Ordu generalı öldü, ya öldürüldü? Putin niyə susur?
Sentyabrın 8-də Rusiya fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə rejissor Aleksandr Melniki xilas edərkən həlak oldu. Məlumata görə, su hövzəsinin kənarında dayanan rejissorun ayağı sürüşüb və suya yıxılıb. Onu xilas etmək üçün suya tullanan Ziniçevin də başı daşa dəyib və nazir yerindəcə keçinib.
Hələlik Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumat budur. Rusiya KİV-ləri isə nazirin rejissoru deyil, rejissorun naziri xilas edərkən öldüyünü yazır. Guya Ziniçev su hövzəsinin kənarına yaxınlaşarkən ayağı sürüşüb.
Hətta ilk məlumatda Ziniçevin hansısa adı bilinməyən operatoru xilas etmək üçün suya atılarkən öldüyü bildirilmişdi.
Bu, bir-birini təkzib edən xəbərlər isə ciddi şübhələr yaradır. Ziniçevin yanında əvvəlcə qubernatorun olduğu bildirilmişdi. Qubernator hər şeyi görübmü? İlk andaca qubernator daha səhih informasiya verə bilməzdimi?
Yanında operatorlar və rejissorlar var, təlimdən kadrlar hazırlanır, ancaq nazirin, ordu generalının suya düşməsini əks etdirən bir kadr da yoxdur.
Büyün bunlar isə qeyri-rəsmi mənbələrin ordu generalının bədbəxt hadisə nəticəsində ölmədiyi ilə bağlı iddialarının geniş yayılmasına təkan verir.
Yevgeni Ziniçev Rusiya siyasi elitasında sıradan bir şəxs deyildi. Vladimir Putinin ən yaxın adamlarından sayılan Ziniçev pandemiyanın ilk günlərində prezidentə yaxın olan bir neçə şəxsdən biri idi. Gəzən söz-söhbətlərə görə, Putin sentyabrda ciddi kadr dəyişikliyinə hazırlaşırdı və Ziniçev Federal Mühafizə Xidmətinə, ya da Federal Təhlükəsizlik Xidmətinə rəhbər gətiriləcəkdi. Digər məlumata görə, onun Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevi əvəzləyəcəyi gözlənilirdi. Bir sözlə, sistemin ən önəmli fiqurlarından birinə çevrilməli idi.
O zaman sual ortaya çıxır: Rusiya Prezidentinin ən güvəndiyi şəxslərdən biri belə adi vəziyyətdə niyə ölsün?
Onun ölümünün Vladimir Putin istirahətdə olduğu vaxta düşməsi də müzakirələrə səbəb olub. Bu, təsadüfdürmü?
Ölkənin güc nazirliklərindən birinin rəhbəri, ordu generalı ölür, amma Putinin sərt reaksiyası hələ ki, yoxdur. Prezidentin adından başsağlığı teleqramını onun mətbuat katibi Dmitri Peskov səsləndirir. Hətta dünən Putinin Ziniçevin vida mərasiminə qatılacağı xəbərini də Peskov verdi.
Ordu generalının ölümüdən dərhal sonra Putin geri qayıdıb Təhlükəsizlik Şurasının təcili iclasını da çağırmadı. Halbuki ən yaxın, hətta ailəsini belə etibar etdiyi bir şəxs ölmüşdü.
Bütün bunlar Ziniçevin ölümü ətrafında dolaşan söz-söhbətləri daha da qızışdırır.
General hələ 2018-ci ildə FTX-nin terrorla mübarizə üzrə rəis müavini vəzifəsindən məhz bu qüvvələr üzündən ərizə yazaraq istefa vermişdi. Lakin istefadan dərhal sonra Prezident Vladimir Putin onu fövqəladə hallar naziri vəzifəsinə təyin etdi, bir il sonra general-polkovnik, daha bir il keçmədən isə ordu generalı rütbəsini verdi. Sank-peterburqlu Ziniçevin Putinin varisi ola biləcəyi haqda ehtimallar dolaşırdı.
Ziniçevin ölümü daxili siyasi mübarizənin, klanlararası savaşın nəticəsidirmi? Bu ölümlə Putinə kimlər xəbərdarlıq etdi? Bu ölüm varis planına qarşıdır, yoxsa kadr islahatlarına mane olmaq məqsədi güdür? Putin niyə hələ də rəsmi olaraq mövqeyini ortaya qoymayıb və susur?
Ziniçevin daha çox Şoyqunun ən güvəndiyi kadr olduğu da iddialar sırasındadır. Və məhz Putinin Şoyqu ilə tayqada istirahətdə olduğu vaxt bu ölümün baş verməsi bir daha şübhələrə yol açır.
Üstəlik, hələ heç bir dövlət başçısı Ziniçevin ölümü ilə bağlı Vladimir Putinə başsağlığı mesajı verməyə tələsmir.
Sanki hər kəs çaşqınlıq içindədir. Hər kəs nəyinsə baş verəcəyini gözləyir…/axar.az
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2021, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-09-2021, 10:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07