reklam
Regionxeberlericom.az » Araşdırma » İcra başçısı ilə vətəndaşlar arasındakı gərginliyin səbəbi nədir? - VİDEO + AÇIQLAMA

reklam

İcra başçısı ilə vətəndaşlar arasındakı gərginliyin səbəbi nədir? - VİDEO + AÇIQLAMA


Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında gərginlik baş verməsini əks etdirən görüntülər yayılıb.
Hadisənin Seydimli kəndində baş verdiyi bildirilir. İddiaya görə icra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi ərəfəsində onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər. Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir.



Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, etiraz edənlər müharibə ərəfəsində heç bir maddi ziyan dəyməmiş sakinlərdir:
"Seydimli kəndi rayonun ən az atəşə məruz qalmış yaşayış məntəqələrindəndir. Vətən müharibəsi zamanı kəndə çox az sayda mərmi düşüb və 75 ev icra nümayəndəliyi tərəfindən vətəndaşların müraciətləri əsasında qeydiyyata alınıb və işçi qrupu tərəfindən onların evinə baxış keçirilib. İşçi qrupu tərəfindən evlərə baxış keçirilərkən həmin evlərdən 23 ev qənaətbəxş hesab olunub. Etiraz edən vətəndaşların yaşadıqları əraziyə mərmi düşmədiyi üçün onların evləri qeydiyyata alınmayıb və işçi qrupu tərəfindən baxış keçirilməyib.
Vətən müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edildiyini eşidən vətəndaşlar onlara da dövlət tərəfindən kompensasiya və Qızıl Xaç Komitəsi tərəfindən yardım verilməsini tələb ediblər.
Sentyabrın 6-da Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, başçının birinci müavini Ramiz Şabanov və rayonun baş memarı Tofiq Kərimovla birlikdə Seydimli kəndində vətən müharibəsində ziyan dəymiş evlərə keçirilən baxışdan narazı qalan vətəndaşları qəbul edib. Vətəndaşlara müvafiq izahat verilsə də, onlar razı qalmayıb. Vətəndaşlar arasında başçının işgüzar fəaliyyətinə kölgə salmağa çalışan bir qrup təxribatçı ünsürün apardığı təbliğat nəticəsində onlar razı qalmayıb, israrla dövlət tərəfindən onların da hər birinə kompensasiya verilməsini Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ailələrinə 1000 manat yardım edilməsini tələb ediblər. Odur ki, sakinlərin tələbi əsassızdır".



Paylaş:


Müəllif : Tarix:
9-09-2021, 13:36
Sikayət   


loading...
Загрузка...