“Bəziləri qaraçı kimi yaşamaq istəyir“ - Novella Cəfəroğlu

Sosial şəbəkələrdə bir dilənçi azyaşlının fotoları maraq doğurub. DİN-in mətbuat xidməti həmin uşağın xroniki xəstə olan anası ilə küçədə yaşadığını bildirib. Onlara sığınacaq təklif olunsa da, bundan qəti imtina ediblər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında deyib ki, sığınacaqdan imtina səbəbi küçədə yaşamaq istəkləridir:
“Sığınacaqlar qanun çərçivəsində verilir. Hamı bilir ki, orada şəxs özünü istədiyi kimi apara bilməz. Sərbəst yaşam yoxdur. Sığınacaqda yaşamayan qadınların fikrincə, onlar heç kəsdən asılı olmamalı, həyat tərzlərinə kimsə müdaxilə etməməlidir. Yəni, bir növ, qanunlara tabe olmağın əleyhinədirlər”.
N.Cəfəroğlunun sözlərinə görə, Azərbaycan sığınacaqlar çox azdır:
"“Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sığınacağı çox gözəldir. Uşaqlar və analar üçün hər cür şərait yaradılıb. Amma bəziləri qaraçı kimi yaşamaq istəyir. Uşaqlara dilənmək öyrədirlər. Məqsədləri tüfeyli həyat tərzi keçirməkdir. Halbuki sığınacaqda başqa məşğuliyyətləri olur. Bəzən onları hətta işə də düzəldirlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, Qərb ölkələrində küçədə yaşamaq istəyənləri öz ixtiyarlarını buraxırlar:
“Düşünürlər ki, bu, onların həyat tərzidir. Ona görə də sığınacağa aparmırlar. Lakin hər şeylə təmin edirlər. Həftədə bir dəfə çimdirirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2021, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-10-2021, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB