Bayraq hay-küyü barədə - Şərh
“Bizim müxalifət hələ də qəbul etmək istəmir ki, həm ölkə maraqları, həm də onların (müxalifətin) öz siyasi maraqları baxımından bu regionun əsas oyunçuları olan Rusiya və İranla düşmənçilik etmək doğru yol deyil.
Xoşumuza gəlsə də, gəlməsə də, bölgəmizin reallığı budur və uzun müddət belə də qalacaq”.
Bunu politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, heç kim demir ki, siyasətçilərimiz bu dövlətləri tənqid etməsin, iranpərəst, rusiyapərəst olun: “Əksinə, əsaslı səbəb olanda tənqid etmək, ortaya qəti mövqe qoymaq zəruridir, çünki Azərbaycan siyasətçilərinin təməl vəzifəsi Azərbaycan xalqının və dövlətinin maraqlarını qorumaq, təmin etməkdir. Lakin bunu siyasi korrektlik və dövlət ciddiyyəti çərçivəsində etmək lazımdır, düşmənçilik aşılamaqla, nifrət nitqləri ilə yox.
Qoy, ictimaiyyət səviyyəsində, mediada insanlar istədiyini desin və yazsın: tutaq ki, Jirinovskiyə, yaxud İranda (eləcə də, Avropada, ABŞ-da, başqa yerdə) Azərbaycan əleyhinə səslənən bəyanatlara, mövqelərə ən sərt, ən ağır cavablar verilsin, bunu qadağan etmək olmaz. Amma ciddi və iddialı siyasətçilər – istər hakimiyyətdə olsun, istər müxalifətdə - ölkənin və xalqın taleyinə görə məsuliyyət hiss etməli, siyasətini və ritorikasını buna uyğun qurmalıdır.
Məsələn, Azərbaycanın siyasi liderləri “Güney Azərbaycan bizimdir!”, “Dərbənd bizim olacaq!” deyə bilər və bu tip bəyanatlar ölkə daxilində çoxlarının ürəyindən olar, alqış toplayar. Amma bu, sonda ona səbəb ola bilər ki, bir gün Bakı da əldən çıxar. Tarixçilər, ədəbiyyatçılar, jurnalistlər, ümumən vətəndaşlar əlbəttə ki, bunları deyə və yaza bilər, onu yasaqlamaq olmaz.
Müxalifət düşərgəsində 90-cı illərdən qalma bəzi təsəvvürlərə indi də rast gəlirik ki, biz (ölkə və siyasi qüvvə olaraq) Rusiya və İrana qarşı nə qədər sərt mövqedən çıxış etsək, bir o qədər Qərbin dəstəyini qazanarıq. Bu da yanlışdır. Əksinə, bu tip siyasətçilər və siyasi qüvvələr Qərbi də qorxudur. Məsələn, Gürcüstanda güclü müxalifət və müxalif mövqeli vətəndaş cəmiyyətinin olmasına baxmayaraq, İvanişvili hökumətinin bu qədər davam gətirməsinin səbəblərindən biri budur ki, əsas alternativ qismində hələ də Saakaşvili çıxış edir, Qərb isə Rusiya ilə körpüləri yandırmış və daxili düşmənlərinə qarşı revanşist əhval-ruhiyyədə olan Mişanın qayıdışında maraqlı deyil. Bu səbəbdən İvanişvilinin yarımavtoritar rejim qurmasına, seçkilərin nəticələrinə “əl gəzdirməsinə”, müxalifətə qarşı ara-sıra həyata keçirdiyi repressiyalara dözümlü yanaşırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-08-2021, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-08-2021, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54