"Düşünürlər ki, vətəndaşın bunu qaldırmağa gücü çatacaq" - Deputatdan bahalaşmaya ETİRAZ
“İndiki durumda qiymət artımı məntiqsiz addımdır. Vətəndaşların pandemiya dövründəki vəziyyətlərini nəzərə almayaraq rəqəmlər üzərində işləyirlər. COVID virusuna yoluxan şəxsin müalicə xərci 1500 manatın üzəridir. Düşünün, elə olur ki, ailədə hər kəs yoluxur. Həmin ailənin vəziyyətini təsəvvür edə bilirsinizmi?”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda benzinin və çörəyin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qiymət artımı heç bir məntiqə sığmır:
“Pandemiya dövrünü nəzərə almadan, heç bir məsələyə baxmadan rəqəmlər üzərində artımlar edirlər. Düşünürlər ki, vətəndaşın bunu qaldırmağa gücü çatacaq. Amma vətəndaş bu yükü çox ağır çəkir. Pandemiya onsuz da bəzi iş yerlərini bağlayıb. Sahibkarların vəziyyəti acınacaqlı durumdadır. Sahibkarlar həm gömrükdə, həm vergi, həm də ümumiyyətlə istehsalın dayanması, əlaqələrin kəsilməsi ilə bağlı çoxlu problemlərlə üzləşirlər. Eyni qaydada vətəndaşların gəlirləri azalıb.
Təsəvvür edin, COVID-ə yoluxan insanın müalicəsi minimum 1500 manatın üzəridir. Çox vətəndaş müalicə olunmaq üçün borca girir. Elə olur ki, ailədə hər kəs xəstələnir. Düşünün, belə halda ailənin durumu necə olar?”.
Deputat bahalaşma fonunda maaş və pensiyaların artırılmasını təklif edib:
“Belə vəziyyətdə benzinin, çörəyin qiymətinin bahalaşması çox məntiqsiz və vətəndaşı sıxıntıya yönəldən, problemə salan addımdır. Bu addımın yenidən nəzərdən keçirilməsinin tərəfdarıyam. Məntiqsiz, düşünülməmiş qərar verilir və bu da vətəndaşın acınacaqlı duruma düşməsinə səbəb olur. Hesab edirəm ki, bu məsələ çox problem yaradacaq. Belə halın qarşısını almaq üçün maaşları və pensiyaları artırmalıdırlar”.
Qeyd edək ki, Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin, eləcə də çörəyin qiyməti bahalaşıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2021, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-09-2021, 21:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54