![reklam](/templates/tema/images/saythazir.png)
YAP-çı deputatdan növbədənkənar seçki haqda açıqlama
![](https://www.regionxeberlericom.az/uploads/posts/2021-08/medium/1628411722_resize-4.jpg)
Son vaxtlar cəmiyyətdə Azərbaycanda konstitusiya islahatlarına gediləcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu islahatların özəyi kimi yeni parlament seçkilərinin keçiriləcəyi, proporsional seçki sisteminin bərpa ediləcəyi ehtimallar sırasındadır.
Son aylar cəmiyyətin bəzi kəsimlərində, sosial şəbəkələrdə payızda, yaxud ən geci gələn ilin yazında konstitusiya islahatlarına başlandığının bəyan ediləcəyi və bu xüsusda yeni parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər səslənir. Konstitusiya islahatları daxilində də daha çox proporsional seçki sisteminin bərpa ediləcəyi ehtimallar sırasındadır.
Belə fikirlərin əsası varmı? Ölkədə konstitusiya islahatları aparılmalıdrmı, aparılmalıdrsa necə?
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlardan Məlahət Həsənova parlament seçkilərinin keçirilməsi barədə xəbərləri şayiə adlandırıb.
Onun fikrincə, Eldəniz Səlimov (Bu günlər polisi döyməkdə günahlandırılan hakim partiyadan olan deputat əvvəlcə həmin partiyadan xaric edildi, daha sonra da toxunulmazlığı götürülərək həbs edildi. O, üzr istəsə də olayın təzyiq və təhdid nəticəsində baş verdiyini açıqlamışdı ) olayından sonra müəyyən qüvvələr çalışırlar ki, hakimiyyətin qanunverici orqanı olan Milli Məclisi gözdən salsınlar. Məlahət Həsənova yeni seçkilərin keçirilməsi sualına “qətiyyən qeyri-mümkündür” deyə reaksiya verərək əlavə edib ki, 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və indiki qanunverici orqan qısa müddətdə xeyli təqdirəlayiq işlər görüb:
“Milli Məclis beynəlxalq əlaqələrin inkişafında, pandemiya dövründə, 44 günlük vətən müharibəsində (İkinci Qarabağ müharibəsi ) həm qanunvericlik, həm də əhaliylə təmaslarda bütün istiqamətlərdə səmərəli işlər aparıb. Ona görə də müəyyən qüvvələrə aparılan işlər sərfəli deyil. Bu mənada 1 il əvvəl növbədənkənar seçkilərin keçirildiyi halda yeni seçkilərin keçirilməsi eyri-mümkündür”.
“İslahatlar onsuz da aparılır”
Məlahət Həsənova hesab edir ki, Azərbaycanda fundamental islahatlar onsuz da aparılır: “Elə həmin qüvvələr də islahatları qəbul etmədiyindən bu cür şayiələr yayırlar. Ermənipərəst qüvvələrin dəstəyinə arxalanan “5-ci kalon” var ki, onlar 30 ilə yaxın işğalda olan ərazilərin azad edilməsini təqdir etmirlər. Ona görə müxtəlif şayiələr uydurmaqla aparılan islahatlara , Milli Məclisin fəaliyyətinə kölgə salmağa çalışırlar". /Azadliq.org
Paylaş:
Müəllif : Fuad
Tarix:8-08-2021, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-08-2021, 12:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Bu gün, 12:22
Bu gün, 08:59
Dünən, 14:01
Dünən, 13:55
Dünən, 11:17
Dünən, 09:04
Dünən, 09:02
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739424267_1.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739417564_1.jpg)
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)