reklam
Regionxeberlericom.az » Araşdırma » MTN generalı və digərlərinə qarşı 835 min manatlıq iddia qaldırılıb - YENİLƏNİB

reklam

MTN generalı və digərlərinə qarşı 835 min manatlıq iddia qaldırılıb - YENİLƏNİB


Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Daha sonra N.Şirinovun vəkili vasətətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı isə vəsatətin qəbul edilməməsini istəyib. Prokurorun sözlərinə görə, istintaq zamanı əldə edilən materiallar ona dəlalət edir ki, N.Şirinovun ev dustaqlığına ehtiyac yoxdu:

“Səhhəti ilə bağlı da təyin edilmiş ekspert qrupunun rəyinə əsasən, onun təcridxanada cəzasını çəkməsində heç bir problem yoxdu”.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası oktabrın 7-nə təyin olunub.

12:08

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri vəzifəsində çalışmış Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Hazırda proses davam etdirilir.

İttihama görə, N.Şirinovun MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri vəzifəsində çalışan E.Abdullayev və E.Tahirov, əməliyyat müvəkkili işləmiş N.Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
23-09-2021, 12:44
Sikayət   


loading...
Загрузка...