Vətəndaşlardan xəbərsiz adlarına rəsmiləşdirilən nömrələr: Nə etməli?
“my.gov.az” saytında vətəndaşlar haqqında yerləşdirilmiş məlumatlar bazasında onların adına olan mobil nömrələrin də siyahısı var. Bir çox şəxs o saytda onun adına çıxan, amma elə bir nömrədən istifadə etmədiyini deyir.
Son günlər bu barədə şikayətlər daha da çox artıb. Sosial şəbəkələrdə bununla bağlı xeyli müzakirələr aparılır.
İstifadəçilər bildirirlər ki, heç zaman istifadə etmədiyi halda nömrələr onların adına rəsmiləşdirilib:
“my.gov.az saytında adıma olan nömrələrə baxırdım. Gördüm adıma tanımadığım heç vaxt istifadə etmədiyim nömrələr rəsmiləşdirilib. “Azercell”ə zəng etdim. Dedilər adınıza nömrə rəsmiləşdirilməsi imzanız, razılığınız olmadan mümkün deyil. Əgər olubsa, hansısa dillerdə sizin vəsiqənizin kopyası ilə ediblər. İndi bu halda nə etməliyəm? Hara və necə şikayət edim?”
Mövzu ilə bağlı saytımıza danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu, vətəndaşların adına olan telefon alınarkən qeydiyyatındakı qüsurlarla bağlıdır:
“Yəni vətəndaş başqasına alınan telefonu öz adına vaxtı ilə rəsmiləşdirib. Bu da uzun illər məlumat bazalarında belə də qalıb. Xüsusən də son dövrlərdə bir sıra elektron xidmətləri əldə etmək üçün vətəndaşdan qeydiyyat üçün mobil telefon nömrələri də tələb olunur. Belə məlum olur ki, vətəndaşın adına telefon yox imiş. Hansı ki, vətəndaş bu telefonu işlədib. Bunun da səbəbi vətəndaşın uzun illər işlətdiyi telefonun rəsmi bazalarda onun adına olmaması ilə bağlıdır. Ona görə də problemlər olub.
Digər tərəfdən bu məsələ həm də mentalitetimizlə bağlıdır. Məsələn, xanım üçün nömrəni adətən, onun həyat yoldaşı alır və öz adına rəsmiləşdirir. Eynilə uşağa da valideynlərin adına onlar tərəfindən nömrə alınır. Daha sonra həmin şəxslərin adında bir neçə nömrə qalmış olur. Hansı ki, zamanında xanımına, övladlarına alıb. Ona görə də vətəndaşlar öz adlarına rəsmiləşdirilmiş bir neçə nömrə ilə rastlaşırlar.
Bunu aradan qaldırmaq üçün vətəndaşlara müraciət olunmalıdır. Həm mobil operatorlardan, həm də aidiyyəti dövlət qurumlarına müraciət etməklə öz adında olan telefonları, nömrələri dəqiqləşdirməlidirlər. Ondan ya imtina olunmalıdır, ya da müqavilələr dəyişdirilib başqasının adına keçirilməlidir. Bundan sonra artıq məlumat bazalarında dəqiqləşdirildikdən sonra müvafiq qurumlarda da vətəndaşın adına olan nömrə və telefonlar öz əksini tapacaq.
Düşünürəm ki, bunun vətəndaşa xeyri olacaq. Çünki ölkədə rəqəmsallaşma, böyük rəqəmsal transformasiya gedir. Həm dövlətlərin, həm də özəl şirkətlərin xidmətləri vətəndaşa bağlı olan telefonlara gətirilir. Artıq çox sayda xidmətlər var ki, əgər telefon vətəndaşın adına deyilsə, o xidməti telefon üzərindən ala bilmir. Bu da vətəndaş üçün problem yaradır, vaxtını alır. Ona görə də vətəndaş işini rahatlaşdırmaq üçün dövlət qurumunun köməyi ilə bunu gerçəkləşdirsə yaxşı olar. Dövlət qurumları da, media da bu istiqamətdə maarifləndirici işlər həyta keçirsə yaxşı olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2021, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2021, 11:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54