Türkmənistanın müftə ərzaq payları: - Humanizm, yoxsa sosial partlayış sığortası?
Türkmənistanın əhali sayına görə ikinci böyük şəhəri Türkmənabadda sakinlərə müftə ərzaq paylanışının yeni qaydaları tətbiq olunmağa başlayıb: bu günə qədər türkmənlər ərzaq paylarını almaq üçün mağazalara gedirdilərsə, indi müftə qidalar əhalinin ayağına gətirilir.
Ovqat.com-un türkmən qaynaqlarına istinədən verdiyi məlumatına görə, ilk dəfə paytaxt Aşqabadda sınaqdan çıxarılan bu «humanitar alicənablıq» artıq digər şəhərlərdə, o cümlədən Türkmənabadda da həyata keçirilməyə başlanıb.
Turkmen.news-ə inansaq, yeni qaydalar şəhərin ən azı iki rayonunda tətbiq olunur.
Müftə ərzaq rasyonuna 10 manata beş kiloqram un, 10 manata bir şüşə pambıq yağı, həmçinin toyuq ayaqları, bir litr günəbaxan yağı, şəkər tozu və qiyməti yuvarlaqlaşdırmaq üçün bəzi əlavə məhsullar daxildir. Yemək dəstinin ümumi dəyəri 70 manatdır.
Manat eşidib ağlınız Azərbaycan puluna getməsin. Türkmənistanın milli pul vahidi də manat adlanır. Amma onların manatı bizimkindən iki dəfə ucuzdur. Yəni 1 türkmən manatı Azərbaycanın 49-50 qəpiyinə bərabərdir. Deməli, bizim pulla hesablasaq, türkmən xalqı hər ay 35 manatlıq müftə ərzaq almaq hüququna malikdir.
Əvvəllər paylar dövlət mağazalarından alınırdı. İndi isə dükanlar payları öz maşınları ilə həyətlərə gətirirlər. Çatdırılma üçün xüsusi bir cədvəl yoxdur, ya sürücü məhəllə sakinlərindən birinə zəng vurur, o da «müftə pay» müjdəsini qonşulara çatdırır. Ya da pay gətirən maşının səsini eşidən qonşular bir-birlərinə xəbər verir və evdə olmayanları da müftə ərzaq almağa çağırırlar.
Bundan əvvəl, 2021 -ci ilin yazında oxşar sistem Aşqabadda tətbiq edilmişdi. İndi paytaxtda yeməklər hər 10 gündən bir evlərinə çatdırılır. Bəzi bölgələrdə qrafikə ciddi riayət olunur, bəzi yerlərdə isə hədiyyə paketinə daha az yemək payı qoyulur.
Mənbələr Türkmənistan hökumətinin bu humanitar «islahat"ını mağazaların qarşısında yaranan və əksər hallarda dava-qalmaqalla müşayiət edilən növbələrə qarşı mübarizə çərçivəsində aparıldığını bildirirlər. Belə ki, əvvəllər türkmənlərə pay yardımları mağazalarda paylanılırdı. Mağazaların qarşısında yaranan izdihamlar ölkənin ağır iqtisadi vəziyyətdə olduğunu barədə qənaət yaradır və dünyanın bir çox televiziyalarında yayımlanırdı. Dolayısıyla rəsmi Aşqabadın xalqa humanitar yardımları qaş düzəltmək əvəzinə çox çıxarırdı. Belə görünür ki, hakimiyyət bu xoşagəlməz görüntünün qarşısını almaq üçün xalqın ərzaq dalınca yox, ərzağın xalqın ayağına getməsi «islahat"ına qərar verıb.
Türkmənistan hökumətinin mağazadan xalqa ərzaq paylama «alicənablığı» bir sıra problemləri də bərabərində gətirirdi. Ən ciddi zərbə isə kiçik ticarət obyektlərinə dəyirdi. Faktiki olaraq, dükanların rəfləri boş qalır, ərzaq malları gələn kimi, mağazalar insanların axınına uğrayırdı. Baqqaliyələr, bir növ, ərzaq paylama məntəqələri funksiyasını yerinə yetirdilər.
Ən əsası isə, əhalinin bu «alicənablıq"dan sui-istifadə etmə halları da baş verirdi. Yəni aylıq payı bəzən bir neçə dəfə alanlar da olur və növbə qələbəliyi səbəbindən mağaza satıcıları buna nəzarət edə bilmirdilər. Təbii ki, qələbəlik səbəbindən aylığını ala bilməyənlər də olurdu.
Yeni qaydalarda isə ərzaq payı paketi mağaza işçiləri tərəfindən hazırlanır və məhəllə-məhəllə evlərə paylanır.
Məlumata görə, Türkmənistanda əvvəl Aşqabadda həyata keçirilən «müftə pay alicənablığı» 2020 -ci ilin yazından etibarən, ölkənin bütün bölgələrində tətbiq edilməyə başlanıb. İndi hər ailənin bir ay ərzində yalnız müəyyən miqdarda pay almaq hüququ var.
Maraqlıdır ki, indiyədək mağaza sahibləri alıcılardan, alıcılar da satıcılardan narazı idilər. Vətəndaşlar qanunun tələb etdiyi qida normalarını tam ala bilməməkdən şikayət edirdilər. Onların bildirdiyinə görə, vətəndaşlar yalnız satıcının icazə verdiyi şeyi götürə bilərdilər. Yeni qaydaların isə təkcə növbələrin qarşısını almaqla kifayətlənməyəcəyi, həm də ərzaq payının ədalətli şəkildə paylanmasına şərait yaradacağı güman olunur.
Türkmənistanda ərzaq paylanması ilə məşğul olmayan ticarət obyektləri də var. Əsasən, iri məmurlara məxsus olan bu mağazalarda qiymətlər cib yandırır. Məsələn, bu mağazalarda bir şüşə yağ 60-65 manata satılır. Bu da faktiki olaraq Türkmənistanda müftə paylanan aylıq ərzaq paketinin qiymətinə bərabərdir.
Türkmənistan dünyanın ən zəngin təbii sərvətlərə sahib ölkələrindən biridir. Təbii qaz ehtiyatına görə, Rusiyadan və Qətərdən sonra 3-cü yeri tutur. Bu qədər zəngin olmasına baxmayaraq, Aşqabad öz iqtisadi potensialını maliyyə gücünə çevirə bilmədiyindən bu cür «humanitar alicənablığa» getmək məcburiyyətində qalıb.
Türkmənistan müstəqilliyinə qovuşduğu illərdə Qərb ölkələri onun qazını NABUKKO qaz kəməri layihəsi çərçivəsində Avropaya daşımaq istəyirdilər. Bu layihəyə görə, təkcə Türkmən qazı yox, həmçinin digər Orta Asiya ölkələrinin də (Özbəkistan və Qazaxıstan) qaz ehtiyatları Rusiya və İran ərasindən keçmədən Avropaya nəql ediləcək və xüsusilə keçmiş Varşava Paktına üzv ölkələrin enerji ehtiyacları həmin kəmər vasitəsilə qarşılanacaqdı.
Rusiya isə hələ 1990-cı illərdə gündəmə gətirilən «NABUKKO» layihəsinin onun qaz siyasətinə qarşı yönəldiyini anlayır və nəyin bahasına olursa olsun, proyektin baş tutmasını əngəlləməyə çalışırdı. Sonunda ciddi basqılarla Aşqabadı öz qazını Rusiya vasitəsilə Qərbə nəql etməyə razı salan Moskva Türkmənistanın bu sərvətini su qiymətinə almağı bacardı. Türkmənistana həqiqi dəyərindən dəfələrlə az kapital qazandıran bu alış-veriş belə, 2009-cu ilə qədər davam etdi. 2009-cu ildə «Qazprom» yeni enerji kəmərlərini işə saldıqdan və Avropanın Rusiyadan yalnız müəyyən miqdarda qaz alacağı bəlli olandan sonra Moskvanın Aşqabad siyasəti də dəyişdi. Əvvəl Türkmənistandan alınan qazın pulu Aşqabada verilmədi, türkmənlər etiraz səslərini ucaldanda isə birdən-birə ölkədən Rusiyaya qaz nəql edən kəmər partladı. Araşdırmalar nəticəsində məlum oldu ki, «Qazprom» Türkmənistana xəbər etmədən qaz kəmərinin vintilini bağlayıb. Nəticədə Türkmənistandan nəql olunan qazın təzyiqinə dözə bilməyən kəmər partlayıb. Başqa sözlə, kəmər Rusiyanın qəsdən həyata keçirdiyi təxribat nəticəsində sıradan çıxmışdı.
Beləcə, Türkmənistanın Çinə və digər Asiya ölkələrinə qaz satmaqla özünü dolandırmaqdan başqa çarəsi qalmamışdı. Bu son çarənin də öz şərtləri vardı: əvvəla, yeni boru kəmərlərinin çəkilməsi üçün Çindən kredit alınmalı idi və tədricən geri qaytarılmalı idi. İkincisi, alternativ bazarın olmaması Pekinə türkmən qazını su qiymətinə almaq imkanı verir, Aşqabadın isə sövdələmə fürsətini azaldırdı.
Öz qazını Çinə ucuz qiymətə satan və qazandığını da borca ödəyən Aşqabad türkmən iqtisadiyyatını dirçəltməkdə əziyyət çəkir, böyük qismi işsiz olan əhaliyə ərzaq payı verməklə ölkəni dolandırmaq xətti tutmaq qaçılmaz hala gəlirdi.
Aşqabad hökumətinin bütün səylərinə və 70 türkmən manatı dəyərindəki «humanist addımları"na baxmayaraq, «müftə pay» üzərində qurulmuş iqtisadiyyat türkmənlərin ölkəni tərk etməsinin qarşısını ala bilmədi. 2020-ci ildə əhalinin siyahiyaalınması hesabatına görə, 6 milyon 031 min vətəndaşı olan Türkmənistanda, müstəqil ekspertlərin fikrincə, hazırda cəmi 2.7 milyon insan yaşayır. Türkmənlərin böyük əksəriyyəti isə Rusiyaya qaçır və ölkə tədricən boşalır. Hətta bu köçlərin qarşısını almaq üçün Aşqabad 2019-cu ildə yaşları 40-dan aşağı olan vətəndaşların ölkədən çıxmasına «STOP» qoymaq məcburiyyətində qalmışdı. Bununla belə, türkmən gəncləri xüsusilə Rusiyaya getməyin yolunu tapa bilirlər.
Bu da azmış kimi, Türkmənistan son zamanlar yeni təhlükə ilə üz-üzədir: Əfqanıstanda peyda olan «Taliban"ın digər Orta Asiya ölkələri kimi Türkmənistana da yayılma ehtimalı var. Aşqabad problemi «Taliban» liderləri ilə gizli görüş və sövdələşmə yoluyla həll etməyə çalışsa da, bu çozüm yolunun özü belə, sabah daha ciddi problemlərə yol aça bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 10:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16