“5-ci kolon” nədir və o, necə işləyir? – Tarixi faktlar
“5-ci kolon” ifadəsinin yaranması haqda çoxsaylı iddialar olsa da, əksər mənbələr onun keçən əsrin 30-ci illərinin ikinci yarısına təsadüf etdiyini bildirirlər. İspaniyadakı vətəndaş müharibəsi zamanı respublikaçıların nəzarətində olan Madridə doğru irəliləyən general Franco ordusu 4 kolondan ibarət olub və general Emilio Moli deyirmiş ki, 5-ci kolonumuz Madriddədir, bizdən əmr gözləyir.
Bunu politoloq Ərəstun Oruclu deyib. Bu ifadəni və ifadə altındakı fəaliyyət növlərini təhlil edən politoloq bildirib ki, başqa sözlərlə, "5-ci kolon" daxildə olan və düşmən tərəfindən idarə olunan casuslar, təxribatçılar, diversantlar və sabotajçılar ordusuna deyilir. "5-ci kolon" idafəsi çox sonradan yaransa da, belə taktikadan düşmən tərəflər bir-birinə qarşı qədim dövrlərdən bəri istifadə ediblər.
Bu da təbiidir, çünki siyasətdə və müharibələrdə satqınlar ən çox ehtiyac duyulan "mal" olublar və belə də qalmaqdadırlar. Müasir "5-ci kolon" istər qədim dövrlərdəkindən, istərsə də 20-ci əsrdəkindən daha təkmil və daha mütəşəkkil fəaliyyət göstərir. İlk növbədə onun fəaliyyəti müddətə görə təsnifatlandırılır: qısa- və uzunmüddətli.
Bugünkü "5-ci kolon" həm də müxtəlif sahələrdə fəaliyyət göstərir ki, bu da həmin düşərgəyə daxil olanların müvafiq sahələr üzrə ixtisaslaşdırılmasını və təlimatlandırılmasını tələb edir. Bir qədər sadələşdirsək deməliyik ki, məsələn, diversantlar, təxribatçılar, terrorçular daha çox qısamüddətli nəticəyə, casuslar, "təsir agentləri" və sabotajçılar isə uzunmüddətli plana uyğun olaraq işləyirlər.
Belə bölgülər şərti də olsa, əsas sistemləşdirmə üsullarından biri məhz budur. Məsələn, diversantlar, təxribatçılar və terrorçular fəaliyyət göstərdikləri dövlətin daxilində hansısa konkret təxribatlar, zorakılıqlar, diversiyalar, terror aktları törətməklə ani reaksiya və nəticə yaradırlar. Məsələn, ADNA terroru kimi.
Casuslar, "təsir agentləri" və sabotajçılar isə uzunmüddətli nəticələrə - dövlət institutlarının sıradan çıxarılmasına, iqtisadiyyatın çökdürülməsinə, ölkənin müdafiə qabiliyyətinin sarsıdılmasına yönələn fəaliyyəti həyata keçirirlər. Məsələn, Nazirlər Kabinetinin iqtisadiyyatla bağlı fəaliyyəti və Tərtər qətliamını törədənlərin cinayətləri.
Bundan başqa "5-ci kolonun" fəaliyyəti həm də müxtəlif sahələr üzrə təsnifatlandırıla bilər: siyasi idarəetmə, hüquq-mühafizə, iqtisadiyyat, informasiya, sosial siyasət, elm və təhsil, müdafiə, təhlükəsizlik və s. Amma bütün hallarda "5-ci kolonun" fəaliyyəti bir mərkəzdən vahid plan və proqram üzrə koordinasiya olunur.
Bu şəbəkə əhatəli olduğu halda isə "5-ci kolon" faktiki olaraq dövlətin siyasətinə nəinki təsir göstərir, hətta onu tam olaraq idarə edir. Məsələn, bu gün Azərbaycanda olduğu kimi. Haşiyə çıxım ki, burada söhbət hansısa konkret ölkənin "5-ci kolonundan" deyil, ümumiyyətlə belə fəaliyyət növündən gedir.
Əlbəttə ki, Azərbaycana gəldikdə bizdə ən təsirli və güclü olan Rusiya "5-c kolonudur", amma bu, digər ölkələrin də "kolonlarının" olmamasına dəlalət etmir. "5-ci kolonun" fəaliyyətinin bütün komponentlərinin tətbiq olunmasının tipik nümunəsi Azərbaycan Ordusuna qarşı törədilmiş "Əsrin cinayətidir".
Həmin cinayətin törədilməsində həm də bir neçə hədəf müəyyən olunmuşdur: ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsi, xalqda orduya etimadsızlığın formalaşdırılması, sosial-iqtisadi vəziyyətin ağırlaşdırılması, dövlətə onun əsas xarici tərəfdaşlarında güvənsizlik yaradılması, terror, məhkəmə-hüquq siteminin iflası və s.
İqtisadi sabotajın klassik nümunəsi kimi ölkənin Nazirlər Kabinetində uzun illər boyu kök salmış "5-ci kolon" nümayəndələrinin mütəşəkkil fəaliyyəti göstərilə bilər. Məsələn, iqtisadi islahat adı altında çıxarılan qərarların iqtisadi inkişafa məhdudlaşdırıcı təsirləri, sənayenin inkişafı üçün zəruri olan ixtisaslar üzrə təhsilin ləğv olunması və ya onlarla digərləri.
"5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları.
Hər iki halda qarşıya bir neçə məqsəd qoyulur: orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması. Son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması.
Halbuki, 44-günlük müharibədə Azərbaycan hərbi qələbəyə 3 mindən çox şəhid verməklə nail olub. Müqayisə üçün deyim ki, SSRİ Əfqanıstan müharibəsində təxminən 9 il 2 ay ərzində 15 min nəfərədək itki vermişdi. Bizim müharibə ilə paralel apardıqda bu itki azı 227 min nəfər olmalı idi. Deməli, həmin iddialar da yalandır.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2021, 08:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-08-2021, 08:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25