Qaraciyər xəstələri kovid vaksini vurdurmalıdırmı? - Hepatoloqdan CAVAB
“Koronavirus infeksiyası insanların bir çox orqanını zədələyir. Pandemiyanın əvvəlində virusun yalnız ağciyərlərə yoluxduğuna inanılırdısa, sonradan məlum oldu ki, COVID-19 qaraciyər də daxil olmaqla digər orqanlara da təsir edən xəstəlikdir”.
Bu sözləri Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, son vaxtlar isə dünyanın ən böyük assosiasiyalarından biri - Qaraciyərin Tədqiqi üzrə Asiya-Sakit Okean Birliyinin direktorlar şurasının üzvü olan, hepotoloq Gülnarə Ağayeva media.az-a açıqlamasında deyib.
Həkim deyir ki, göstəricilər bir tərəfdən virusun qaraciyərə təsirindən yüksək olur, digər tərəfdən də bu, koronavirusun müalicəsi zamanı istifadə edilən dərmanların toksiki təsirindən qaynaqlanır.
“Və bu zədələr sağlam qaraciyərli insanlarda müşahidə olunarsa, xroniki qaraciyər xəstəliyi olan xəstələrdə orqanın necə təsirləndiyini təsəvvür etmək çətin deyil: hepatit virusu, siroz, yağlı qaraciyər xəstəliyi və s.”, - deyə G.Ağayeva vurğulayıb.
Həkim xroniki qaraciyər xəstəliyi olan insanların peyvənd vurdurub-vurdurmamaları məsələsinə də toxunub:
“Bu lazımdır! Xroniki xəstəlikləri olan bütün vətəndaşlara (əsas xəstəliyin kəskinləşməsi olmadıqda) peyvənd edilməsini şiddətlə tövsiyə edərdim! Peyvənddən yox, koronavirusun səbəb ola biləcəyi ciddi vəziyyətdən qorxmalıyıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2021, 19:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-10-2021, 19:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25