reklam
Regionxeberlericom.az » Araşdırma » Nümunəvi müəllim təhsil müdirinə rüşvət vermədiyi üçün direktorluqdan məhrum olunur

reklam

Nümunəvi müəllim təhsil müdirinə rüşvət vermədiyi üçün direktorluqdan məhrum olunur


Xüsusən də son vaxtlar Astara təhsil müdiri Rəşad Həsənovla bağlı maxinasiya və rüşvət şikayətləri “su üzünə çıxmağa başlayır”. Təbii ki, bizə daxil olan şikayətlərin hamsını yerində araşdırmağımız asan deyil. Çünki, insanlar təəssüf ki, açıq danışmaqdan və mediaya çıxmaqdan çəkinirlər. Xüsusən də təhsil işçiləri, təzyiqə məruz qalmaq və işini itirmək xofuna görə əksər hallarda susmağa üstünlük verirlər.

Rayondan və xüsusən, şəhər məktəblərindən aldığımız dəqiq məlumatlara görə artıq nəinki müəllimlər, hətta rəhbər işçilər də təhsil müdirindən narazıdır. Məsələn, adının açıqlanmasını istəməyən, şəhər 5 saylı tam orta məktəbin müəlliminin sözlərinə görə, məktəbin, hətta direktoru və rəhbər işçiləri də Həsənovdan dad edirlər və “Rəşad Həsənov Qızbəs Məmmədovadan fərqli olaraq çox uzağa gedə bilməyəcək...” deyirlər.

Bu sujetdə biz Rəşad Həsənov tərəfindən birbaşa haqsızlığa məruz qalan işçilərdən daha birindən bəhs edəcəyik: Ərçivan qəsəbə 3 saylı məktəbin tarix müəllimi Nuranə Həmidova.

Rayonun aktiv təhsil işçilərindən və ziyalılarından biri kimi tanınan Nuranə müəllimə, bir müddət öncə “Astaranın Gənc Alimləri”nə müraciət edərək, yaşadığı dramatik haqsızlıqları ictimailəşdirməyi istədi. Məlum oldu ki, Astaranın peşəkar müəlliminin direktorluq imkanı, dəfələrlə qanunsuz yerə əngəllənibdir. Aşağı bal toplayan namizədlər, hətta müsahibədə belə, iştirak etməyən namizədlər direktor verilib, amma yüksək bal toplayan Nuranə müəllimə isə heç ehtiyat kadr olmağa belə, çağırılmayıb. Məsələn, 2019-cu ildə Astara rayon Ərçivan qəsəbə 4 saylı məktəb üzrə imtahandan çıxmış yeganə namizəd, məhz Nuranə xanım imiş. Oranın əvəzçi direktoru Ceyhun Baxşıyev keçid balını belə toplamayıbmış və müsahibədə iştirak da etməyibmiş. Amma, birdən-birə qanunsuz şəkildə oraya direktor təyin olunub!

Astara təhsil müdiri Rəşad Həsənov sanki heç nə olmayıbmış kimi davranaraq, açıqlama belə, verməyə ehtiyac duymadı. Beləliklə, Həmidovanın bütün müsbət fəaliyyətini və təhsildəki xidmətlərini qulaqardına vurdu.

Sual yaranır: Görəsən Rəşad Həsənov nə üçün savadlı bir müəllimə deyil, savadsız bir müəllimə direktorluğu həvalə etdi?

Yetərincə mülayim bir insan kimi tanınan Nuranə Həmidova, bəlkə də elə indiyəqədər susduğu üçün Həsənov tərəfindən “görməzdən gəlinib”. Amma, hər halda özünün də dediyi kimi, indiyəqədər təhsil müdirinə 1 qəpik də vəd verməyibdir və əslində elə bu da onun “qələminin qırılması üçün” yetərli “səbəb”dir.

Qarşılaşdığı özbaşınalıqlarla bağlı bir çox instansiyalara müraciət edən Nuranə müəllimə, rayonun deputatı Rəşad Mahmudova da bu barədə məlumat veribdir. Nəticədə deputat dərhal öz köməkçisini göndərərək məsələ barədə narazılığını birbaşa Həsənova çatdırıbdır.

Bəli, Nuranə xanım haqlıdır; əgər Rəşad Həsənova Astara təhsilinin inkişafı maraqlı olsaydı, bu cür ləyaqətsiz və rəzil hərəkətə yol verməzdi.

Sual olunur: rayonda sakinlərə, müəllimlərə, alimlərə, ümumiyyətlə heç kəsə hörmət qoymayan, hətta Yeni Azərbaycan Partiyasından olan deputata da məhəl qoymayan Rəşad Həsənov, görəsən, nə etmək istəyir? Ümumiyyətlə, öz aqibəti barədə düşünürmü? Bu qədər İcra hakiminin, iri məmurun qandallanması dərs olmadımı?

P.S. Bu və ya digər səbəbdən R. Həsənova yaltaqlanan, əməllərinə göz yuman insanlara da sual vermək istəyirik: görəsən, siz anlayırsızmı ki, susmaqla, məddahlıq etməklə, yalançı özgüvən verməklə Həsənovu daha pis əməllərə cəsarətləndirirsiz?...


Paylaş:


Müəllif : Tarix:
10-09-2021, 08:50
Sikayət   


loading...
Загрузка...