Xanəndə və müəllimənin ölümünə peyvənd səbəb olub? - AÇIQLAMA
Məlum olduğu kimi, son günlər əhali arasında koronavirusa yoluxma və ölüm hallarının sayında artım var. Ötən gün 35 yaşlı müğənni Tuqay İsmayılovun, Turizm və Menecment Universitetinin gənc müəllimi Vüsalə Salahovanın koronavirusdan vəfat etməsi də ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə hər iki şəxsin ikinci doza peyvənddən sonra dünyasını dəyişməsi barədə yayılan iddialar müəyyən sualların yaranmasına səbəb olub.
RegionXəbərləri.com xəbər verir ki, "Qafqazinfo" adıçəkilən şəxslərin ölümü ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, ölümün peyvəndlə əlaqəsinin olub- olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır: "Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil.
TƏBİB yalnız bölgələrdə və səyyar vaksinləşmə tədbirlərini həyata keçirir. Vaksin təlimata uyğun keçirilir və mütəmadi olaraq həkimlərə bu barədə məlumatlar çatdırılır. Hələlik tərəfimizdən müayinə etmədən vaksin vuran həkim aşkarlanmayıb".
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da bu gün saytımıza açıqlamasında iki doza peyvənd olunanlar arasında az sayda xəstələnənlər olduğunu vurğulayıb. Qeyd edib ki, onlar bir qayda olaraq xəstəliyi yüngül keçirir: "Lakin istisnalar da ola bilər, ölüm hallarına isə təsadüf edilməyib".
TƏBİB-in department müdiri Yaqut Qarayeva isə bugünkü brifinqdə vurğulayıb ki, bu gün xəstəxanalarda süni tənəffüs aparatına qoşulanların 97 faizi vaksin olunmayanlardır: "Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil. Vaksinasiya olunmuş şəxslərin isə 0,6 faizində kritik vəziyyət müşahidə olunub".
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2021, 22:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2021, 22:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54