reklam
Regionxeberlericom.az » Araşdırma » Ali Məhkəmə MTN polkovnikinə bəraət verib

reklam

Ali Məhkəmə MTN polkovnikinə bəraət verib


2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib.

RegionXəbərləri.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə kassasiya şikayətinə baxaraq müəyyən edib ki, R.Əliyevin təqsirli bilindiyi hər iki maddə (CM-302, 341.1) üzrə ümumiyyətlə heç kim zərərçəkmiş şəxs kimi tanınmayıb. İşin faktiki halları üzrə xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı məhkumun rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməsi təsdiq olunmayıb.
Onun vəkili Şaiq Hüseynovun verdiyi vəsatətə Ali Məhkəmədə baxılıb. Cinayət Kollegiyasının qərarı ilə R.Əliyev barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
İttihama görə, R.Əliyev rəisi olduğu şöbənin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı xidməti otaqlarda və dəhlizdə informasiyaların gizli yolla götürülməsi üçün xüsusi texniki-elektron vasitələr və texniki sızma kanalları quraşdırmaqda günahkar bilinirdi. İşin hallarında göstərilib ki, R.Əliyev 2002-ci ilin yayında informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr almağı və onları MTN-nin Hava Limanında yerləşən müvafiq xidməti otaqlarına və dəhlizinə quraşdırmağı Tahir Əsədzadəyə tapşırıb.
R.Əliyevin kassasiya şikayətində bildirilib ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr iş üçün müstəsna əhəmiyyət kəsb edən xüsusatlara hüquqi qiymət verib: “Rafət Əliyevin cinayət əməllərini yerinə yetirməsini təsdiq edən heç bir sübut olmayıb. Həmin texniki vasitələr MTN-nin ovaxtki rəhbərliyi tərəfindən 2002-ci ildə alınıb, hava limanının binasında 2003-cü ilin yayında, sərnişin axınında saxlanılan qanunsuz miqrant və terrorçuluqda şübhəli əcnəbilərin gizli sorğularının aparılması məqsədilə quraşdırılıb. Dövlət Təhlükəsizlik Xidmətindən verilən məktubda qeyd edilib ki, həmin texniki vasitələr şəxsi maraq üzündən və şəxsi vəsaiti hesabına xidməti otaqlarda quraşdırılmayıb".
Ali Məhkəmə kassasiya şikayətini təmin edib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 7 oktyabr 2008-ci il tarixli qərarı R.Əliyevə aid hissədə ləğv edilib. Onun Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.
Xatırladaq ki, R.Əliyev AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov, idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə və idarənin mühəndis-proqramçısı Faiq Quliyevlə birlikdə hava limanındakı müxtəlif xidməti otaqlara dinləmə cihazı yerləşdirilməsi ittihamı ilə həbs edilmişdi. 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə E.Süleymanov 15 il, T.Mikayılov 2 il 6 ay, T.Əsədzadə 2 il 6 ay, F.Quliyev 2 il və MTN-nin polkovnik-leytenantı Rafət Əliyev 3 il azadlıqdan məhrum edilmişdi.
Bu hadisə zamanı mediada yayımlanan məqalələrdə iddia olunub ki, Rafət Əliyev MTN-in sabiq rəhbəri Namiq Abbasova yaxın kadr olduğu üçün o dönəmdə yeni vəzifəyə gələn və hazırda işsiz olan Eldar Mahmudovun göstərişi ilə həbs edilib.


Paylaş:


Müəllif : Tarix:
14-10-2021, 11:30
Sikayət   


loading...
Загрузка...