CAVİD HACIYEVİ KİYEVƏ “QONAQ” ÇAĞIRIB ÖLDÜRƏN ƏLİ ABDULLAYEV AZADLIQDA GƏZİR... - “Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
İki il öncə Ukraynada xüsusi qəddarlıqla qətlə yetirilən, tanınmış rəqqas və xoreoqraf, İqtisad Universitetinin magistrantı Cavid Hacıyevin qətlində şübhəli bilinən şəxs interpol xətti ilə axtarışa verilsə də, bu günə kimi istintaqdan qaçıb gizlənməyə müvəffəq olub.
22 yaşlı Cavid Hacıyev 2019-cu ilin oktyabrında Kiyev şəhəri Çiqorin küçəsi, ev 49, mənzil 64-də qətlə yetirilib. Keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən Ukraynaya qonaq çağırılan Cavid onun kirayə yaşadığı mənzildə qəddarcasına öldürülüb. Mərhumun meyiti qətldən üç gün sonra aşkarlanıb. Qonşular evdən pis qoxu gəlməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib, mənzilin qapısı sındırılıb, evdən üzərində çoxsaylı bıçaq xəsarətləri olan cəsəd tapılıb. Faktla bağlı Ukrayna prokurorluğunda cinayət işi başlanılıb.
Cavidin qətlində şübhəli bilinən Əli Abdullayev barəsində axtarış elan olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, həmin mənzil qətldən bir neçə gün öncə Ə.Abdullayev tərəfindən kirayə götürülüb, sonuncu özü isə oktyabrın 7-də avtomobillə Ukrayna sərhəddini keçərək Moldovaya daxil olub.
Almaniyadan Kiyevə “qonaq” çağırılan Cavid
Gənc oğlunu faciəli şəkildə itirən Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə doktor Minə Hacıyeva (tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin qızı-red.) virtualaz.org-a açıqlamasında deyib ki, Cavid həmin ərəfədə Almaniyada tətildə olub, sonra dostları ilə birgə Belçikaya gedib, daha sonra Frankfurtdan Bakıya uçmağı planlaşdırıb. Lakin qrup yoldaşı Əli Abdullayev onu öz yanına – Kiyevə qonaq çağırıb. Deyib, gəl, burada birlikdə əylənək, gəzək, sonra avtomobillə bir yerdə Avropaya qayıdarıq: “Cavid də onun yanına gedib. Oğlumun daha iki həftəlik tətili vardı. Hər gün onunla telefonla danışırdım. Axırıncı dəfə oktyabrın 1-də gecə telefonla əlaqə saxlamışıq”.
“Bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”
M.Hacıyeva deyir ki, oğlunun təkidlə Kiyevə çağırılması qətlin əvvəlcədən planlaşdırılmasını deməyə əsas verir: “Oğlumu təkidlə Kiyevə çağırmaq bu qədər çox vacib olub? Avropaya maşınla getməyə hazırlaşıblar. Sonradan bildik ki, Əlinin heç Şengen vizası olmayıb. Övladımı öldürüb, cəsədini təhqir edib. Bunu normal bir insan necə edə bilər axı? Hesab edirəm ki, bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”.
Göz yaşlarını saxlaya bilməyən ana oğlunun paxıllıq zəminində öldürüldüyünü də istisna etmir: “Cavidlə Əli İqtisad Universitetində bir qrupda oxuyublar. Ancaq Əli intizamsız tələbə olduğuna görə universitetdən qovulub. Əli universitetdən xaric edilsə də Cavidlə aralarında dostluq əlaqəsi qalmışdı. O qədər də yaxın dost deyildilər. Hərdən Əlinin təşəbbüsü ilə görüşərdilər. Cavid isə nümunəvi tələbə olub. İkinci kursdan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. İqtisadiyyatla yanaşı rəqslə də peşəkar səviyyədə məşğul olub. Hər iki sahədə övladımın uğurları var idi. Bütün bu uğurlara özü nail olmuşdu. O yaşda həm yaradıcılıqda, həm də elmdə uğur qazanmaq hər adama nəsib olmur. Belə bir parlaq gənci necə öldürmək olar axı? Əli (Ə.Abdullayev “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur-red.) mənim oğlumu pula görə öldürə bilməz. Özü imkanlı ailədəndir. Cavidin o qədər gözəl ürəyi vardı ki, heç vaxt heç kimə pislik etməzdi. Əksinə, nəsə bir narazılıq yaranarsa aranı sakitləşdirməyə çalışardı. Oğlum onun paxıllığının qurbanı olub. Əli Cavidin uğurlarını qəbul edə bilmirdi”.
“Oğlumun cəsədini tanınmaz hala salıb”
Dərdli ana deyir ki, övladının nəşinin dalınca Kiyevə gedərkən dəhşətli mənzərə ilə üz-üzə qalıb. Qatil izi itirmək məqsədilə meyitlə qəddar davranıb, cəsədi yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb, tanınmaz hala salıb:” Çox dəhşətli bir qətldir. Övladıma işgəncə verə-verə öldürüb... Cavidin telefonları və sənədləri də oğurlanıb. İki telefonu vardı. Çox güman ki, telefonda yazışmalar olub. Ukrayna polisində dedilər ki, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Əli oktyabrın 7-də sərhədi keçərək Moldovaya gedib”.
Qətldə şübhəli bilinən Əli Abdullayev
M.Hacıyeva oğlunun qatilinin hələ də istintaqdan yayınmasından və azadlıqda gəzməsindən şikayətçidir. Onun dediyinə görə, qətldə şübhəli bilinən Ə.Abdullayev ailə üzvləri ilə birgə Bakıda yaşayıb. Onun Bakı şəhərində gizlənməsi ehtimalı da yüksəkdir. 6 oktyabr 2019-cu ildən sonra Əlinin Azərbaycan sərhəddini keçərək ölkəyə daxil olub-olmaması aydınlaşdırılmayıb, Bakı şəhərində yaşayan ailə üzvləri ilə telefon əlaqəsi saxlayıb-saxlamaması halları yoxlanılmayıb. İstintaqdan yayınan, cəza çəkməkdən boyun qaçıran Əlinin tutularaq istintaq və məhkəmə orqanlarına verilməsi üçün tədbirlər görülməyib. Əməliyyat-axtarış tədbirləri səthi və birtərəfli aparılıb.
Cavid anası ilə...
“Əfsuslar olsun ki, bu şəxsi ya axtarmırlar, ya da axtarmaq istəmirlər, heç bir tədbir görmürlər. Dəfələrlə hüquq-mühafizə orqanlarında çalışan səlahiyyətli şəxslərin qəbulunda olmuşam. Hər səfərimdə “çox dəhşətli qətldir, qatil mütləq tapılmalıdır, belə qalmamalıdır” deyiblər. Amma nəticə yoxdur. Əli Abdullayevin qohumları barəmdə Səbail rayon məhkəməsinə xüsusi ittiham qaydasında ərizələr verir, əsas hədəfdən məni yayındırmaq istəyirlər ki, şikayət etməyim. Başqa sözlə, məni susdurmaq istəyirlər ki, oğlumun ölümündə şübhəli bilinən Əlinin axtarışı ilə əlaqədar hərəkət etməyim”-mərhumun anası deyib.
Mərhumun anası aidiyyatı orqanlardan qətli törətməkdə şübhəli bilinən və istintaq orqanından qaçıb gizlənən Ə.Abdullayevin yerinin müəyyən edilməsinin nəzarətə götürülməsini xahiş edir.
İnarə Rafiqqızı
virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2021, 23:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-10-2021, 23:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16