaha sarıldı, Qarabağı vətəni bilən, Şuşanı düşmən tapdağında qəbul edən hər bir azərbaycanlı vətənin azadlığı üçün savaşa qatıldı - istər ön, istər arxa cəbhədə... Bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Qarabağ məsələsində həmrəydir.
“Yeni Müsavat” yazır ki, azərbaycançılıq milli dövlət ideologiyası kimi, konstitusiya əsaslarına söykənən, hüquqi və demokratik dövlət kimi inkişafına xidmət edən dəyərlər sistemidir. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Azərbaycançılıq ideyası davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini - tolerantlıq, etnik müxtəliflik və s. özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideologiyasından danışarkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hələ SSRİ-nin mövcudluğu dövründə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılırdı. Respublikanın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə olunurdu. Bu gün azərbaycançılıq ideyası ilə birgəyaşayış həm də Qarabağdakı ermənilərə nümunə olmalıdır. Onlar Azərbaycan vətəndaşı olaraq buradakı bütün millətlər kimi rahat və dinc yaşaya bilərlər. Azərbaycanda heç zaman başqa millətlərə qarşı təzyiq, sıxma-boğma, sosial təminat, təhsil almaq, işlə təmin edilmək, dövlət qulluğunda iştirak etməklə bağlı məhdudiyyət olmayıb. Bu gün bütün vəzifələrdə, parlamentdə, müxtəlif strukturlarda milli kimliyindən asılı olmayaraq fəaliyyət göstərənlər var. Onlar üçün Azərbaycan və azərbaycançılıq fəlsəfəsi bir həyat tərzidir. Ona görə də azərbaycançılıq məfkurəsi Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir.
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirdi ki, təbii olaraq hər bir dövlətin öz sərhədi var: “Bu sərhədlərin daxilində müxtəlif millətlər yaşayır. Azərbaycanın tərkibində bir neçə xalqlar var. Amma burada titul xalq, üzərinə əsas məsuliyyət düşən Azərbaycan türkləridir. Sadəcə, bu millətlər bir yerdə Azərbaycan xalqı adlanır. Bu da doğru yanaşmadır. Azərbaycanın apardığı siyasət elə olmalıdır ki, sistem kimi təkmilləşməsinə xidmət etsin. Bizdə də bu siyasət azərbaycançılıq ideyasıdır”.
Ə.Qəşəmoğlu qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində etnik və dini qarşıdurmalar yaratmağa çalışırlar: “Biz yaxın tariximizə baxsaq, Azərbaycanda da belə fitnə-fəsad törətmək istəyiblər. Amma bizim siyasətimiz nəticəsində bu təxribatlar baş tutmayıb. Bundan əlavə, ”azərbaycançıyam" deməklə iş qurtarmır. Biz həqiqi mənada bunun üçün tarixi yaxşı bilməliyik. Adam var ki, orta əsrlərin tarixini belə bilmir. Azərbaycançılıq siyasətindən bəhrələnmək istəyən öz tarixini yaxşı öyrənməlidir. Sonra qolundan tutanda deyirlər ki, sən dünən yaranmısan. Necə ki sovet vaxtı bunu söyləyənlər olurdu. Halbuki tarixi mənbələri qaldıranda Azərbaycan adlı bu məkanda necə böyük şəxsiyyətlər yetişdiyi məlum olur - Nadir şah, Xətai, Tusi, Bəhmənyar və s. Yəni bunları bilmədən azərbaycançılıq ideyası havadan asılı qala bilər".
Sosioloq hesab edir ki, “azərbaycançıyam” deyən adam bayrağın kodlarını yaxşı bilməlidir: “Burada türkçülük, müasirlik və islam... Bu dəyərlər bütün tarix boyu ahəngdarlıq təşkil edib. Ancaq bir qismi türkəm deyib islama qarşı çıxış edir, bir qisim müsəlmanam deyərək əks mövqe qoyur. Eləcə də müasirlik haqda söyləmək olar. İndiki nəsil bayrağımızdakı kodu düzgün başa düşməlidir. Hər üçünü doğma bildiyimiz hazırda Azərbaycanda tərəqqi olacaq. Ona görə azərbaycançılıq ideyasından inkişafımız üçün istifadə etmək istəyiriksə, tarixi gözəl bilməliyik, həm də bayrağımızın mənalarına əməl etməliyik”.
Paylaş:
Müəllif :
Fuad
Tarix:6-08-2021, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09