“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
“Surət elə bu 700 dustaqla ölkəmizi viran qoydu…”
AXC hakimiyyəti zamanı baş prokuror vəzifəsini tutmuş İxtiyar Şirinlə 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələri – qiyam mövzusunu müzakirə etmişik.
Keçmiş baş prokurorla söhbəti təqdim edirik:
- İxtiyar bəy, 1993-cü ilin Gəncə qiyamı yaddaşınızda necə qalıb?
– Hadisə yaddaşımda Azərbaycana fəlakət gətirən tədbir kimi qalıb. Azərbaycanda hər şeyi alt-üst edən, müstəqilliyə ziyan vuran, torpaqlarımızın itirilməsinə səbəb olan, demokratik inkişafın qarşısını alan hadisə kimi xatırlayıram.
- Hadisənin üzərindən 26 il keçir. Sizin bu qiyamla bağlı fikirlərinizdə bir dəyişiklik baş veribmi?
– Xeyr, heç bir dəyişiklik baş verməyib. Əvvəl necə düşünmüşəmsə, indi də o cür düşünürəm.
- Qiyam zamanı necə oldu ki, qiyamçılar sizi girov götürdülər?
– Bu haqda çox danışılıb. Deyilib ki, filan vəzifəli şəxsləri qiyamçılar həbs edib. Əslində o zaman 500-ə qədər vəzifəli şəxs və hərbçi həbs edilmişdi. Gəncədəki anbarlar, zirzəmilərin hamısı Azərbaycanın dövlət adamları ilə doldurulmuşdu. Bu proses Rusiyanın Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında həyata keçirilirdi. Rusiya Baş Kəşfiyyat İdarəsinin Gəncədəki bölməsinə uzun müddət rəhbərlik edən Şerbakın kürəkəni deyilən Surət Hüseynov da bu işlərin başında dayanmışdı.
- Maraqlıdır, həbs edildikdən sonra Surət Hüseynov sizdən nə soruşdu, nə tələb edirdi?
– Əsasən hədə-qorxu gəlinirdi. Yəni siz kimsiniz, Gəncəyə niyə gəlmisiniz, sizi öldürəcəyik, məhv edəcəyik və s. Surətlə görüşüm bir an olub. Surət AMİP-in nümayəndələri, cinayətkar şəxslərlə birlikdə həbs edilən dövlət adamlarını bir-bir gətizdirib təhqir edir, daha sonra zirzəmiyə göndərirdi. Mən də eyni ilə Surətin, AMİP nümayəndələrinin olduğu yerə gətirilmişəm və orada hədə-qorxu gəldilər, təhqir edildim. Orada da bəyan etmişəm ki, nə Surət Hüseynovu tanıyıram, nə də başqasını. Sonra da məni zirzəmiyə göndərdilər.
- Bəs Prezidentin həbsinə sanksiya məsələsi necə oldu? Bunu da hədə-qorxu altında tələb etdilər?
– Sanksiyanı Nemət Pənahlı, Əli Ömərov və Surət Hüseynov birlikdə hazırlayıb. Bu saxta sənəd idi və bu barədə məhkəmənin qərarı da var. Məhkəmə qərarı ilə bəyan olunub ki, İxtiyar Şirin sanksiya haqqında qərar verməyib.
- Çox maraqlıdır…
– Mən Əli Ömərovu bu böhtana görə məhkəməyə verdim. Məhkəmə də qərar çıxardı ki, İxtiyar Şirin Əbülfəz Elçibəy haqqında sanksiya verməyib. Əli Ömərov dəstəsi ilə bu qərarı ləğv etdirmək üçün Ali Məhkəməyə qədər getdi. Amma Ali Məhkəmə yerli məhkəmənin qətnaməsini qüvvədə saxladı.
- Bu məhkəmə prosesi nə vaxt olub?
– 2013-cü ildə.
- “Gəncə işi” uzun müddət açıq saxlanılmışdı. Nəhayət, bu iş bağlanıbmı?
– Yox, “Gəncə işi” hələ də açıq saxlanılıb. Bu da bir təzyiq vasitəsidir. Bu cinayət işi bu gün də açıq saxlanılıb.
- Qiyamın qarşısı almaq olardımı?
– Qiyamın qarşısını almalı olan hakimiyyət nümayəndələri bu suala cavab verməlidir. Siz bu barədə Pənah Hüseynə, müdafiə nazirinə sual edin. Mən onu deyə bilərəm ki, qiyamın qarşısı alınmalı idi. Müvafiq dövlət orqanları, bu işlə bilavasitə məşğul olan və məsuliyyət daşıyan dövlət orqanları bunun qarşısını almalı idi.
- Niyə almadılar?
– Niyə baş prokuror Gəncəyə gedə bilir, ona aid olan məsələləri həll edə bilir, amma digər vəzifəli şəxslər Gəncəyə getmirlər və hər şey özbaşına qalır?! Bu suala cavab tapılmalıdır. Bəzən deyirlər ki, həmin vaxt baş prokurorun Gəncədə nə işi vardı. Əslində, hamı Gəncəyə getməli idi. Təəssüflər olsun ki, öz məsuliyyətini başa düşənlər az oldu.
- Sizin Gəncəyə getməyinizdən Prezidentin məlumatı vardı?
– Mən öz təşəbbüsümlə getdim.
- Niyə?
– Gördüm Gəncədə vəziyyət ağırdır. Cinayətkar dəstələrə qarşı hər kəs öz üzərinə düşəni yerinə yetirməli idi. Mən də vəzifəmi yerinə yetirmək məqsədilə Gəncəyə getdim.
- Getməzdən əvvəl Surət Hüseynova cinayət işi açılmışdımı?
– Bəli, Surətin haqqında 3 cinayət işi qaldırılmışdı. Məsələ təkcə 4 iyunla bağlı deyildi. Biz cinayət işi qaldırıb istintaq, təhqiqat işi aparırdıq.
- Surət Hüseynova 3 cinayət işi açan prokuror kimi onun ifadəsini almışdınızmı?
– Surətin dəstəsinə yaxın düşmək mümkün deyildi. Onlar cinayətkar dəstə idi, bu haqda respublika rəhbərliyi məlumatlı idi. Surəti ifadə verməyə gətirmək üçün təcili tədbirlər görülməli idi. Biz bununla əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdik. Ancaq heç bir tədbir görülmədi. O zaman Rəhim Qazıyevlə bağlı da cinayət işi açmışdıq. Eləcə də həbsxanalardan 700 cinayətkar məhbusun qanunsuz azad edilərək Surət Hüseynovun dəstəsinə qatılması faktına dair cinayət işi qaldırmışdıq. Bu qiyamdan az əvvəl olmuşdu. Surət elə bu 700 dustaqla ölkəmizi viran qoydu.
- 700 məhbusu kim azad etmişdi?
– Həbsxanalara nəzarət və rəhbərlik edən şəxslər.
- Siz, Prezident Elçibəyin imzaladığı Qızıl Amnistiya Aktı ilə azadlığa çıxan məhbusları nəzərdə tutursunuz?
– Xeyr. Onun buna aidiyyəti yoxdur. Amnistiya Milli Məclisdə qəbul olundu və sonra insanlar azadlığa buraxıldı. Mən dediyim 700 məhbusun bu amnistiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. 700 nəfər qanunsuz olaraq həbsxanalardan çıxarılıb Surətin sərəncamına verilmişdi. Bu qiyamdan 2-3 ay əvvəl baş vermişdi.
- Doğrudanmı Əbülfəz Elçibəy qiyama qarşı sərt olub və Dövlət Müdafiə Komitəsinin toplantısında Surət Hüseynovla bağlı “ya həbs, ya da məhv edilsin” göstərişini verib?
– Açığı, bu mənim üçün anlaşılmazdır. Mən bunu aydınlaşdırmaq istəyirəm. Bu haqda Əli Kərimli və ya İsa Qəmbərdən soruşmaq olar. Mənim yadımda belə bir göstəriş qalmayıb. Ola bilsin yadımdan çıxıb. Bəlkə həmin adamlar dəqiq deyə bilərlər. Digər tərəfdən, həmin iclasda guya mən demişəm ki, Rasim adlı batalyon komandiri işdən çıxarılmalıdır. Mən belə adda adam tanınmamışam. Bu göydən götürülmədir. Həmin vaxt mən ümumiyyətlə belə işlərə qarışmamışam.
- Yəni Prezident Elçibəy belə göstəriş verməyib…
– Yox, mənim iştirak etdiyim iclasda belə cümlə işlətməyib. Bəlkə də deyib ki, tədbir görün, problemi həll edin. Amma Əbülfəz bəyi hamı yaxşı tanıyır, o, belə göstərişlər vermirdi. O hadisə ilə bağlı da konkret olaraq belə bir tapşırıq verilməmişdi.
- Ümumiyyətlə, Elçibəyin qiyamla bağlı aydın mövqeyi var idimi?
– Qiyamdan sonra mən Əbülfəz bəyi görməmişəm. Ancaq qiyamdan əvvəl Əbülfəz bəy məsələlərin bu cür ola biləcəyini təsəvvür eləmirdi. Elə mən də düşünmürdüm ki, Azərbaycanın çörəyini yeyən adamlar Azərbaycanın başına belə oyun gətirə bilər. Hətta cinayətkarların belə öz vətənlərinə qarşı belə hadisələr edə biləcəyini təsəvvür etmirdim. Cavan əsgərləri silahsız halda avtobuslara doldurub güllələyən adamlara cinayətkar da demək olmaz, onlar xalq düşmənləridir. Və bu günə qədər də məsuliyyətdən kənarda qalıblar. Surət kimi cinayətkar da bir neçə il həbsdə qaldıqdan sonra azadlığa buraxıldı və bu gün də həmin hadisələr zaman dövlət tərəfindən iştirak edən şəxslərə hədə-qorxu gəlir.
- Deyirsiniz Surət Hüseynov indi də sizə hədə-qorxu gəlir?
– Bəli! Surətin adamları həqiqəti deyənlərə qarşı hədə-qorxu, şər kampaniyası aparırlar. O cür adamları həbsdən buraxmaq olmazdı.
- Qiyamdan sonra Surət Hüseynovla görüşmüsünüzmü?
– Yox. Onunla qiyam zamanı cəmi 50 saniyəlik üz-üzə gəlmişəm.
- Əbülfəz Elçibəylə qiyamdan sonra görüşüb, bunlar barədə söhbət etmədinizmi?
– Kələkidən gec gəldi. Gəldikdən sonra yanındakı şəxslər onun başqa insanlarla kontaktına imkan vermirdilər. Mən də istəmədim ki, mübahisə yaransın.
- İxtiyar bəy, sizcə konkret kimlər o dövrdə vəzifələrinin öhdəsindən gələ bilməyiblər?
– Şəxsən mənə nə tapşırılıbsa hamısının öhdəsindən gəlmişəm, görmüşəm. Qiyamın qarşısını almaq üçünsə rəhbərliyin də tapşırığı, rəyi olmalı idi. Bu gün o dövrdə hakimiyyətdə olan yüksək çinli vəzifə sahiblərindən heç biri deyə bilməz ki, İxtiyar Şirin vəzifəsini yerinə yetirə bilməyib. Amma günahkar olan vəzifəli şəxslər Surət Hüseynov tərəfində olmuş şəxsləri mənə böhtan atdırmağa təhrik edirlər. Guya mən Əbülfəz Elçibəy haqqında sanksiya vermişəm və hakimiyyət də buna görə dağılıb. Belə fikirlər yaymağa çalışırlar, amma bu həqiqət deyil. O dövrdə bu işlərlə məşğul olan vəzifəli şəxslər qanunla üzərlərinə düşən səlahiyyəti yerinə yetirsəydilər, heç bir qiyam olmazdı…
- Ad çəkin, kimdir müqəssirlər?
– Siz, araşdırın.
- Müdafiə naziri, daxili işlər naziri, Daxili Qoşunların komandanı, digər hüquq-mühafizə orqanlarının rəhbərləri… Daha kimlər?
– Mən ad çəkmirəm. Nəzərə alın ki, “Gəncə işi” bağlanmayıb. İndi mənim nəsə deməyim məsuliyyəti kiminsə üzərinə atmağım kimi yozula bilər. Amma o həqiqətdir ki, vəzifəsi bu hadisələrin qarşısını almaq olan şəxslər siyasi məsuliyyətlərini dərk edə bilməyib. Bu günlərdə Etibar Məmmədov müsahibə verib Elçibəy hakimiyyətini günahlandırır və mənə də böhtan atır. Amma AMİP-in dövlət çevrilişində iştirakı bizim gözümüz qarşısında olub. AMİP-in üzvləri Gəncədə Surət Hüseynovla birlikdə hakimiyyəti ələ keçirirdi, Etibarın silahlı adamları bəzi rayonlara gedib öz adamlarını icra başçısı qoyurdular. Bu cinayət işinin materiallarında da var. İndi bunlar cinayət məsuliyyətindən kənarda qaldığı üçün öz etdikləri cinayətləri başqalarının üzərinə qoymağa çalışırlar. Axi biz işin içində olmuşuq, Etibarın yüzlərlə adamının törətdiyi cinayətin şahidləri var axı. Belə faktlar cinayət işində də var. AMİP dövlət çevrilişində iştirak edib, Surətlə birlikdə addımlayıb…/“AzPolitika.info”/
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-06-2019, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-06-2019, 13:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16