Baş Prokurorluq AXCP üzvünün həbs edilməsinin səbəbini açıqlayıb
Son zamanlar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Hümmətov Aqil Valeh oğlunun əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə dair məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, Hümmətov Aqil Valeh oğlunun qonşusu Məmmədov Yamən Tağı oğlunun sağlamlığına qəsdən ağır xəsarət yetirməsi faktına görə Bakı şəhəri, Xəzər rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Aqil Hümmətovun üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, A.Hümmətov AXCP üzvüdür.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2021, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2021, 16:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25