Qəzaya uğramış, suda batmış avtomobillər kütləvi şəkildə Azərbaycana gətirilir - FOTO
Pandemiya paradoksları və yaxud milli avtomobil bazarının özəllikləri
1-ci paradoks
COVID-19 bəşəriyyət tarixinin axarına çoxsaylı müdaxilələr etdi. Ölkələrin, xalqların yaşam tərzinə, məşğuliyyət növlərinə təsir göstərdi və görünür, bu proses hələ də davam edəcək. 100 ildən çoxdur ki, insanın həyat və fəaliyyətini avtomobilsiz təsəvvür etmək mümkün deyil. Avtomobil sektoru qlobal dünya iqtisadiyyatında nəhəng pay sahibidir, lakin təəssüf ki, bu gözəgörünməz virus avtomobil istehsalatına da ağır zərbə endirdi. Əvvəlcə panikaya düşən potensial müştərilər düşündülər ki, başlıcası cansağlığıdır, maşın almaq vaxtı deyil. Daha sonra müxtəlif ölkələrdə “lokdaun”lar tətbiq edildi, zavod-fabriklər və diler satış mərkəzləri bağlandı.
Doğrudur, çox keçmədi ki, bu müəssisələr yenidən açıldı, lakin ehtiyat hissələri, xüsusən də elektron çiplərin qıtlığı istehsalçılara bu günə qədər tam gücü ilə işləməyə imkan vermir.
İlk baxışdan paradoksal görünsə də, pandemiya müddətinin uzanması dünya avtomobil bazarını həm də tam iflasdan xilas etdi. Belə ki, xəstəlik keçirib onun ağrılarına bələd olan insanlar virusdan qorunmaq üçün fərdi nəqliyyat vasitəsinin nə dərəcədə vacib olduğunu kütləvi halda dərk etməyə başladılar. Əksər ölkələrdə ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan, xüsusən, iri şəhərlərin sakinləri, o cümlədən, hələ iki-üç il əvvəl avtomobil barədə düşünməyən ailələr də maşın almaq imkanlarını analiz etməyə başladılar.
Bəs görəsən bizim ölkədə bu imkanlar nə dərəcədə realdır?
Gəlin əvvəlcə adətən ən çox avtomobil satılan regionların statistikasına ötəri nəzər salaq.
Məlumdur ki, koronavirusun dünya turu Çindən başladı. Lakin statistika göstərir ki, bu ölkədə yeni avtomobillərin satışına pandemiyanın ciddi təsiri olmadı. Belə ki, 2020-ci ildə 2019-cu ilə nisbətən minik avtomobillərinə tələbat cəmi 6,7 faiz azaldı. Amma nəzərə alaq ki, pandemiyadan əvvəlki iki il ərzində də burada azalma müşahidə olunurdu. Bir sözlə, virus dünyanın ən nəhəng avtomobil bazarı - Çin bazarını çökdürə bilmədi.
2020-ci ildə satış həcmlərinə görə dünyanın ikincisi - ABŞ bazarında 14,59 milyon minik və yüngül kommersiya avtomobili satıldı, bu isə əvvəlki ildən 14 faiz az idi. Məlumdur ki, Avropadan fərqli olaraq, bu ölkə ikinci “lokdaun”a getmədi və görünür məhz elə bu fakt avtomobil bazarını daha güclü zərbədən qurtardı.
Avropada, Böyük Britaniya daxil olmaqla, 2020-ci ildə avtomobil satışları 2019-cu illə müqayisədə 24,3 faiz azalaraq 12 milyon ədədə yaxın oldu. Qitənin ən iri bazarı - Almaniyada təzə minik avtomobillərinin qeydiyyatı 19 faiz, Fransada - 25,5 faiz, İtaliyada - 27 faiz, İspaniyada - 32,3 faiz azaldı.
2-ci paradoks
Gəlib çatdıq Azərbaycana. Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə, 2020-ci ildə Azərbaycana 49 692 ədəd minik avtomobili idxal olunub. Bu göstərici 2019-cu ilin göstəricisindən 15,1 faiz çoxdur. Belə çıxır ki, bizim avtomobil bazarı üçün heç bir pandemiya-filan təhlükəli deyil. Bütün dünyada satış azalır, bizdə isə əksinə… Nədir bunun sirri?
Əslində, heç bir sirr filan yoxdur, sadəcə Çində, Amerikada, Avropada insanlar təzə avtomobillər alıb qeydiyyatdan keçirdiyi vaxtda, biz onların illərlə istifadə etdiyi köhnə, bir çox hallarda qəzadan çıxmış, suda batmış, təhlükəsizlik və ekoloji baxımdan istismara tamamilə yararsız minik avtomobillərini ölkəyə daşıyırıq. Bunların müqabilində isə xaricə külli miqdarda valyuta çıxarırıq. Belə ki, 2020-ci ildə idxal olunan avtomobillərin ümumi dəyəri 647 596 790 ABŞ dolları təşkil edib. Görəsən, bu pulun nə qədəri təzə avtomobillər üçün ödənilib?
Sıralarında rəsmi idxalçıları birləşdirən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən aparılan araşdırmalara əsasən, 2020-ci ildə ölkəyə gətirilən yeni avtomobillərin sayı 9-10 min arasında olub. Deməli, il ərzində 40 min köhnə avtomobil gətirilib. Ölkənin bugünkü avtomobil parkının tərkibinə diqqət yetirək. AADA-nın analizinə görə təxminən 1 milyon avtomobilin (bu, ümumi avtoparkın 80 faizidir) istismar tarixi 10 ildən çoxdur. O cümlədən, 300 mindən artıq avtomobilin 20, 125 min avtomobilin isə 30 yaşı var. Nəhayət, 100 mindən artıq maşın 40 ildən də əvvəl istehsal olunub. Bu məlumatlar, ümumilikdə, yollarımızda 500 mindən çox təhlükəli və ətraf mühit üçün son dərəcə ziyanlı olan avtomobillərin istismar olunduğundan xəbər verir. Ən dəhşətlisi budur ki, köhnə və yaxud buraxılış ili nisbətən yaxın, lakin qəzaya uğramış, suda batmış, qaynaqla yapışdırılımış avtomobillərin kütləvi idxalı davam etməkdədir.
3-cü paradoks
DGK-nin rəsmi məlumatına görə, 2021-ci ilin təkcə birinci yarısında Azərbaycana 474 615 000 ABŞ dolları dəyərində 47 374 ədəd avtomobil idxal olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Belə getsə, ilin sonuna qədər xaricdən 100 min avtomobil daşıyıb rekorda imza atacağıq. İndi isə görək hansı avtomobillərdən söhbət gedir? Adi bir bölmə əməliyyatı göstərir ki, idxal olunan hər bir avtomobilin qiyməti, təxminən, 10 min dollardır. Lakin nəzərə alaq ki, ölkəyə orta seqmentə, eləcə də premium və lüks siniflərə mənsub, qiyməti 50, 100, 150 min dollar və daha yüksək olan təzə avtomobillər də gətirilir. Say baxımından o qədər də çox olmasa, ümumi məbləğin önəmli bir hissəsini bunlara aid etmək olar. Belə çıxır ki, gətirilən ikinci əl avtomobillərinin gömrüyə qədərki orta dəyəri daha da aşağı, təxminən 6-7 min dollardır. Tamamilə aydındır ki, belə nəqliyyat vasitəsi heç bir təhlükəsizlik və ekologiya tələblərinə uyğun gələ bilməz. Məhz bu səbəbdən avtomobillər hətta cüzi qəzaya uğradıqda, nəticəsi onsuz da ürək açmayan ölüm statistikasını artırır. Milli Onkologiya Mərkəzinin dəhlizləri isə nəfəs yollarının xərçəngi diaqnozundan əziyyət çəkənlərlə doludur.
4-cü paradoks
Pandemiya öncəsi Almaniyanın Frankfurt şəhərində keçirilən son avto-şou günlərində ekologiya problemləri ilə məşğul olan ictimai qurumlar pavilyonların qarşısında perfomans təşkil ediblər. Benzinlə işləyən avtomobilləri hündürə qaldırıb, yerə çırpırdılar. Deyirdilər ki, tezliklə Avropa yollarında yalnız elektrik güc aqreqatları ilə hərəkətə gələn nəqliyyat vasitələri hərəkət etməlidir. Soruşdum, bəs görəsən havanı zəhərləyən avtomobillərin hamısı belə məhv ediləcək? Əsla! Su qiymətinə bizə sırıyırlar və sırıyacaqlar, qoy bizim balalar zəhərlənsin. Növbəti paradoks odur ki, idxal olunan işlənmiş minik avtomobillərinin gətirildiyi ölkələrin siyahısı yalnız Almaniya və Amerika ilə bitmir. Təkcə bu ilin ilk rübündə Azərbaycana dünyanın 30-dan çox ölkəsindən maşın gətirilib:
Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavriki, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiya.
Görəsən, bu ölkələrin hamısında “yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramları qəbul olunubmu? Bizdə belə proqram qəbul olunub və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sənədin tam adı belədir:
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı. Proqramda “texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycan Respublikasına idxalının, satışının, istifadəsinin, habelə sair formada dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi”, “aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi”, “ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması” kimi tədbirlər nəzərdə tutulur.
Xülasə
Tamamilə aydındır ki, ölkənin avtomobil parkının yenilənməsi prosesi kompleks şəkildə həyata keçirilməlidir. Yəni köhnə avtomobillərin idxalına hər hansı məhdudiyyət tətbiq etməzdən əvvəl, yeni avtomobillərin idxalı üçün gömrük rüsumları, satışları üçün kredit şərtləri dəyişməlidir. Bu şərtlər əhalinin böyük əksəriyyəti üçün əlçatan olmalıdır. Əks halda, ölkəyə avtomobil adı altında metal qırıntılarının daşınması davam edəcək.
Avtodilerlər assosiasiyası mütəmadi olaraq Nazirlər Kabinetinə, müvafiq nazirliklərə və digər rəsmi qurumlara bu problemləri və onların həlli yollarını əks etdirən təkliflər ünvanlayır, müzakirələr təşkil edir, KİV-lərdə açıqlamalar verir. Rəsmi avtomobil idxalçıları yuxarıda qeyd edilən Dövlət proqramının həyata keçirilməsində öz çiyinlərinə düşən məsuliyyəti tam dərk edir və ölkəyə ən müasir, təhlükəsiz və ekoloji avtomobillər gətirərək əhaliyə yüksək xidmət göstərməyə hazırdırlar. Dünyanın bütün inkişaf etmiş ölkələrində hökumət qurumları hər hansı biznes sektorunun inkişafını tənzimləyən normativ sənədlər hazırlayarkən həmin sektoru təmsil edən biznes-assosiasiyalarla dialoq qurur, onların təcrübəsindən yararlanırlar. AADA belə dialoqun intensivliyinin tərəfdarıdır. Şəhərlərimizin gözəlliyi, yollarımızın təhlükəsizliyi və gələcək nəsillərin sağlamlığı naminə.
Natiq Zərbəliyev,
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri
Mənbə: aada.az
Paylaş:
Müəllif : Fuad
Tarix:22-09-2021, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-09-2021, 12:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08