Hakim Rafail Əliyev bir hökmlə DİN və Baş Prokurorluğa qarşı – İlqar Qəribov işinin izi ilə
Avqust ayının ilk günlərində Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 20 dekabr 2019-cu ildə keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesinin başa çatdığı xəbəri yayıldı. Prosesdə hökm elan edilib. Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il və onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham ittiham irəli sürülmüşdü. Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.
Ötən həftə həmçinin Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. İş üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. Dövlət Xidməti məhkəməyə mülki iddia təqdim edib. Məlum olub ki, Zakir Sultanov tərəfindən zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur. Z.Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min, və 20 min dəyərində olan əmlaklarına da həbs qoyulub. Z.Sultanov həmin əmlakların zərərin əvəzi kimi hesablanmasına razılıq verib. Xatırladaq ki, Zakir Sultanov da Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.
Ötən həftə həm də geniş ictimaiyyətə açıqlanmadan 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi də başa çatdırılıb. Xatırladaq ki, İlqar Qəribov da dəstəsi ilə birgə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli biliniblər.
Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurlarının siyahısını bir az da artırmaq olar. Lakin bunları xatırlatmaqda məqsədimiz nədir? Göründüyü kimi sadaladığımız dövlət məmurları fərqli sahələrdə çalışsalar da, Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunublar. Yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyiblər. Buradan suallar yaranır. Necə olur ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov əmlakları dövlətin xeyrinə müsadirə olunması şərti ilə 9-8 il azadlıqdan məhrum edilirlər, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov tərəfindən dövlətə vurulan zərər tam ödədildiyinə baxmayaraq dövlət ittihamçısının onun 10 il müddətinə azadlıqdam məhrum etmə cəzası istəyirsə, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və dəstəsi ittiham olunduqları maddələrlə təqsirli bilinməyərək məhkəmə zalından azadlığa buraxılırlar? Həm də gecə saat 10:00-da.
Yuxarıda sadaladığımız sabiq dövlət məmurlarının məhkəmələrinə mətbuat işçiləri buraxılmasa da, elan olunan ittiham üzrə məlumatlar vaxtı-vaxtında jurnalistlər vasitəsi ilə ictimayyətə çatdırılıb. Bəs Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Qəribov və onun dəstə üzvlərinin məhkəməsi barədə niyə ictimaiyyətə məlumat verməyib? Şəki Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə portalında belə bu proses barədə heç bir məlumat yerləşdiriliməyib. Təbii ki, məqsəd daha əvvəlcədən qeyd etdiyimiz kimi İlqar Qəribovu səssiz-səmirsiz azadlığa buraxılması olub.
Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan edir.
Bu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarəzi İdarəsinin bir il dörd ay əvvəl geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış səsli-küylü əməliyyatını bir qərarla heçə endirilməsi demək deyilmi? Bəs İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər aşkar olunaraq götürülmüş maddi sübutlar necə? İlqar Qəribovun dövlətə vurduğu ziyan ödətdirildimi? Mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuş digər sabiq məmurlardan fərqli olaraq İlqar Qəribov ölkənin meşə fonduna külli miqdarda ziyan vurub. Bu ziyanın ödətdirilməsi isə əmlakla, pulla deyil, ən ağır cəza ilə yekunlaşmalı idi. Amma İlqar Qəribov azadlığa çıxdıqdan sonra yaxın ətrafına Apellyasiya şikayəti verərək bəraət alıb, işinə bərpa olunacağını da bildirib.
Hakim Rafail Əliyevin bu cinayətkar dəstəni birbaşa məhkəmə zalından azadlığa buraxması DİN-in ictimaiyyətə bir il əvvəl yaydığı məlumatların bir şou xarakteri daşıdığını düşünməyə əsas vermirmi? Burada ya DİN keçirilmiş əməliyyatın həqiqətə uygun olduğunu sübut etməli, ya da Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası Rafail Əliyevin hakimlik fəaliyyətinə xitam verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidir.
Biz daha əvvəlcə verdiyimiz məlumatda bildirmişdik ki, bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov qardaşının vasitəsilə milyonlarla manat vəsait sərf edib. Sadəcə iş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluğun nəzarətində olduğu üçün Şəki Ağır Cinayələr Məhkəməsinin əvvəlki hakimi risk edib məsələni tezbazar “meşə quldurlarının” xeyrinə həll etmək istəməmişdir. İş hakim Rafail Əliyevin icraatına verildikdən sonra, münasib vaxt seçilmiş, İlqar Qəribov və dəstəsi barəsində gizli hökm oxunduqdan dərhal sonra məhkəmə kollegiyası elə zaldan hamılıqla məzunyyətə çıxmışlar. Deməli hər şey məhkəmə kollegiyasının hazırladığı plan üzrə baş tutmuş və DİN- nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən ifşa edilərək 15 ay istintaqı aparılan və toplanmış sübtlar əsasında ittiham aktı imzalanmış iş materiaları üzərində hansısa maraqların təmin edilməsi ilə məhkəmə kollegiyası gecə saatlarında təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə yekdil rəyə gəlmişlər. Olan isə dövlətə və ictimaiyyətə olmuşdur. Bu hadisədən şok yaşamış yerli sakinlər bildirirlər ki, hörmətli dövlət ittihamçısının gözləri önündə baş vermiş məhkəmə şousuna görəsən protest veriləcəkmi? Verilməyəcəksə, məsələ aydındır. Hətta azadlığa çımış dəstə üzvləri sakinlər qarşısında bildirmişlər ki, “Biz akulayıq və tam bəraət alana qədər mübarizəmzi davam etdirəcəyik.”
İlqar Qəribov və dəstəsilə bağlı son aylar Şəki Ağır Cinayətlər Məhkəməsində baş vermiş məhkəmə məzhəkəsi və onun nəticəsilə bağlı ölkə rəhbəri İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə bir araşdırmaçı media orqanı olaraq müraciət edirik ki, uzun illər ETSN səlahiyyətliləri hesab edilən mütəşəkkil dəstə tərəfindən təbii sərvətlərimizi məhv edərək özlərinə külli-miqdarda varidat toplamış dəstə üzvlərinin birbaşa azadlığa çıxması sadə vətəndaşlarımız tərəfindən, eləcə də özünə hörmətlə yanaşan ziyalılarımız tərəfindən heç də birmənalı qəbul edilmir. Məhkəmə Ali Qanunlarımıza qarşı açıq aşkar hörmətsiz davranaraq milli sərvətimiz olan təbii sərvətlərimizi məhv edən dəstəyə bəraət vermələri bir daha dövlət ittihamçısı tərəfindən araşdırılmalı və protest verilməlidir ki, xüsusi ictimai nəzarətdə olan bu işlə bağlı sonda ədalət zəfər çalsın.
Aktualinfo.org-un araşdırma qrupu
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2021, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2021, 11:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Dünən, 11:19
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Dünən, 10:49
İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ - Cəbrayıl sakini Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan şikayətçidir
18-12-2024, 15:26