"Dünya ticarət tarixində belə rüsvayçılıq olmayıb" - Ekspert "Azərbaycan Dəmiryolları"nı sərt tənqid etdi
"Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb”.
regionxeberlericom.az "Yeni Sabah”a istinadən xəbər verir ki, xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.
O, bildirib ki, Kanadanın "Bombardier” Şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının Azərbaycan Dəmiryollarına ayırdığı milyonlarla maliyyə vəsaitlərinin qiymətləri süni şişirtmə yolu ilə "otkat” şəklində ələ keçirilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb.
"2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb”.
DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib).
"Təsəvvür edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edilib. Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir. Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil”.
N. Əliyev qeyd edib ki, Belarusun rəsmi mənbələrinə istinadən apardığı araşdırmalar göstərir ki, Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib. Azərbaycan isə eyni vaqonu 15,192 milyon dollara satın alıb.
Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib.
"Aydın təsəvvür olunsun deyə, bu rəsmi məlumatları cədvəl şəklində düzək. Cədvəldən açıq şəkildə görünür ki, bu ilin I rübündə Azərbaycana satılan vaqonun qiyməti ilə digər ölkələrə satılan vaqonların qiymətləri arasında fantastik fərq var. Məlum olur ki, Rusiya və Polşanın Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493 milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır.
Bu fərq məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi. Başqa sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi. Lakin, bu dərəcədə elementar arifmetikanı Azərbaycan tərəfdən ticarət sövdələşməsini həyata keçirən səlahiyyətlilərimiz apara, nəzərə ala bilməyib, yaxud da almaq istəməyib.
Burada çox yerinə düşən sual yaranır ki, axı Belarus Rusiya və Polşaya satdığı vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb? Bəlkə, bu fantastik qiymət fərqi Azərbaycan Dəmiryolları rəhbərliyinin diqqətindən yayınıb? Heç inandırıcı deyil. Bəs dövlətin maliyyə vəsaitlərinin bu dərəcədə ucuz yollarla havaya sovrulması Maliyyə Nazirliyinin niyə diqqətini cəlb etməyib? Hesablama Palatası haraya baxıb? Azərbaycan Dəmiryollarının həyata keçirdiyi satınalmalara gözucu baxmaq kifayət idi ki, bu böyüklükdə qiymət kənarlaşmasını dərhal sezə biləsən.
Məsələni dramatikləşdirən növbəti bir hal ondan ibarətdir ki, Belarus ilə Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində Azərbaycanın ziyanına kəskin qiymət fərqi yalnız 2019-cu ilin yanvar-mart dövründə deyil, əvvəlki illərdə də yaşanıb. 2018-ci ilin yanvar-dekabr dövründə Belarus Respublikası "əmtəə nomenklatura kodu 8603” olan 31 ədəd vaqon ixrac edib. Bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149 milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə baha olmaqla 3,533 milyon dollar təşkil edib. Nəticə çıxarmaq baxımından çox ibrətamizdir ki, Rusiya 2018-ci ildə Belarusdan satın aldığı vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə Rusiyanın ödədiyindən 3,6 dəfə çox pul sayıb.
Vaqonların orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar, 2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0 milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar xərcləyib.
Həm ölkələr, həm də illər üzrə aparılan təhlillərin ortaya çıxardığı bu rüsvayçı mənzərə süni qiymət şişirtmələri, israfçılıq, yeyinti, korrupsiya, tutduğu vəzifədən sui-istifadə və sairə hallar üzrə Azərbaycan Dəmiryollarının həyata keçirdiyi ticarət sövdələşmələrinin çox ciddi şəkildə yoxlanılmasını zərurətə çevirir.
Odur ki, Maliyyə Nazirliyi özünü doğrultmalı, Hesablama Palatası hərəkətə keçməlidir. Heç olmasa bu dəfə öz vəzifələrini icra etməli, havaya sovrulan milyonların büdcəyə qaytarılmasını təmin etməlidirlər. Çünki indiki zamanda həm dəmiryollarının, həm orada çalışan yüzlərlə insanların, həm də dövlət büdcəsinin itkiyə verilən o milyonlara ehtiyacı böyükdür. Nəzərə almaq vacibdir ki, Azərbaycan Dəmiryollarının xərclərinin, borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödənilir. Dövlət büdcə vəsaitləri hesabına bu sahəyə iri həcmli investisiya yatırımları həyata keçirilib. Odur ki, burada kiməsə, hər hansı güzəşt olmamalıdır.
Doğrusu, Belarusun öz ticarət partnyorları arasında bu dərəcədə ayrı-seçkilik yaratmaq istəməsi heç inandırıcı deyil. Bu dərəcədə ayrı-seçkiliyin haraya aparıb çıxara biləcəyini peşəkar ticarətçilər daha yaxşı anlayarlar. Məntiqlə, vaqon ticarəti aparılarkən qiymətdə güzəşt olmalıydısa, bu güzəşt Azərbaycana edilməliydi.
Hələ bir neçə il bundan əvvəl Rusiyanın "Qazprom” şirkəti tərəfindən qaz təchizatının dayandırılacağı ilə təhdid olunarkən Belarus prezidenti Lukaşenkonun İlham Əliyevə zəng edərək ondan 900 milyon dollar borc istəməsini, yəqin ki, çoxları xatırlayır. Bir telefon zəngi ilə böyük məbləğdə borc verərək düşdüyü çətin vəziyyətdən çıxardığımız bir ölkənin digər partnyor ölkələr ilə müqayisədə Azərbaycana 9 dəfə baha qiymətlər tətbiq eləməsi heç inandırıcı deyil. Odur ki, Belarusla Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində gizli, qaranlıq məqamların olmasını inkar eləmək əsla mümkün deyil”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-06-2019, 16:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-06-2019, 16:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19